Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   44
PEDAQOGIKA-2

 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Mövzu: 22. Məktəbəqədər tərbiyə müəssisələri. Uşaq bağçası və məktəb. 
PLAN: 
1. Uşaq bağçası ilə məktəb arasında əlaqə ardıcıllığının əhəmiyyəti 
2. Böyük qruplarda uşaqların məktəb təliminə hazırlığı 
3. Uşaq bağçası və məktəb proqramları arasında əlaqə 
4. Uşaq bağçası və məktəbin əxlaq tərbiyəsində ardıcıllıq 
5. M
əktəbə hazırlıq qrupu uşaqlarının məktəblə tanışlığı 
6. Uşaq bağçası və məktəbin əlaqə formaları 
1. T
əhsil prosesində ardıcıllıq anlayışı tərbiyə və təlim prosesinin müvəffəqiyyətlə həyata 
k
eçirilməsi üçün qarşılıqlı əlaqənin ən səmərəli yoludur. Uşaq bağçasının və məktəbin işindəki 
ardıcıllığın həyata keçirilməsi bir tərəfdən uşaq bağçasında uşaqların məktəbdə sistematik 
t
əlimə hazırlanmasıdır, digər tərəfdən məktəbin öz konkret vəzifələrini həll etmək üçün uşaq 
bağçası məzunlarının nailiyyətlərindən, onların bilik və bacarığından optimal istifadə edilməsi 
dem
əkdir. Uşaq bağçasının formalaşdırdığı mənəvi keyfiyyətləri məktəb yaşadır, inkişaf etdirir. 
Bağça illərində qazanılmış bilik, bacarıq və vərdişlər məktəb illəri üçün təməl qoyur. Bunlar 
ibtidai sinifl
ərdə təkmilləşir, yeni məzmun və mahiyyət kəsb edir.
M
əktəbəqədər tərbiyə təhsil sisteminin ilk mərhələsidir. O, uşaqların tərbiyəsində hərtərəfli 
inkişafın özülünü qoyur və uşaqları məktəbə hazırlayır. Məktəbəqədər tərbiyə müəssisələrinin 
t
ərbiyəçiləri I sinif şagirdlərinə tətbiq olunan pedaqoji tələbləri yaxşı bilməli və buna müvafiq 
olaraq uşaqları məktəbin təlim prosesinə hazırlamalıdırlar. Uşaq bağçası və məktəbin 
arasındakı əlaqə tərbiyə prosesində varislik prinsipinə əsaslanmalıdır
İbtidai sinif müəllimləri təlimin səviyyəsini yüksəltmək üçün oyundan çox istifadə edirlər. Bu 
metoddan uşaq bağçasında da geniş istifadə olunur. Uşaq bağçası tərbiyəçiləri təlim prosesində 
çalışmalardan daha çox istifadə edir və tədricən onu mürəkkəbləşdirirlər. Uşaq bağçasında 
m
əşğələlər dərsin əsas məzmunu və mahiyyətini özündə birləşdirir. Bunlar məktəbəqədər 
dövrdən uşaqların zehni hazırlığını təmin edir. Məktəbə zehni hazırlıqla gəlmək o deməkdir ki, 
uşaq onu əhatə edən mühit, rastlaşdığı yeni məzmunlu işi dərk etmək və ona müvafiq 
münasibət bəsləməkimkanına malikdir. Yəni uşaq artıq aydın, əlaqəli nitqə yiyələnib, 
müqayisəni, fərqləndirməyi, ümumiləşdirməyi bacarır, mülahizələr yürütməyə səy edir, onun 


şüuru məktəbdə adaptasiya hadisəsinə hazırdır. Bunlar məktəbdə müvəffəqiyyətli təlim üçün 
ilkin şərt kimi çox vacibdir.
Uşaq bağçası ilə məktəb arasında varislik təlimin metodlarının seçilməsində də özünü 
göstərir. Təlimdə bu biliyin şüurluluğunda, möhkəmliyində, əqli qabiliyyətin, yaradıcı fəallığın 
t
əşkilində, praktik fəallıqda özünü göstərir.
M
əktəbdə dərs və bağçada məşğələ bir sıra özünəməxsus xüsusiyyətlərə malik olsalar da, 
b
əzi ümumi cəhətləri də vardır. Belə ümumi cəhət dərs və məşğələlərdə, proqramın 
m
əzmununda, vaxt bölgüsündə, müəllim və tərbiyəçilərin rəhbər rol oynamasında, təlimdə 
pedaqoji metodlardan istifad
ə olunmasında özünü göstərir. Sübut olunur ki, məşğələ və dərs 
ardıcıl bir prosesdir. Uşaq bağçasında məşğələ təlim prosesinin elementləri üzərində qurulur və 
əqli fəaliyyətin inkişafı üçün geniş imkan yaradır.
2. Uşaqların məktəbə hazırlığı bağçanın kiçik qruplarından başlayaraq, ardıcıl həyata 
keçirilən tərbiyə və təlim işinin məqsədyönlü nəticəsidir. Uşaq bağçasının böyük qrupuna 
m
əktəbə hazırlığın əsas pilləsi kimi baxılır, çünki məktəb bu yaşlı uşaqlar üçün ən yaxın 
g
ələcəkdir. Ona görə də məktəbin tərbiyə-təlim işinə hazırlıq məqsədyönlü xarakter daşıyır. 
T
ərbiyəçi aydın bilməlidir ki, uşaq ayağını məktəbə qoyan gündən onun həyatı çox ciddi vaxt 
çərçivəsində keçir. Bu rejim çərçivəsində uşaq lazımi səviyyədə fəaliyyət göstərməyə hazır 
olmalıdır. Əlbəttə, belə vərdişlərin formalaşdırılması əsasən məktəbin üzərinə düşsə də, əslində 
onun t
əməli uşaq bağçasında qoyulur. Uşaq bağçasının məktəbə hazırlıq qrupunda uşaqlar vaxt 
anlayışı, tapşırığı dinləmək, başa düşmək, icra etmək anlayışları ilə yaxından tanış olur və rejim 
əsasında müəyyənləşdirilmiş vaxt çərçivəsində fəaliyyət göstərməyə alışırlar. Əks təqdirdə, 
m
əktəbin birinci sinfində uşaqların adaptasiya mərhələsi çox çətin keçə bilər.
Uşağın gələcək inkişafı məktəbdə müəllimdən, xüsusilə uşaqların bağçada qazandıqları 
keyfiyy
ətlərin necə inkişaf etdirilməsindən çox asılıdır. Varisliyin həyata keçirilməsi məktəbin 
birinci sinif müəllimlərindən altı yaşlı uşaqların yaş və psixoloji xüsusiyyətlərini, habelə uşaqların 
bağça illərində əldə etdikləri bacarıqların səviyyəsini hərətərfli öyrənməyi tələb edir.
Bu m
əqsədlə məktəbin birinci sinfində işləyən müəllim uşaq bağçasının məktəbə hazırlıq 
qrupunun uşaqları ilə tanış olmalı və onlarla müntəzəm əlaqə saxlamalıdır.
Pedaqoji prosesin müvəffəqiyyətlə həyata keçirilməsində bələdlilik, bir-birini tanıma mühüm 
əhəmiyyət kəsb edir. 
3. Uşaq bağçası ilə məktəb arasında varislik ( ardıcıllıq) əlaqəsi əsasən proqramların 
m
əzmununda ifadəsini tapır. Məktəbin birinci sinfində keçilən bütün fənlər üzrə bilik və 


v
ərdişlərin başlanğıcı ilə uşaqlar uşaq bağçasında tanış olurlar. Bu məqsədlə də uşaq 
bağçasının və məktəbin proqramı təlimin ümumi prinsipləri əsasında qurulur. 
Proqramlarda m
əzmunca da ümumi yaxınlıq vardır. Məsələn, uşaq bağçasında və ibtidai 
sinifl
ərdə Azərbaycan dilinin tədrisi qarşısında bir məqsəd durur: nitqin hərtərəfli inkişaf 
etdirilm
əsi. Uşaq bağçasında iş bu lüğət fondunun inkişafı üzərində qurulur, nitqdə səslərin 
düzgün tələffüzü və nitqin rabitəli formalaşdırılması get-gedə təkmilləşir. Məktəbdə bunun 
əsasında qarşıya yeni vəzifə qoyulur, yazılı nitq vərdişi formalaşdırılır, morgologiya və 
sintaksisin elementl
əri öyrədilir. 
Uşaq bağçasında və ibtidai siniflərdə təbiətşünaslığa aid bilik canlı təbiətlə cansız təbiət 
arasındakı əlaqəni əks etdirir. Məktəbəqədər yaşlı uşaqlar ətraf mühit haqqında anlayışları bəsit 
şəkildə qavrasalar da bu, ibtidai siniflər üçün özül xarakteri daşıyır. Uşaqlar bu bilikləri ilə təbiətə 
münasibətdə əsasən düzgün istiqamət götürürlər. Bunsuz müasir ibtidai təhsil proqramlarının 
qavranılması çətin olur.
Uşaq bağçasının proqramlarında uşaqları əhatə olunduqları mühitlə - təbiət və ictimai həyat 
hadis
ələri ilə tanış etmək nəzərdə tutulur. Eləcə də məktəb proqramları tədris prosesində 
uşaqları ictimai mühitlə tanışlıq üçün geniş imkanlara malikdir. Bu proses sinifdənxaric 
t
ədbirlərdə də davam etdirilir, şagirdlərin tərbiyəsində mühüm rol oynayır.
Onu da qeyd etm
ək lazımdır ki, uşaq bağçasında və məktəbdə tətbiq olunan tələblər arasında 
müəyyən fərqlər mövcuddur. Bu fərqlər təlim-tərbiyənin məzmunu, uşaqların yaş xüsusiyyətləri 
v
ə anlaq səviyyələri ilə müəyyən olunur.
M
əktəbdə dərs prosesində şagirdlər müəyyən biliyə yiyələnməklə əxlaqi cəhətdən inkişaf 
edirl
ər. Təcrübə göstərir ki, işi mütəşəkkil və keyfiyyətli quran uşaq bağçalarından məktəbə 
g
ələn məzunlar çox fəal və intizamlı olur, davranış qaydalarına daha yaxşı riayət edirlər. Əksinə, 
hansı bağçada uşaqların məktəbə hazırlıq işi lazımi səviyyədə qurulmayıbsa, həmin 
bağçalardan gələn uşaqlar məktəbin rejimi ilə ayaqlaşa bilmirlər. Belə problemlər təkcə 
müəllimin fəaliyyətini çətinləışdirmir, eyni zamanda uşaqların əqli və əxlaqi cəhətdən inkişafını 
çox ləngidir. Bu məqsədlə də məktəbəqədər dövrdə uşaqları məktəbə hazırlama işinə çox ciddi 
yanaşmaq lazımdır.
4. M
əktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsi bağçanın qarşısında duran mühüm vəzifədir. 
M
əktəb isə uşaqların ictimai davranışının vərdiş və adətlərini, mənəvi hiss və anlayışlarının 
inkişafını davam etdirir. Bu, uşaqların birinci sinfə qədəm qoyduğu gündən başlayır. Uşaqlarda 
t
əlim və əmək vəzifələrinə məsuliyyət hissi tərbiyə edilməsi sahəsində bağçanın işini məktəb 
davam etdirir. Uşaqlar get-gedə daha yaxşı anlayırlar ki, Vətən üçün faydalı adam olmaqdan 
ötrü yaxşı oxumaq və davranış normalarına əməl etmək lazımdır. Artıq mənəvi keyfiyyətlər yeni 


m
əzmuna malik olur. Bu əvvəlki keyfiyyətlər zəminində inkişaf edir. Xüsusilə, sinifdə uşaq 
kollektivinin yaranması əxlaq tərbiyəsi problemini müəllim üçün xeyli asanlaşdırır. Kollektivdə 
uşaqlar bir-birinə dostluq və yoldaşlıq münasibətinə, öz şəxsi mənafelərini digər uşaqların 
m
ənafelərinə uyğunlaşdırmaq bacarığına yiyələnirlər. Məktəb təcrübəsi göstərir ki, bağçadan 
g
ələn uşaqlar sinif kollektivində öz yerini tez tapır, çətin anda yoldaşlarına kömək etmək, lazım 
g
əldikdə kitab, qələm və dəftərini ehtiyacı olana vermək, geridə qalana ev tapşırığının icrasında 
köməklik göstərmək təşəbbüsündə olurlar. Sinif müəlliminin valideynlərlə birgə keçirdiyi 
sinifd
ənxaric tədbirlər – kollektiv gəzinti və kukla teatrının tamaşalarına birgə baxış uşaq 
kollektivinin t
ədricən formalaşmasına kömək edir. Bütün bunların nəticəsində uşaqlarda yüksək 
əxlaqi keyfiyyətlər formalaşır. 
Əxlaq tərbiyəsində əsas məqsəd uşaqlarda şüurlu intizamın yaradılması, onların mədəni rəftar 
v
ə davranış normalarına yiyələndirilməsidir. Belə normalar məktəblilərin davranış qaydalarında 
öz ifadəsini tapır. Bu qaydaların bir qismi uşaq bağçasında öyrədilir. Xüsusilə, adamlara mədəni 
münasibət, əməksevərlik, yoldaşlıq köməyi və s. buna misal ola bilər. Lakin elə qaydalar da
vardır ki, onlara uşaqlar bağça illərində kifayət qədər yiyələnmirlər. Xüsusən təlimlə bağlı, ictimai 
yerl
ərdə davranış münasibətlərinə aid qaydaların yerinə yetirlməsində uşaq bağçasına nisbətən 
m
əktəbdə nəzarət daha güclü olur.
5. Böyük qrup uşaqları yaxın vaxtlarda məktəbə gedəcəklərini bilirlər. Bu ərəfədə uşaq 
bağçasında tərbiyəçi və evdə valideynlər tərəfindən müəyyən hazırlıq işləri görülməlidir. 
T
ərbiyəçi uşaqlara məktəb haqqında məlumat verir və başa salır ki, bu il sentyabrın 1-də siz 
m
əktəbə gedəcəksiniz. Məktəb bağçamızdan bir qədər aralıda yerləşir. Siz məktəbdə oxumağı, 
yazmağı öyrənəcəksiniz. Fikirləşin ki, siz kitabı özünüz sərbəst oxuyursunuz. Bilirsinizmi, 
kitablarda n
ə qədər maraqlı fikirlər var? Onları oxuduqca, öyrəndikcə sizin biliyiniz artacaq və ən 
ağıllı uşaqlar olacaqsınız. Hamı sizi çox istəyəcək. Ona görə də məktəbdə gərək yaxşı oxumağa 
çalışasınız. Burada çətin heç bir şey yoxdur. Sadəcə yaxşı çalışmaq və intizamlı olmaq lazımdır. 
Əgər siz yaxşı oxusanız, buna ata-ananız da çox sevinər. Sonra tərbiyəçi uşaqlarla məktəb və 
onların məktəbdə oxuyan bacı-qardaşları haqqında söhbət aparır və uşaqlara bildirir ki, iki 
gündən sonra mən sizi məktəbə aparacam. Bundan sonra uşaqlarda məktəbə maraq daha da 
artır. Tərbiyəçi bu müddət ərzində məktəblə əlaqə saxlayır. Məktəb müəllimləri uşaqları 
qarşılamağa hazır olurlar. Onlar III-IV sinif uşaqlarının hazırladıqları şerləri, mahnıları dinləyir, əl 
işləri ilə, sinif otaqları ilə, idman zalı, məktəbin foyesi və həyəti ilə tanış olurlar. 
Ekskursiyadan sonra t
ərbiyəçi bağçada məktəblə tanışlıq işini uşaqlarla müzakirə edir və 
uşaqlara bildirir ki, sentyabrın 1-də hansı müəllimlər birinci sinifdə onlara dərs deyəcəklər. 
Müəllimlər də bağçadakı uşaqlarla əlaqə saxlamalı və onlarla yaxından tanış olmalıdırlar. 


Uşaqlar da öz növbəsində müəllimləri yaxşı tanıyır və onlara öyrəşirlər. Öz gələcək şagirdlərini 
daha yaxşı tanımaq üçün müəllimlər tez-tez bağçaya gəlir və bayram şənliklərində uşaqlarla bir 
yerd
ə olmağa çalışırlar. Uşaqların məktəbə hazırlıq işinin bu qayda ilə təşkili çox faydalıdır və 
sentyabrın 1-də altıyaşlılar şən əhval-ruhiyyə ilə məktəbə gəlirlər. Bayramsayağı bəzədilmiş 
m
əktəb altı yaşlı uşaqlara çox maraqlı təsir bağışlayır. İlk dəfə ilk zəngi vuran da bu uşaqlardan 
olur. XI-l
ər 1-ci sinif şagirdlərinin əlindən tutub onları öz siniflərinə aparırlar və onları təbrik 
edirl
ər. İlk dərs günündə təşkil olunmuş belə tədbir altıyaşlıların həyatında unudulmaz izlər 
buraxır.
6. Uşaq bağçası ilə məktəbin işində ardıcıllığın mühüm cəhətlərindən biri də tərbiyəçinin 1-ci 
sinfin t
əlim-tərbiyə işinin proqramı, rejimi və metodikası ilə tanışlığı, digər tərəfdən müəllimin 
uşaq bağçasındakı işin məzmunu və formaları ilə tanışlığıdır.
Qabaqcıl uşaq bağçaları məktəblə rəngarəng əlaqə formalarından istifadə edirlər: dərslərdə 
v
ə uşaq bağçasındakı məşğələlərdə qarşılıqlı iştirak etmək, bayramlarda və səhərciklərdə 
olmaq v
ə sonradan onları müzakirə etmək, uşaq bağçası tərbiyəçilərinin öz yetişdirmələrini 
m
əktəbdə müşahidə etməsi, uşaq yaradıcılığı işlərindən ibarət sərgilərdə olmaq əlaqə 
formalarına aiddir. Tərbiyəçilər məktəblə əlaqəni nə qədər müntəzəm və maraqlı qursalar, 
uşaqların məktəbə hjazırlığı da bir o qədər məzmunlu və keyfiyyətli olar. Digər tərəfdən 
müəllimlər uşaq bağçasındakı işin vəzifələrinə, məzmununa və üsullarına dərindən nüfuz edir, 
ona hörmətlə yanaşırlar. Uşaq bağçası ilə məktəbin əlaqə formalarından biri də birgə keçirilən 
konfranslar, metodik 
əlaqələr, görüşlır və s. ibarət olur. Məsələn, keçirilən konfransda “Uşaqları 
m
əktəbə necə hazırlayırıq?”, “Uşaqlarda məktəb müəlliminə maraq və həvəsi necə yaradırıq?” 
v
ə s. mövzularda keçirdiyi söhbətlər mühüm rol oynayır. Tərbiyəçilərin məktəbin 1-ci sinif 
müəllimləri ilə müntəzəm əlaqə saxlaması, onların dərslərində iştirak etməsi, eləcə də sinif 
müəllimlərinin tərbiyəçilərin məşğələlərində olması, metodik tədbirlərdə qarşılıqlı iştirakı mühüm 
əlaqə formalarındandır.
Uşaq bağçası ilə məktəb işçilərinin qarşılıqlı əlaqəsi elmi və pedaqoji cəhətdən düzgün 
qurulduqda, h
əm bağçada, həm də məktəbdə iş səmərəli olur, təlim-tərbiyə işində ardıcıllıq 
gözlənilir, müəllim və tərbiyəçilərin əməyi xeyli yüngülləşir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə