13. Müqayisə (komparativist) metodu
Müqayisə metodu, demək olar ki, bütün ictimai elmlərdə geniş tətbiq edilir. Artıq Platon, Aristotel və antik dünyanın digər mütəfəkkirləri bu metoddan geniş şəkildə istifadə edirdilər. Müqayisəmetodunu ictimai elmlərə, xüsusilə sosiologiyaya ilk dəfə Ogüst Kont (1798-1857) daxil etmişdir. Müqayisə metodu beynəlxalq münasibətlər sahəsinə aid olan eyni tipli hadisələrin müqayisəsini nəzərdə tutur. Belə müqayisənin məqsədi müqayisə edilən hadisələrə
xas olan oxşar və fərqli cəhətləri müəyyən etmək və bunun vasitəsilə tövsiyə xarakterli ideyaları irəli sürərək hadisələrin optimal idarəolunmasına nail olmaqdır. Bu metodun beynəlxalq münasibətlər sahəsində tətbiq edilməsi tədqiqatçının dünyagörüşünü genişləndirir, başqa xalqların və dövlətlərin təcrübəsindən səmərəli şəkildə istifadə etməyə imkan verir.
Dostları ilə paylaş: |