238
5. Təbiətin mühafizəsinə çəkilən xərclərin
səmərəliliyini təyin edən üsullar
Təbii ehtiyatların mühafizəsinin səmərəliliyi xərc-
lərin istiqamətləri və həcmindən çox asılıdır. Ona görə
də ətraf mühitin mühafizəsinə sərf olunan xərclərə nəza-
rət edilməlidir. Elə ola bilir ki, yüksək səmərə əldə et-
mək üçün çox xərc çəkilməsini tələb etsin. Hər bir halda
potensial səmərə xərclərdən asılıdır. Xərclərin həcminin
elə həddi olmalıdır ki, o təbii ehtiyatların mühafizəsi la-
yihəsinin səmərəli olmasını təmin etsin. Xərclərin gəlir-
lərlə müqayisəsi elə olmalıdır ki, vaxt amili nəzərə alın-
maqla cəmi gəlir cəmi xərclərdən çox olsun. Hesabla-
malar göstərsə ki, gələcəkdə əldə ediləcək gəlir xərcləri
ödəmir, onda layihə səmərəsiz hesab edilir və onun hə-
yata keçirilməsi məqsədəuyğun hesab edilmir.
Təbiətin mühafizəsi üçün layihələrin (investisi-
yaların) səmərəliliyinin müəyyən edilməsi üçün gəti-
rilmiş xərclər üsullarından
da istifadə edilə bilər. Bu
üsulda səmərənin ekoloji-iqtisadi zərərin və s. müəyyən
edilməsi məsələsi qoyulmur. Başlıcası - əvvəlcədən qar-
şıya qoyulmuş məqsədə nail olmaq üçün, lazım olan
xərcləri minimallaşdıran inkişaf variantını tapmaqdır.
Daha doğrusu, yalnız məqsəd və ona nail olmaq üçün
xərclər əhəmiyyət kəsb edir. Bu layihənin tətbiqindən
iqtisadi səmərəni müəyyən etmək mümkün olmadığı (və
ya çox mürəkkəb olduğu) hallarda tətbiq edilir. Gətiril-
miş xərclər metodikasına uyğun olaraq bir neçə variant
arasından aşağıdakı şərti ödəyən layihə seçilir:
Dostları ilə paylaş: