MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
111
Şəkil 55. Table Properties (Свойства таблицы-Cədvəlin
xüsusiyyəti) dialoq pəncərəsi, Row (Строка-Sətir) səhifəsi
MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
112
CƏDVƏLİN CƏKİLMƏSİ
Cədvəl ilə istənilən əməliyyatı lent üzərində olan
qoşmadakı (Layout (Макет-Quruluş) qoşması nəzərdə
tutulur) parametrlərin köməkliyi ilə yerinə yetirilməsi barədə
istifadəçi məlumatlandırıldı. Microsoft Word mətn redaktoru
köməkçi əməliyyatlardan istifadə etməklə cəkilmiş cədvəldə
əlavə işləri yerinə yetirməkdə istifadəçiyə yardımçıdır.
İstifadəçi hazırlanmış cədvələ hücrə əlavə edə bilər və
ya həmin hücrəni (və yaxud da digər hücrəni – hücrələri)
cədvəldən poza bilər, hücrələri birləşdirər və yaxud bir-
birindən ayırar və s. bu kimi əməliyyatları yerinə yetirə bilər.
Əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilməlidir.
1.Design (Конструктор-Layihələndirmə) qoşmasındakı
Draw Table (Нарисовать таблицу-Cədvəl çək) düyməsini
sıxın (şəkil 56.). Mausun oxu karandaş formasını alacaq.
2.Mausun oxunu cədvəlin ikinci sütunundakı birinci
sətirə yerləşdirin (ox hücrənin orta hissəsində dayanmalıdır).
3.Mausun sol düyməsinin sıxılmış vəziyyətində kursoru
həmin hücrənin aşağı hissəsinə doğru sürüyün, sonra
mausun sol düyməsini buraxın. Hücrə iki bərabər hissəyə
bölünəcək.
Bəzən istifadəçi hazırladığı cədvəldə müəyyən pozma
işlərini yerinə yetirməli olur. Bunun üçün Design
(Конструктор-Layihləndirmə) qoşmasındakı Eraser (Ластик-
Pozan) əmrindən istifadə etmək olar (şəkil 56.).
MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
113
Əməliyyat aşağıdakı ardıcıllıqla yerinə yetirilir.
1.Mausun oxunu birinci sütundakı birinci hücrənin
sol/aşağı küncünə yerləşdirin.
2.Mausun sol düyməsini sıxıb saxlamqla onu həmin
hücrənin sağ küncünə doğru sürüyün, sol düyməni buraxın.
Birinci hücrə ilə ikinci hücrə arasındakı sərhəd silinəcək.
Nəticədə iki hücrə birləşərək bir hücrə əmələ gətirəcək.
Şəkil 56. Design (Конструктор-Layihələndirmə) qoşması,
Draw Table (Нарисовать таблицу-Cədvəl çək) və Eraser
(Ластик-Pozan) düymələri
Beləliklə, istifadəçi istənilən mürəkkəbliyə malik
cədvəldə formatlama əməliyyatını öndə verilmiş üsullarla
yerinə yetirə bilər.
MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
114
CƏDVƏLLƏRİN SƏRHƏDLƏRİ VƏ RƏNG
DOLUMU
Susma prinsipinə görə ekranda hazırlanmış cədvəlin
kənarları (sərhədləri) nazik xətlə çəkilir. Bu xətlər hücrələri,
sətirləri və sütunları bir-birindən ayırır.
İstifadəçi hazırladığı cədvəli təqdim edərkən onun gözəl
və cəlbedici görünməsi üçün hücrələrin, sətirlərin və
sütunların sərhədlərinin tipini və rəngini dəyidirməli olur.
Öndə verilənləri yerinə yetirmək üçün əməliyyatlar
ardıcıllığı aşağıdakı kimidir.
1.Design (Конструктор-Layihələndirmə) qoşmasına
keçid alın.
2.Qoşmadakı Line Weight (Толщина пера-Xəttin
qalınlığı) sahəsinin sağ tərəfindəki aşağı istiqamətlənmiş
qara rəngli üçbucağı sıxın. Ekrana açılmış siyahıdan 3pt
(3путкт-3punkt) seçin (şəkil 57.). Mausun oxu formasını
dəyişəcək.
3.Mausun oxunu cədvəldəki birinci sətirin sol aşağı
sərhədinə yerləşdirin.
4.Mausun sol düyməsinin sıxılmış vəziyyətində oxu
aşağı sol sərhəddən aşağı sağ sərhədə kimi sürüyün.
Cədvəlin birinci sətirinin aşağı sərhəddi seçilmiş qalınlığa
uyğun olaraq (3punkta qədər) dəyişəcəkdir.
Eyni əməliyyatlar ardıcıllığı ilə sərhəd xəttinin tipini də
dəyişmək mümkündür. Xəttin tipi ekrana açılmış Line Style
MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
115
(Стиль пера-Xəttin üslubu) siyahısından seçilə bilər (şəkil
58.).
Bu parametrlər ilə yanaşı istifadəçi Design
(Конструктор-Layihələndirmə) qoşması Borders (Рисование
границ-Sərhədlər) qrupuna daxil olan Pen Color (Цвет
пера-Rəngli fırça) əmrindən də istifadə edə bilər (şəkil 58.).
Şəkil 57. Design (Конструктор-Layihələndirmə) qoşması,
Line Weight (Толщина пера-Xəttin qalınlığı) sahəsi
Şəkil 58. Line Style (Стиль пера-Xəttin üslubu) sahəsi
MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
116
Pen Color (Цвет пера-Rəngli fırça) aləti istifadəçiyə
cədvəlin, həmçinin sətirlərin və sütunların və ya hücrələrin
tipini, sərhədlərin üslubunu və qalınlığını avtomatik
dəyişməyə imkan verir. Əməliyyatı yeinə yetirmək üçün
sadəcə olaraq Borders (Рисование границ-Sərhədlər)
qrupuna daxil olan parametrlərdən istənilən birini dəyişmək
kifayətdir.
Bəzən iş prosesində istifadəçi cədvəldəki hücrələri
müəyyən rənglərlə rəngləməli olur. Bunun üçün aşağıdakı
əməlləri yerinə yetirin.
1.Mausun oxunu istənilən hücrəyə yerləşdirin (daxil
edin).
2.Design (Конструктор-Layihləndirmə) qoşmasındakı
Shading
(Заливка-Rəng
dolumu)
düyməsini
sıxın.
Masaüstünə rənglərin nümunələri açılacaq.
3.Açılmış rənglər kolleksiyasından uyğun gələn rəngi
seçin (məsələn, yaşıl). Hücrə yaşıl rəngə boyanacaq.
4.Kursoru başqa bir hücrəyə daxil edin.
5.Shading (Заливка-Rəng dolumu) kolleksiyasından
qırmızı rəngi seçin. Hücrə qırmızı rəngə boyanacaq (şəkil
59.).
Design (Конструктор-Layihələndirmə) qoşmasında
Table Styles (Стили таблиц-Cədvəl üslubları) sahəsində
istifadəçinin ixtiyarına cədvəli tərtib etmək üçün hazır
üslublar kolleksiyası toplanmışdır (şəkil 60.). Üslubdan
Dostları ilə paylaş: |