6
1.2. İbtidai icma quruluşunda tərbiyə
Maddi və mənəvi mədəniyyət abidələrinin, habelə folklor
nümunələrinin öyrənilməsi bəşər sivilizasiyasının ilkin çağlarında
tərbiyənin meydana gəlməsi ilə bağlı müəyyən fikirlər irəli sürməyə
imkan verir. İbtidai icma dövründə ilkin pedaqoji təsəvvürlərin
yaranması və təşəkkülü ayrı-ayrı xalqların qədim adət və ənənələri,
mərasim və ayinləri, əyləncə və oyunları ilə sıx bağlı olmuşdur.
Kökləri əsrlərin dərinliklərinə gedib çıxan xalqın həyat müşa-
hidələrinin və empirik təcrübənin məhsulu olan atalar sözləri, zərb
məsəllər, mərasimlər, xalq oyunları, əyləncələr qədim insanların
tərbiyə ilə bağlı fikirlərinə parlaq sübutdur. Bu günə qədər insanın
mənşəyi ilə bağlı bir çox nəzəriyyələr mövcuddur. Ənənəvi konsep-
siyalar arasında təkamül-bioloji (Ş.Leturno, S.Simpson, A.Espi-
nas) və psixoloji (P.Monro) nəzəriyyə mühüm yer tutur.
Təkamül-bioloji nəzəriyyənin nümayəndələri insanların ibti-
dai icma dövründəki tərbiyəvi fəaliyyəti ali heyvanların öz balaları-
na göstərdikləri instinktiv qayğıya bənzədir, heyvanlar aləmində də
tərbiyənin mövcud olduğunu söyləyirlər. Bu alimlər tərbiyənin şü-
urlu səciyyəsini inkar edir və onu qeyri-mütəşəkkil, kortəbii bir
hadisə hesab edirlər.
P.Monro tərbiyənin meydana çıxmasını yalnız uşaqların bö-
yükləri şüursuz surətdə təqlidində görürdü. O, bununla bağlı yazır-
dı: “İbtidai insan üçün yalnız yaşadığı zaman mövcuddur. Onun
şüurunda keçmiş və gələcək anlayışları demək olar ki, yoxdur. Tər-
biyə isə yalnız ətraf mühitə uyğunlaşmaqdan ibarətdir”. İnsanın
mənşəyi və tərbiyənin yaranması ilə bağlı dini təlimlərdə dəyərli
fikirlər vardır. Y.A.Komenski “Böyük didaktika”nın III fəslində
“İnsanın ən ali, ən kamil, hər şeydən üstün məxluq olması” müd-
dəasını irəli sürərək insanın həqiqi layiq olduğu ucalığa çatması
üçün son məqsədi uğrunda ləyaqətlə mübarizə aparmağa səsləyir.
İnsanın son məqsədi isə bu həyatdan kənardadır.
Y.A.Komenskiyə görə, bu həyat yalnız əbədi həyata hazır-
lıqdır.Y.A.Komenski əbədiyyata hazırlığın üç mərhələsini göstər-
mişdir: özünüdərk, özünüidarə və Allaha doğru cəhd. Sonra o, fik-
7
rini davam etdirir: “İnsan İlahəyə bənzəyir. İnsan da müqəddəs
olmağa çalışmalıdır”. Necə ki, “Müqəddəs kitab”da deyilir: “Allahı-
nız kimi siz də müqəddəs olun”.
Bir çox müasir pedaqoq-tədqiqatçılar tərbiyənin mənşəyi mə-
sələsini nəzərdən keçirərkən bəzi ali heyvanlarda və insanda şüurlu
fəaliyyətin formaları arasında varisliyin zəruri olması fikri ilə razıla-
şırlar. Lakin bununla belə onlar xüsusi fəaliyyət növü kimi meydana
gələn insan tərbiyəsini fərqləndirən sosial xarakteristikaları da xü-
susi vurğulayırlar.
Deməli, insanın tərbiyə fəaliyyəti onun əmək fəaliyyətinin
zəruru bir hissəsidir.Tərbiyə fəaliyyəti insanın öz nəslinin davam
etdirilməsinə xidmət edir. Bu əməyin nəticəsi maddi nemətlər və
dəyərlər deyil, yaxşı təhsil-tərbiyə almış insandır. Tərbiyə mənəvi
istehsal sahəsinə aiddir. Buna görə də insan nəslinin davamının əbə-
di və təbii şərti olan uşaqların tərbiyəsi insanın təşəkkülünün ilk
mərhələsində əmələ gəlmiş, bir ictimai üsulun digəri ilə əvəz edil-
məsindən asılı olmayaraq bütün bəşər tarixi boyunca davam etmiş
və edəcəkdir.
İbtidai icma dövründə tərbiyə xüsusi fəaliyyət növü kimi
meydana gəlmişdir. Bu cəmiyyətdə tərbiyə sadə, bəsit xarakter daşı-
yırdı. Həmin dövrdə uşağın tərbiyəsi onun bəslənməsindən və böyü-
dülməsindən, habelə yaşlı nəslin təcrübəsinin böyüyən gənc nəslə
verilməsindən ibarət idi.
Kortəbii şəkildə yaranmış tərbiyənin məqsədi insanı sadə hə-
yat tərzi keçirərək dünyanı dərk etməyə yönəltmək idi. Adi şüur sə-
viyyəsində pedaqoji fikrin ünsürləri tədricən inkişaf edirdi. Sonralar
onlar praktik təcrübədə tərbiyəyə çevrilərək adət-ənənələrdə və
folklorda özünü təzahür etdirirdi.
Getdikcə tərbiyə insanların fiziki, əqli, mənəvi, emosional
baxımdan böyüməsi və inkişafı kimi meydana gəlirdi. İbtidai insan-
ların tərbiyəsi kortəbii və sistemsiz səciyyə daşıyırdı.
İbtidai insanların ictimai-sosial təcrübəsi və təfəkkürü zəngin-
ləşdikcə onun məzmunu və tədqiq üsulları da mürəkkəbləşirdi.
İlk vaxtlar tərbiyə xüsusi fəaliyyət növü kimi deyil, həyat təc-
rübəsinin ötürülməsi kimi başa düşülürdü. Bu dövrdə tərbiyənin
mühüm xarakterik xüsusiyyətlərindən biri ondan ibarət idi ki, uşaq-
ların tərbiyəsi ümumi və təbii səciyyə daşıyırdı. Bütün uşaqlar qrup
8
və ya kollektiv şəkildə birgə tərbiyə olunurdular. Bununla da uşaq-
lar icmanın ictimai əmək həyatına müstəqil olaraq hazırlanır dılar.
Tərbiyə sahəsində uşaqların cinsi və yaşında müəyyən fərdi
fərqlər özünü göstərirdi. Oğlanlarla qızların tərbiyəsindəki əsas fərq
əməyin təbii bölgüsündə meydana gəldi. İbtidai icma cəmiyyətində
tərbiyənin digər xarakterik xüsusiyyəti ondan ibarət idi ki, həmin
dövrdə uşaqların tərbiyə edilməsi üçün xüsusi müəssisələrin yara-
dılmasına ehtiyac yox idi. O dövrdə tərbiyə əmək adamlarının fəa-
liyyəti və onların təbiət qüvvələri ilə apardığı mübarizə ilə sıx bağlı
idi. Tərbiyənin forma və metodları sadəliyi ilə seçilirdi. İlk vaxtlar-
da uşaqların tərbiyəsi bəşər cəmiyyəti həyatının əmək prose- sindən
ayrılmırdı. Tərbiyə icma həyat tərzindən irəli gələrək bu cür möv-
cudluq üsuluna zəmin yaradır və onu möhkəmləndirirdi. İbtidai ic-
ma cəmiyyətinin sonrakı mərhələsində tərbiyənin mənşəyində yeni
mərhələ yarandı. İnsanların sosial məşğulluğunun əhatə dairəsi
məhz bu mərhələdə daha da gücləndi.
Getdikcə tərbiyənin mütəşəkkil formalarının ünsürləri mey-
dana gəldi. Tədricən tərbiyə işi xüsusi şəxslərin əlində cəmləşməyə
başladı. Tərbiyə işi 9 yaşdan başlayaraq 11 yaşadək davam edirdi.
Kiçik yaşlı uşaqlar analarının nəzarəti altında zəruri əmək vərdişlə-
rinə yiyələnirdilər. Bu dövrdə azyaşlı uşaqlar oyunda böyüklərin hə-
yatını təqlid edirdilər. Uşaqlar yaşlıların ictimai həyat fəaliyyətində
yaxından iştirak etməklə, hər gün onlarla ünsiyyətdə olmaqla tərbi-
yə olunur və onlardan öyrənirdilər. Bununla da, uşaqlar əmək fəa-
liyyətinə, kollektiv əməyə hazırlanırdılar.
Bu cəmiyyətdə hər şey kollektiv xarakter daşıyırdı. Əməkdə
iştirak edən və böyüklərlə gündəlik ünsiyyətdə olan uşaqlar həyat
üçün zəruri vərdiş və əmək bacarığını mənimsəyir, müvafiq məra-
simlərin icra edilməsi qaydaları ilə tanış olur, özünün bütün vəzifə-
lərini böyüklərin tələbinə uyğunlaşdırırdılar. Ağsaqqallar və din
xadimləri isə uşaqlar tərəfindən icmanın müəyyən etdiyi qadağa-
ların pozulmamasına nəzarət edirdilər.
Erkən ibtidai icma dövründə tərbiyənin səviyyəsi çox aşağı
idi. İcmanın kiçik yaşlı üzvlərinə nəzərə çarpacaq dərəcədə davranış
sərbəstliyi verilirdi, bununla yanaşı onlara sərt cəzalar da tətbiq olu-
nurdu. Uşaqlar mütəmadi olaraq ciddi fiziki cəza veriləcəyi ilə qor-
xudulurdu. Tədricən icmanın təbəqələşməsi və insanlar arasında
Dostları ilə paylaş: |