Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»


İstilik mübadiləsi prosesləri haqqında ümumi məlumat



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə23/39
tarix31.05.2023
ölçüsü1,07 Mb.
#114644
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

İstilik mübadiləsi prosesləri haqqında ümumi məlumat
 
Kimya texnologiyasının əsas prosesləri yalnız müəyyən olunmuş sabit 
temperatur şəraitində tələb olunan istiqamətdə gedirlər. Bu sabit temperatur 
şəraitini əldə etmək üşün isə ya prosesə xaricdən istilik vermək və yaxud da 
prosesdən istilik xaric etmək lazım gəlir. İstilik proseslərində iki müxtəlif 
temperaturlu cism (mühit, axın) qarşılıqlı təsirdə olurlar. Bunlardan birinci 
temperaturu nisbətən yüksək (t
ist
), digərinin temperaturu isə (t
soy
) nisbətən alçaq 
olur. Temperaturu yüksək olan cismə isti istidayışıcı və yaxud da qızdırıcı agent 
deyilir. Temperaturu nisbətən aşağı olan cismə isə soyuq istidayışıyıcı və yaxud da 
soyuducu agent deyilir. Müxtəlif temperaturlu cismlər arasında istilik şəklində 
enerjinin verilməsinə istilik mübadiləsi və ya istilikötürmə prosesi deyilir. 
İstilik mübadiləsi prosesinin hərəkətverici qüvvəsi isti və soyuq istidaşıyıcılar
arasındakı aşağıdakı temperaturlar fərqidir 



t=t
ist
-t
soy 


Bu temperaturlar fərqi mövcud olduqda termodinamikanın ıı qanununa əsasən 
istilik öz axını ilə isti cismdən soyuq cismə verilir. Təbiətdə və eləcədə texnikada 
istiliyin isti cisimdən soyuq cismə verilməsi üç yol ilə həyata keçirilir. 
1.İstilikkeçirmə yolu ilə; 2.Konveksiya yolu ilə 3.Şualanma yolu ilə; 
1. İstiliyin istilikkeçirmə yolu ilə
isti cismdən soyuq cismə verilməsi əsasən bərk 
cismlərə aiddir. Lakin bu yol ilə istiliyin verilməsi nisbi sükunətdə olan və lominar 
rejimlə hərəkət edən maye və qazlara da aiddir. İstiliyin istilikkeçirmə ilə verilməsi 
bərk cism hissəciklərinin nizamlı irəli-geri hərəkəti, nisbi sükunətdə və lominar 
rejimli hərəkətdə olan maye və qaz hissəciklərinin zəif xaotik hərəkətləri 
nəticəsində baş verir. Cismlərin bu cür hərəkəti zamanı onun mikrohissəcikləri bir-
birinə toxunur və onların arasındakı temperaturlar fərqi oldugundan isti 
hissəcikdən istilik soyuq hissəyə keçir və beləliklə istilik bütün mikro hissəciklər 
arasında paylanır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə