54
“PEDAQOGİKA” FƏNNİ ÜZRƏ TƏLƏBƏLƏRİN
“SƏRBƏST İŞ” MÖVZULARININ YAZILMASINA
DAİR METODİK MƏSLƏHƏT
Tələbələrin “Sərbəst iş” mövzuları üzərində işləməsi
fənnin daha dərindən mənimsənilməsinə kömək etdiyi kimi
onların, tədqiqatçılıq bacarığını da inkişaf etdirir, elmə həvəsini
artırır, müstəqil çalışmaq vərdişlərini möhkəmləndirir.
Ali məktəblərimizdə Bolonya prosesinin tətbiqi, təhsilin
kredit sisteminə keçidi tələbələrin daha çox müstəqil
çalışmasını tələb edir. Müstəqil çalışan, əməli fəaliyyət
göstərən tələbə daha çox bilik qazanır və öyrənir.
Psixologiyadan məlumdur ki, insan bilik üzərində nə
qədər hərtərəfli işləsə, ona müxtəlif cəhətlərdən yanaşsa, o bilik
daha yaxşı və daha möhkəm mənimsənilir. Çünki, tələbə
material üzərində müstəqil işləyərkən onu hərtərəfli təhlil edir,
şüurunda eyni bir məsələyə bir neçə dəfə qayıtmalı olur, təhlil
edir, ümumiləşdirmələr aparır. Bütün bunlar da qazanılmış
biliyin praktik əhəmiyyət kəsb etməsinə kömək edir.
Müasir gənc mütəxəssis yüksək bilik və dünyagörüşə
malik olmaqla bərabər, həm də tədqiqatçılıq qabiliyyətlərinə
malik olmalı, müstəqil düşünməyi, müstəqil qərarlar
çıxarmağı bacarmalıdır. Bunun üçün də indiki şəraitdə -
təhsilin qlobal xarakter aldığı bir dövrdə tələbənin pedaqogika
üzrə proqram materialına sahib olması minimum tələb hesab
edilə bilər, geniş nəzəri bilik və dünyagörüşə sahib olmaq
üçün isə daha çox pedaqoji biliklər əldə etməli, çox oxumalı,
55
əlavə və ilk mənbələrdən istifadə etməli və bilikləri müntəzəm
olaraq genişləndirmək və tətbiq etmək lazımdır.
Bu baxımdan pedaqogika fənnini tədris edən müəllim
tələbələrə müstəqil çalışmağı, daha çox düşünməyi məsləhət
görməli, onların tənqidi və yaradıcı pedaqoji təfəkkürünü
inkişaf etdirməlidir.
Təcrübələrdən məlum olur ki, tədris işi yüksək təşkil
edilən ali məktəblərdə tələbələr elmi-tədqiqat işlərinə də böyük
həvəs göstərir, “Sərbəst iş” üzərində də fəallıqla çalışırlar.
“Sərbəst iş” mövzuları tələbələr tərəfindən sərbəst
şəkildə seçilir. Pedaqogika fənni müəlliminin təklifi ilə də
tələbə mövzu götürüb üzərində işləyə bilər. “Sərbəst iş”
tələbənin kiçik elmi tədqiqat işidir – deyə bilərik. Tələbə
mühazirədən eşitdiklərini, seminar məşğələlərindən
öyrəndiklərini, əlavə materiallardan mənimsədiklərindən
istifadə edərək, sərbəst iş üzərində müstəqil olaraq yaradıcı
fəaliyyət göstərir. Tələbənin sərbəst, müstəqil şəkildə çalışması
bir tərəfdən proqram materialının nə dərəcədə mənimsədiyinin,
o biri tərəfdən isə öz biliyini tətbiq etmək bacarığına malik
olub-olmadığının göstəricisi hesab edilə bilər.
Ali məktəblərdə fənlərin tədrisi prosesində tələbələr
müstəqil işləməyi, ilk mənbələrdən baş açmağı bacarmalıdırlar.
Aparılan elmi-pedaqoji tədqiqatlardan məlum olur ki, ali
məktəb tələbələri hər gün 5-6 saat müstəqil zehni işlə məşğul
olmalı, mütaliə etməli, elmlə məşğul olmalı, araştırmalar
aparmalıdır.
Tələbə kitab və ya başqa material üzərində sərbəst
çalışan vaxt oradakı faktlar, həqiqətlər artıq onun üçün tam
aydın olur; o əldə etdiyi biliklərə möhkəm inanır. Belə bilik isə
tədricən əqidə və inama çevrilir. Buradan belə nəticə çıxarmaq
olar ki, biz ali məktəb tələbələrini biliklər üzərində dərindən,
56
sərbəst, müstəqil işləməyə sövq etməklə, eyni zamanda onlarda
elmi dünyagörüş, yeni pedaqoji təfəkkür, tədqiqatçılıq və
müstəqil çalışmaq bacarıq və qabiliyyətləri də formalaşdırmış
oluruq. Tələbələrin öz üzərində müntəzəm və müstəqil
işləmələri onlarda geniş dünyagörüş, əxlaqi keyfiyyətlər
formalaşdırmaqla bərabər, həm də faydalı vərdişlər yaradır.
Tələbələr “Sərbəst iş” üzərində işlərkən bir deyil, bir
neçə mənbədən istifadə etməyi, xüsusilə ilk mənbələrdən,
texnikadan, internet xidmətindən məlumatlar toplamağı
öyrənməlidir. Təcrübə göstərir ki, orta məktəbi qurtaran
şagirdlərin heç də hamısı sərbəst şəkildə elmi mənbələr
üzərində, müxtəlif kitablar üzərində işləməyi bilmirlər. Ona
görə də birinci kurs tələbələrinə fənn müəllimi tələbələrə
müstəqil çalışmaq üçün, elmi mənbələrdən istifadə etmək üçün
lazımi məsləhətlər verməli, tədris etdiyi mövzularla bağlı
ədəbiyyat siyahısı verməli və onlardan istifadə yollarını da
göstərməlidir. Düzgün məsləhətlər, tövsiyələr nəticəsində və
tələbələrin müstəqil işləməsi sayəsində tədricən yaradıcı
fəaliyyət inkişaf edir və tələbələr müstəqil və sərbəst şəkildə
mənbələr üzərində işləməyə alışırlar ki, bu da gələcəkdə
onların elmi işlər, məqalələr yazmasına, buraxılış işləri üzərində
daha yaxşı işləmələrinə kömək etmiş olur.
Tələbə mövzunu seçdikdən sonra fənn müəllimi ilə
birlikdə plan və ədəbiyyat siyahısını müəyyənləşdirir, daha
sonra mövzu ilə bağlı ədəbiyyat oxunur, təhlil edilir, qeydlər
götürülür, çıxarışlar edilir, məntiqi nəticələr çıxarılır,
ümumiləşdirmələr aparılar və yazıya alınır.
Sərbəst iş yaradıcı şəkildə yerinə yetirilməlidir.
Kitabların, qəzet və jurnal məqalələrinin üzü köçürülməməli,
müəlliflərin fikirləri olduğu kimi götürülməməlidir. Bütün
mətnin başlıca məzmununu səciyyələndirən fikrin əsas
Dostları ilə paylaş: |