Mövzu 2. Məktəbəqədər tərbiyə müəssələrinin yaranma tarixi və inkişafı.
Plan:
1.
M
əktəbəqədər tərbiyənin yaranma tarixi.
2.
Rusiyada m
əktəbəqədər tərbiyənin inkişafı.
3
. Az
ərbaycanda fəaliyyət göstərən ilk məktəbəqədər tərbiyə müəssələrinin fəaliyyəti.
4
. M
əktəbəqədər tərbiyə müəssələrində tərbiyə və təlim proqramları üzrə məşğələlərin
t
əşkili.
C
əmiyyətin inkişafı və təkmilləşməsi ilə əlaqədar uşaqların məktəbəqədər
tərbiyə müəssələrində
t
ərbiyəsinə böyük ehtiyac duyulmuş və bu haqda ilk fikri utopik sosiolistlər söyləmişlər.
XIX
əsrin ikinci yarısından başlayaraq qadının cəmiyyətdə fəal mövqeyi,istehsalatda
və ailə
münasibətlərindəki rolu məktəbəqədər tərbiyə müəssələrinintəşkilini zəruri etmişdir. Hərtərəfli
inkişaf etmiş adamların hazırlanmasında məktəbəqədər tərbiyə ocaqlarının açılması haqqında
elmi v
ə obyektiv müddüalar bu dövrdə irəli sürülmüşdür. Bu dövrdə hamıya
pulsuz
t
əhsilvermə,uşaqların fabrik əməyinin qadağan edilməsi ideyaları irəli sürülür, tərbiyənin məhsul
istehsalı ilə əlaqələndirilməsi əsaslandırılırdı.
İctimai tərbiyənin lazımı nəticə verməsi ücün uşaqların erkən yaşdan tərbiyə ocaqlarına cəlb
edilm
əsi lazım bilinmişdir. İnsan hüquqlarının pozulması və əməyin istismarı dövründə qadının
ümumi normadan artıq işləməsi onun analıq hissiyatını tapdalayır, qayğısını məhdudlaşdırır,
uşaq tərbiyəsi üçün vaxtını əlindən alır və onu fiziki cəhətdən şikəst edirdi.Buna görə bu dövrdə
demokratik
əhval-ruhiyyədə yazılmış qərar və ğöstərişlərdə qadınların ağır və orqanizm ücün
z
ərərli iş obyeklərində işlıməsi
qadağan edilir, doğum dövründə işdən azad edilməsi və əmək
haqqının saxlanması qeyd olunur. Bütün iş obyektlərində -zavod və
fabriklərdə körpə və kicik
yaşlı uşaqlar ücün körpələr evi açılması zəruri bilinir, üc saatdan bir yarım
saat körpəni
yedizdirm
əkdən ötrü vaxt verilməsi məsləhət görülür.
Dostları ilə paylaş: