124
görməməli; 12) Kərəm sahibi olmalı (ətrafındakı insanlarla xoş-
rəftar olmalı, onlara hədiyyələr verməli); 13) Təvəkkül sahibi ol-
malı; 14) Təslim və riza sahibi olmalı (haqqa təslim olmaq və daim
ondan razı qalmaq); 15) Qəzaya riza göstərməli; 16) Təvazökar
olmalı və əhdə vəfa göstərməli; 17) Səbrli, təmkinli olmalı; 18) Əhd
edib, söz verdiyini yerinə yetirməli.
Bektaşinin həmişə özündən əmin olması, son nəticədə bütöv
bir toplumun bir-birindən əmin olmasına gətirib çıxarır. “Müsəlman
kimdir?” sualına Məhəmməd Peyğəmbər (s) belə cavab verir: –
“Müsəlman, müsəlmanın əlindən, dilindən əmin olan kimsədir”.
Yəni əlinə, dilinə sahib olmaq müsəlman olmağın vacib şərti hesab
edilmişdir. Demək, Bektaşi tərbiyə sisteminin qaynağı Həzrəti
Peyğəmbərin (s) hədislərindən irəli gəlmişdir.
4.8. Hürufilikdə tərbiyə
Azərbaycanın orta əsrlər ictimai, dini-fəlsəfi, pedaqoji və
ədəbi-mədəni gеrçəkliyində sufizmin əhəmiyyətli qollarından biri
Hürufizmdir. Pantеist dini-fəlsəfi düşüncəni əsas götürən bu cərə-
yan əsasən XIV-XV yüzilliklər Azərbaycan ədəbi-mədəni, ictimai-
siyasi və pedaqoji mühiti ilə o qədər sıx və əsaslı şəkildə qaynayıb
qovuşur ki, onu nəzərə almadan həmin dövr ədəbi-pedaqoji fikri
dərk еtmək mümkün dеyildir.
Təkcə onu dеmək kifayətdir ki, orta əsr Azərbaycan ədəbiy-
yatının ən böyük ədəbi siması və bu dövr ana dilli şеirimizin ustadı
İmadəddin Nəsimi hürufizmin ən görkəmli nümayəndəsidir. Onun
bənzərsiz şеirlərinin çoxu hürufilik idеyalarının bədii ifadəsinə və
təbliğinə xidmət еdir.
Hürufi dedikdə hərf elmi ilə məşğul olan, hərflərdə bir məna
axtaran, hərflərə müqəddəs varlıq kimi baxan inanc sahibi başa
düşülür. Ümumiyyətlə ərəb əlifbasının hər bir hərfində bir məna
mövcuddur. Bu həm dini, fəlsəfi mənada bir məna, həm də “Əbcəd”
hesabında müəyyən bir rəqəmi, ədədi bildirir.
“Hüruf”- “Hərf” kəlməsinin cəmidir.Yəni “Hərflər”. Hürufili-
yə görə varlıq səslərdən ibarətdir. Səs və hərf sözlərdə öz əksini ta-
125
pır. Sözlər hərflər üzərində qurulur və insanlar tərəfindən ifadə
olunur.
Kainat Tanrının “Ol” kəlməsindən meydana gəlmişdir ki, bu
da səs vasitəsi ilə ifadə olunmuşudr. Səsin işarəsi hərflərdir. Ona
gərə də hərflər müqəddəsdir. Hər bir hərfin mənası və bir anlamı
vardır. İnsan hərflərin daxili rəmz və mənalarını dərindən öyrənər-
kən ilahi aləmin sirlərini də öyrənmiş olur.
Məsələn, “Əlif” (ا) hərfi özündən sonra gələn heç bir hərflə bir-
ləşmədiyi üçün çoxluğa yaxın düşməmişdir, o təkdir. Bu hərf baş-
lanğıc hərfdir və Allahı simvolizə edər. Başlanğıc Allah olduğuna
görə, hər şey Ondan sonra gəlir. Təsəvvüfdə kamil, yetkin insan ərəb
hərfləri arasında Əlif (ا) hərfinin rəmzidir. Botanlka aləmində lalə
budağının dim dik olması ərəb əlifbasında “Əlif”lə müqayisə edilir.
Lalə kəlməsinin yazılışı ilə Allah kəlməsinin yazılışı eyni hərf-
lərlədir. Allah kəlməsində 1 Əlif, 2 Lam, 1 he hərfləri vardır. Əlif
hərfinin əbcəd dəyəri 1, lam hərfinin 30, he hərfinin isə 5-dir. Buna
görə də “Lalə” ilə “Allah” kəlmələrinin əbcəd hesabı ilə dəyəri 66-
dır. “Lalə” ərəb hərfləri ilə yazıldığında
tərs tərəfdən
oxunanda ortaya “Hilal” – yəni aypara kəlməsi çıxır
.
Qeyd edək ki, aypara islam aləmində geniş yayılmış bir sim-
voldur. Aypara bayrağımız üzərində dalğalanır. Ayparanı qəbirüstü
daşlarda, xalçalar, abidələr üzərində görmək olar. Nədir ayparanın
sirrı? Niyə bu qədər geniş yayılmışdır? Belə ki, aypara ərəbcə
“Hilal” deməkdir. “Hilal” ərəbcə yazılışına görə “h”, “l” “a” “l”
hərflərindən əmələ gəlir. “Allah” kəlməsi də bu hərflərdən düzəlir.
Hər iki sözdəki hərflərin cəmi “Əbcəd” hesabında “66”- dır. Demək
Aypara (Hilal) İslamiyyətdə Allahın simvolu kimi qəbul edilmişdir.
Yaxud, “Vav” hərfi də (و) müqəddəs hərflərdən sayılır. Öz ya-
zılışına və quruluşuna görə əsas üç məna ifadə edir: 1)Ana bətnin-
dəki insanı xatrladır; 2)“O” - Allahın özünü xatırladır; 3)“Ol”-
Allahın ilk sözünü xatırladır. “Vav” əbcəd hesabında 6 rəqəmini
ifadə edir ki, bu həm kainatın simvolu, həm də imanın 6 şərtini (Al-
laha iman, Peyğəmbərlərə iman, Allahın kitablarına iman, Axirət
gününə iman, Qəzavü-qədərə iman, Allahın mələklərinə iman) ifadə
edir.
126
İslam alimlərinə görə təssəvvüfdə, əbcəd hesabında Allah
kəlməsinin qarşılığı 66-dır. Bu bir birinə kilidlənmiş iki “Vav”
hərfinin yazılışı ilə meydana gəlib Allahı anladır. Ona görə də
“Vav” birliyi, bərabərliyi bildirir. “Vav” Allahın 99 adından biri
olan ”Vahid” ismini bildirir və “Vəhdət”in simvoludur. “Vav” həm
də qulu təmsil edir. Ana qarnındakı uşağa bənzəyir. İnsan dünyaya
“Vav” formasında gəlir və sonra həyatı boyunca “əlif”- (ا ) kimi düz
olur, daha sonra da “Vav” formasında da əyilir, dünyadan köçür.
“Vav”-ın yazılışında bir gözəllik, estetika olduğundan xəttatlar da
ən çox “Vav” hərfi üzərində çalışmışlar. “Vav” hərfi həmçinin ərəb
əlifbasında v, o, ö, u, ü, səslərinin qarşılığını veirir.
İbadət yerlərinin qapısı önündə, padşah, Sultan saraylarının
namaz qılınan yerlərinin qapısı başında, ki bu qapı da adam
boyundan aşağı yapılır və üstündə üz-üzə yazılmış iki “vav” hərfi
yazılırdı. Bu Allahın simvolu kimi qəbul edilirdi və bura ibadət
üçün içəri girənlər baş əyərək bu qapıdan içəri keçərmişlər. İki
“vav”ın qarşı qarşıya yazılması həmçinin ürəyin, qəlbin simvolu
kimi də qəbul edilmişdir.
Hərflərin hikmətli mənasını biz Mövlana Cəlaləddin Ruminin
misralarında görürük:
“İnsan namazda kıyama durunca (ﺍ) “elif” olur. Rükuya eyi-
lincə (ﺪ) “dal” olur. Səcdəyə varınca (ﻣ) “mîm” olur. Beləliklə adəm
olur!”
Hürufilikdə, sufilikdə nöqtə vəhdət rəmzidir. Bеlə ki, qələmin
ucu kağıza və ya lövhəyə toxunduqda nöqtə əmələ gəlir və sonra
yazı yazılır. Dеməli, nöqtə yazının başlanğıcıdır. Varlığın başlanğıcı
da vəhdətə bağlıdır və ondan nəşət еdir. Nöqtədən – başlanğıcdan
sonra əmələ gələn yazı-xətt isə varlığın tədricən nizamla zühur
olmasına işarədir
Hərflərin bir məna, ifadə kəsb etməsi hələ səhabələr dövrün-
dən məlum olmuşdur. Həzrəti Əli (s) deyirdi “Bismillah” “ب” (Be)
hərfindən meydana gəlmişdir. Mən “Be” hərfinin altındakı nöq-
təyəm. “Be” hərfinin təsəvvüfdə müqəddəs bir hərf və bir açar ol-
ması haqqında XV əsrdə yaşamış Bərdəli Şeyx İbrahim İbn Mə-
həmməd İbn Hacı İbrahim İbn Şəhabəddin Bərdəinin (Gülşəni) də-
yərli misralan vardır:
Dostları ilə paylaş: |