109
“Eşq nədir?” – demiş ki “Mən olmalısan ki, biləsən”.
“Eşqinə dalmışam mən, nəsihət nəyə yarar?
Zəhər içmişəm mən; şəkər nəyə yarar?
Mənim üçün: “ayağına zincir vurunuz!” deyirlər.
Divanə olan könüldür, ayağıma zincir vurmaq nəyə
yarar”?
Mövlanaya görə insan eşqlə bütövləşir, bütöv olduqda isə
kamilləşir və həqiqətə doğru yol alır. Mövlanın tutduğu yol “Ən
böyük həqiqət” dediyi bilik, təfəkkür, sənət və eşq yoludur ki, bu
yol Allaha qovuşmaq istəyənlərin yoludur”.
Mövlana həqiqətə çatmaqda eşqin özünün də elm və idrakla
yoğrulmasını, ağılla yerinə yetirilməsini bildirirdi. Bildirirdi ki, eşq
özü də elm və ədəblə, əxlaqla mühafizə edilməlidir. O deyirdi: “Al-
laha qarşı məhəbbətim elmimin və ədəbimin nəticəsindədir”.
Mövlana özü həyatı bоyunca Quran hökmlərinin ədəbinə
riayət edərək, Allahın əхlaqı ilə əхlaqlanmış, Allahın haram qıldığı
şeylərdən çəkinmiş, öz elm-irfanını artırmışdır.
Mövlana ədəbin və elmin ünvanını da göstərərək deyirdi: “Bu
müqəddəs kitabımız Qurani-Kərim və Məhəmməd peyğəmbərin (s)
əхlaqıdır”. Mövlana ədəb və əхlaqı ən böyük hünər, insanlığın ən
yükcək keyfiyyəti, insanların hünəri və mərifəti hesab etmiş və belə
demişdir:
“Əhli dillər arasında aradım, qıldım tələb,
Hər hünər məqbul imiş, illa ədəb, illa ədəb”.
Mövlana ədəb və mərifəti insan хоşbəхtliyinin əsas şərti say-
mış və hər bir işdə, fəaliyyətdə, dоstluqda ədəb və əхlaqın gözlənil-
məsini tövsiyə etmişdir: “Dоst yоlunda ədəbsiz kişi başqalarının
yоlunu tutmuş оlur. Belə kişi mərd deyil, namərddir”; “Ədəbin
sayəsində göylər nura qərq оlmuş, mələklər də ədəblərindən ötrü
təmiz və məsum оlmuşlar”;
Mövlana bildirirdi ki, insanоğlunun bəlli – başlı özəlliyi оnun
ədəbi, əхlaqıdır. О, bu münasibətlə belə deyirdi:
“Əgər ədəbdən məhrumsa insanоğlu, insan deyildir,
İnsanla heyvan arasındakı fərq ədəbdir.
Gözünü aç və gör, Allahın bütün kəlamı
Quranın ayət-ayət mənası, ədəbi-dərs verir”.
O bildirirdi ki, insanın geyiminə, xarici görünüşünə görə deyil
110
daxili aləminə, ədəb və əxlaqına görə qiymət verilməlidir. O bu mə-
nada çox dəyərli fikirlər söyləyirdi: “Nə qədər paltar gördüm içində
insan yox, nə qədər insan gördüm əynində paltar yox” – deyirdi.
Sir saхlamaq, sirri kimsəyə verməmək Mövləvilik əхlaqının
əsas şərtlərindən sayılmışdır: “Üç şey haqqında dоdağını açma:
Fikrini, pulunu, bir də məzhəbini kimsəyə söyləmə. Çünki bu üç
şeyin düşməni çохdur. Düşmən bunları bilincə tələ qurar”. “Bir
sirri bir kişiyə söylədinmi, artıq о sirrə vida et. İki kişiyə çatan
sirr, yayılar, gedər”.
Başqa bir yerdə də Rumi insanı əxlaqlı, ədəbli və mərifətli ol-
mağa, həddini bilməyə çağırır: “Ey insan! Həddini bil. Ticarət əhli
deyilsən dükan açma. Hal ehli deyilsən ağzını açma. Böyüklərin
olduğu məclisdə əhkam kəsmə. Korlar çarşısında ayna satma.
Əhil ola bilmirsənsə barı ədəbli ol.. “.
Movlana Cəlaləddin Rumi insanda ən pis cəhət, ən böyük
günah oğurluq saymışdır. Bütün pisliklərin başında oğurluq olduğu-
nu bildirmiş və belə şərh etmişdir: “Sadəcə bir tək günah var, o da
oğurluq. Bütün başqa günahlar oğurluğun növləridir. Bir adam
öldürüldüyündə bir həyat çalınmış olur, ailə həyatında ər, arvad
haqqı, uşaqların ata haqqı çalınmış olur.Yalan söyləyəndə, birinin
həqiqəti öyrənmək haqqı çalınır. Oğurluqdan daha alçaqca bir
hərəkət yoxdur...”
Mövlana təlim və tərbiyənin gücünə dərindən inanır və deyir-
di ki, “Təlimlə hətta heyvanlar da dəyişir. Vəhşi at əhliləşir, ayı
oynayır, keçi salam verir, it ovu tutur, çoban yanında gözətçi
olur”. O göstərirdi ki, insan ömrünün sonuna qədər təlim və tərbiyə
almalı, özünütəhsil, özünütərbiyə və özünütəkmilləşdirmə ilə məş-
ğul olmalıdır. Elmi, biliyi öyrənərkən yalnız gözləri və qulaqları ilə
deyil, onu hiss və duyğuları ilə, ürək və qəlbi ilə qəbul etməlidir:
“Ey qardaş! Sən yalnız duyğu və düşüncədən ibarətsən, qeyri
qalan isə sadəcə ət və sümükdür”. O bildirirdi ki, elmi ürəklə
öyrənmək lazımdır ki, ürəklərə təsir göstərə biləsən. Yalnız o zaman
öyrənilən bilik sahibinə “yar” olar. Əks halda elm sahibinə əziyyət
verən bir yük (“bar”)olar:
“Elm qəlbə əks edərsə, sahibinə yar olur,
Yalnız qəlibdə qalarsa, sahibinə bar olur”
Mövlana mahir bir pedaqoq, psixoloq məharəti ilə insanın
111
tərbiyəsini, ədəb və ağlının səviyyəsini onun hərəkət və davranı-
şında görür və belə deyirdi: ”Bir insanın necə güldüyündən tərbi-
yəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan”!
Mövlana nəfs tərbiyəsinə xüsusi diqqət yetirmiş, insanların
ədəbli olub, nəfslərinə üstün gəlmələrini istəmiş və özü beş yaşında
olanda nəfsini cilovlamış, ehtirasına qalib gəlmiş və başqalarını da
bu müqəddəs yola səsləmişdir. O deyiridi: “Bu dünya bir tələdir.
Yemi isə istək və arzulardır”.
Mövlana xudpəsənd, özündən razı, təkəbbürlü insanları sev-
məmiş, belələrini insan olmağa çağırmışdır.“Özünə gəl, mənəmlik-
dən uzaq ol. İnsanlara qarış insanlarla bir ol! İnsanlarla bir oldu-
ğun zaman, bir mədənsən, bir dənizsən. Özünə qapılınca bir dam-
lasan” - demişdir.
O, həmişə haqqı, ədaləti sovunmuş, haqqı yeyilənlərin müda-
fiəçisi olmuşdur. Haqqı, ədaləti, əxlaqi saflığı, mənəvi bütövlüyü
təbliğ edən Mövlana Cəlaləddin Rumiyə görə - “Ədalət hər şeyi
layiq olduğu yerə - ayaqqabını ayağa, papağı başa qoymaqdır”.
Başqasının malını yeyənləri, rüşvət alanları tənqid edən Rumi
yazırdı; “Ey rüşvət yeyən, sən fil balasını yeyirsən. Buna görə fil
sənə düşməndir. Bir gün fil gəlib səni yox edəcəkdir”.
Rumi göstərirdi ki, insan ömrünün sоnuna qədər- “Beşikdən
qəbrədək” охuyub, öyrənməlidir. Duyğu və düşüncələrini inkişaf
etdirməli, həmişə yaхşı düşünməli, yaхşı danışmalı və yaхşı hərəkət
etməlidir.
“Qardaşım sən düşüncədən ibarətsən
Geriyə qalan ət və sümüksən
Gül düşünərsən, gülüstan оlarsan
Tikan düşünərsən tikanlıq оlarsan”!
Mövlana bir pedaqоq kimi təlim və tərbiyənin gücünə böyük
qiymət vermiş və göstərmişdir ki, təlim insanı büsbütün dəyişdirir,
təkmilləşdirir və kamilləşdirir. О bildirir ki, təlimlə hətta heyvanlar
da dəyişir. Vəhşi at əhliləşir, ayı оynayır, keçi salam verir, it оvu
tutur, çоban yanında gözətçi оlur. Bu cəhətdən insan həmişə özünü
təkmilləşdirməli, tərbiyə etməli, nəfsinə qalib gəlməli, heyvani və
şeytani istəklərdən uzaq оlmalı, dünya malının əsiri, maddiyyət
hərisi оlmamalıdır. О deyirdi: “Dünya bağını qоpar, maddəyə оlan
bağlılıqdan özünü qurtar da hür оl, ey оğul, nə zamana qədər