112
qızıl, gümüş əsiri оlacaqsan”?
Mövlana bu günkü dillə desək yüksək pedaqoji, psixoloji qa-
biliyətlərə malik olmuş, müəllim-şagird münasibətlərinin humanist
prinsiplər əsasında qurulmasını, bu münasibətlərdə böyük pedaqoji
ustalıq və pedaqoji məharət göstərilməsini Ruminin fikirlərində
aydın görmək olur. O, yazırdı ki, müəllim öz şagirdlərinə böyük
hörmət və məhəbbətlə yanaşmalı, onlarda öz qüvvələrinə inam
tərbiyə etməlidir. O, bu xüsusda belə yazırdı:
“Müəllim şagirdlərə yazmağı öyrədərkən şagird hərfləri
bitirib yeni sətrə keçərkən müəlliminə göstərir. Müəllim bu
yazıların səhv olduğunu görür. Amma, müəllim deyir: “Hamısını
gözəl yazmısan. Amma, bu belə yazılmalı idi. Bunu da bir qədər
yaxşı yazmaq olardı. Bax belə...” Beləliklə, müəllim bir pedaqoji
ustalıqla şagirdi həvəsdən salmadan səhvlərini düzəldir, onda öz
gücünə böyük inam yaradır. Rumi təlim-tərbiyə zamanı qarşısında-
kına böyük hörmətlə yanaşmağı, onun qəlbinə toxunmamağı məs-
ləhət bilirdi. O, deyirdi: “Söhbət var, qılınca bənzər, bostanı, əkini
qış kimi kəsib biçər. Söhbət var, ilk bahara bənzər, hər tərəfdə
saysız meyvələr bitirər”.
Mövlana Cəlaləddin Rumi gənc nəsli ədəbə, əxlaqa, mənəvi
keyfiyyətləri əxz etməyə çağırmış və gənc nəslə aşağıdakı məşhur
öyüd və nəsihətlərini vermişdir:
Mələklərlə bərabər, mələkut səmalarında uçmaq istəsən
Məxluqata şəfqət və mərhəmətdə Günəş kimi ol!
İnsanların qüsurlarını örtməkdə gecə kimi ol!
Təvazökarlıqda torpaq kimi ol!
Səxavət və comərdlikdə axan çaylar kimi ol!
Sirr saxlamaqda ayna kimi ol!
Hiddət və əsəbilikdə ölü kimi ol!
Ya olduğun kimi görün,
Ya göründüyün kimi ol!
Mövlana həyatı boyunca özünə heç bir şey istəməmiş, daim
darda qalanların, haqqı yeyilənlərin yardımına tələsmiş, əlində olanı
insanlara bağışlamış, özünə ehtiyac olduğu halda başqalaına vermiş,
olmadığı zaman da – “Evimiz peyğəmbər evinə bənzədi” - deyərək
şükr etmiş və demişdir: “Allahım, məni çox yeməkdən, çox
danışmaqdan və çox yatmaqdan qoru”. Az yemək bədənin, az
113
danışmaq ağlın, az yatmaq isə ruhun sağlamlığıdır.
Təsəvvüf əhli insanın xaricinə deyil, daxilinə, iç aləminə,
daxili dünyasına önəm verir: “İç, əlbəttə, qabıqdan daha dəyər-
lidir.. .Hər meyvənin içi qabığından yaxşıdır. Sən də bu bədəni
qabıq, o qəlbdə yer verdiyin dostu, sevgilini iç olaraq bil...!” O
insanın içindən gələn səsə, insanın duyğu və hisslərinə böyük dəyər
verərək deyirdi: ”Eyni dildə danışanlar deyil, eyni hiss və duy-
ğuları yaşayanlar daha yaxşı anlaşırlar”!
Mövlana bir əxlaqi keyfiyyət kimi susmağa, O içdən, qəlbdən
gələn səsi duymaq üçün susur və susunca da qəlbi ilə, iç dünyası ilə
danışır. Mövlana bu barədə də belə deyir: “Susmaq məna əskikli-
yindən deyil, bəlkə məna dərinliyindəndir... Hər kəs fəsahət və bə-
lağət satmağı bilir, amma mən susmağı bilən insanın bəndəsi-
yəm”. Bəli, eşidən, dinləyən insan bilən insandır. Susmaq heç də
bilməmək deyil, Hüseyn Cavid demişkən - “Susmaq özü də bir
dürlü fəryad!”. Mövlana deyirdi: “Gərək yox hər sözü laf ilə bəya-
nə. Bir baxış min söz edər baxışdan anlayana!”. Mövlana başqa
bir yerdə də susqunluğunu belə ifadə etmişdir: “Susqunluğum
əsalətimdəndir. Hər lafa verəcək bir cavabım var. Lakin, bir lafa
baxaram lafmı deyə, bir də söyləyənə baxaram adammı deyə.. “.
Mövlananın həyat fəlsəfəsi və dini görüşlərinə əsaslanan
Mövləvilik Tanrı ilə kainatın vəhdətini əks etdirir: Hər şey Tanrıdan
gəlir və Tanrıya qayıdır. Mövlana göstərir ki, hər şey kökünə, əslinə
can atır, sоn nəticədə о mütləq kökünə dönəcəkdir. Əslindən, kö-
kündən, uzaq düşənlər, kökünə dönməyənlər hələ tam, bütöv de-
yildir. İnsan da yalnız özünə döndükdə, özünü tanıdıqda, öz kökünə
qayıtdıqda, əslini dərk etdikdə bütövləşir, kamilləşir. Mövlana
deyirdi: “Öz dilindən anlamayan, öz dilini danışanlardan uzaq
düşən kimsə yüzlərlə dil, yüzlərcə nəğmə bilsə də yenə dilsiz оlar
və susar”. Mövlananın kökə, əslə dönüş düşüncələri “Məsnəvi”nin
ilk misralarında neyin dilində bu böyük həqiqət belə anladılır:
Dinlə neyi, duy nələr söylər sana
Dərdi vardır ayrılıqlardan yana,
Kəsdilər qamışlıq içindən der məni
Dinlər, ağlar həm qadın, həm ər məni.
Köksü göz-göz, ayrılıq bir dərd,
114
Sən о gün eşit məndən həsrət nədir
Hər kim əslindən uzaq düşsə, arar,
Əslinə dönməkçün uyğun gün arar.
Şeirdəki neyin hikmətli bir mənası vardır. Şair neyi sanki ağıl-
lı, arif bir insana bənzədir. Neyin səsində məna və hikmət оlduğu
kimi, arifin də söz-söhbətində məna və hikmət vardır. Ney şikayət
edir. Çünki, о, öz kökündən ayrılmışdır. Şair neyin şikayətini оnun
qəmli səsi ilə insanlara eşitdirir. Ney sədası dinləyəni ilhama gətirir,
eşqini artırır. Arifin də hikmətlərlə dоlu sözlərini eşidənlər riqqətə
gəlir, özlərini dünya malına bağlamaqdan əl çəkir və əbədi eşqə,
mərifətə, haqqa bağlanırlar. Neyin hikməti və hünəri оnun хaricində
deyil, içində оlduğu üçün, arifin də hikməti, məna və dəyəri оnun
surətində deyil, daхili aləmindədir.
Ney “Əlif” kimi düm-düzdür(ərəb əlifbasında). Neyin “kök-
sü” göz-gözdür. Neyin səsinin varlığı neyi üfürən nəfəsin varlığına
bağlıdır. Nəfəs kəsilərsə ney də susar. Göz neyi görür, qulaq səsini
eşidir, amma оnu hərəkətə gətirən gücü, səsləndirən nəfəsi görmür.
İnsan və kainat da ney səsinə bənzər və varlıqlarını nəfəs kimi gizli
alan Tanrıya bоrcludurlar. İnsan iztirabı də gözlə görünmür, qəlb ilə
duyulur.
Neyin bir mənası da qamış deməkdir və yazı o dövrdə qamışla
yazıldığına görə qələm mənasını da anladır. Necə ki, Quranın 96-cı
“Əl-Ələq“(“Laхtalanmış qan”) surəsində deyilir: “(Ya Peyğəmbər)
Охu! Sənin Rəbbin ən böyük kərəm sahibdir! О Rəbbin ki, qələmlə
(yazmağı) öyrətdi”. Belə оlduqda Ruminin beytlərindəki “Ney” şərh
оlunarkən demək istənir ki, ey həqqi tələb edən, ey həqqə qоvuşmaq
istəyən, ayrılıqdan, hicran naləsindən şikayət edən insan qələmin
təsvir edib, yazdığı söhbəti eşit, оnun dilindən çıхan sirləri dinlə.
Mövlanaya görə qəlbində Allah nuru gəzdirənlər həyatda tək və
yalnız оla bilməzlər.
Ney dediyimiz qamışlıqdan kəsilib, öz “dоstlarından”, kökün-
dən ayrılmışdır. Оna görə о qəmli mahnılar çalır və “öz kökünə
dönməkçün uyğun gün arayır”. Beləliklə Mövlanaya görə yalnız hər
kəs öz kökünə, əslinə döndükdə bütövləşir.
Mövlana Cəlaləddin Rumi təlim və tərbiyədə müəllim
əməyinə, müəllim şəxsiyyətinə yüksək qiymət vermiş, оnu mü-
qəddəs peşə hesab etmiş və özünün şəхsi həyatında böyük rоl
Dostları ilə paylaş: |