Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan


Şək. 3. İlişmə muftasının hidravlik idarəetmə mexanizmi



Yüklə 5,14 Mb.
səhifə45/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Şək. 3. İlişmə muftasının hidravlik idarəetmə mexanizmi.





  1. Sürtünmənin xassəsinə görə-ilişmə muftaları quru və yaş (disklər yağın içərisində işləyir) olur. Yaş ilişmə muftalarında disklər arasında kiçik sürtünmə əmsalı olduğundan, belə muftalar çoxdiskli hazırlanır və yeyilməyə qarşı davamlı olurlar. Quru ilişmə muftalarına nisbətən yaş ilişmə muftalarının ölçü və kütlələri böyük, ötürdükləri bürücü momentin qiyməti isə kiçik olur. Büna görə də yaş ilişmə müftaları avtomobillərdə geniş yayılmamışdır. Belə ilişmə muftaları əsas dizel mühərriklərini işə salmaq üçün köməkçi-işəsalıcı mühərriklərin gücötürücülərində istifadə edilir. Əksər avtomobillərdə quru friksion ilişmə muftalarından istifadə edilir.

  2. İlişmə muftaları vəzifələrinə görədə iki yerə bölünür: a-birqat və ya biraxınlı; b-ikiqat və ya ikiaxınlı. Bir-axınlı ilişmə muftaları işdən çıxarıldıqda mühərrikdən hərəkətin aparıcı təkərlərə və gücayırıcı vala ötürülməsi eyni zamanda kəsilir. İkiaxınlı muftalarda mühərrikdən gücayırıcı vala hərəkətin ötürülməsi kəsilmədən, aparıcı təkərlərə hərəkətin verilməsi təmin edilir. İkiaxınlı ilişmə muftası mühərrik çox yükləndikdə və traktor yerindən tərpədildikdə onun daha etibarlı işləməsini, gücayırma valı vasitəsilə kənd təsərrüfatı maşınının iş orqanlarının yürüş götürməsini təmin edir. Sadə diskli friksion ilişmə muftasında aparılan disk 3 nazimçarxla 1 və onunla birlikdə fırlanan, həm də ox boyunca hərəkət etdirilə bilən aparan diskin 2 arasında yerləşdirilir.

Aparılan disk gücötürücü mexanizmlərin birinci valı üzərində otuzdurulur (şlis birləşməsi vasitəsi ilə). Əgər sıxıcı mexanizmin köməyi ilə aparılan disk aparan disklə nazimçarxın arasında sıxılırsa, disklərin səthində böyük sürtünmə momenti yaranır ki, nəticədə mühərrikin dirsəkli valındakı burucu moment aparılan disk vasitəsilə gücötürücü mexanizmlərə ötürülür. Əgər sıxıcı diskin üzərindən təzyiq qüvvəsi götürülərsə, onda aparılın disk sıxılmır (sərbəst qalır) və mühərrikdən gücötürücü mexanizmlərə hərəkətin ötürülməsi kəsilir (ilişmə muftası işdən çıxır).


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə