Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə25/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   21   22   23   24   25   26   27   28   ...   105

144.3.  Bu  Məcəllənin  144.1  və  144.2-ci  maddələrində  göstərilən  əməllər  yetkinlik 
yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin 
ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Əməllərində  başqa  cinayətin  tərkibi  olmayan  və  oğurlanmış  adamı  könüllü  azad  edən  şəxs 
cinayət məsuliyyətindən azad olunur.
 
 
 
Maddə 144-1. İnsan alveri 
[138]
 
144-1.1. İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-
qorxu  və  ya  digər  məcburetmə  vasitələri  ilə,  oğurlama,  dələduzluq,  aldatma  yolu  ilə, 
təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə 
nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya 
güzəştlər  verməklə  və  ya  almaqla,  şəxsin  istismar  edilməsi  məqsədi  iləcəlb  edilməsi, 
əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi –
 
əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır.
 
144-1.2. Eyni əməllər:
 
144-1.2.1. İki və ya daha çox şəxs barəsində törədildikdə;
 
144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
 
144-1.2.4.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadın 
barəsində törədildikdə;
 
144-1.2.4-1.  insan  alveri  qurbanını  Azərbaycan  Respublikasının  dövlət  sərhədindən 
keçirməklə törədildikdə;
 [139]
 
144-1.2.5.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar 
birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
 
144-1.2.6.  təqsirkar  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə;
 
144-1.2.7.  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə  və  ya  belə  zor 
tətbiq etmək hədəsi ilə törədildikdə;
 
144-1.2.8.  zərərçəkmiş  şəxsə  işgəncə  verməklə  və  ya  onunla  qəddar,  qeyri-insani, 
yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə;
 
144-1.2.9.  zərərçəkmiş  şəxsin  orqanlarından  və  ya  toxumalarından  istifadə  etmək 
məqsədilə törədildikdə -
 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır.
 
144-1.3.  Bu  məcəllənin  144-1.1  və  144-1.2-ci  maddələrində  göstərilən  əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –
 
əmlakı  müsadirə  olunmaqla on  ildən  on  beş  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
 
Qeyd:
 


1.  Bu  maddədə  "insanın  istismarı"  dedikdə  məcburi  əmək  (xidmət),  cinsi  istismar,  köləlik,  köləliyə 
bənzər  adətlər  və  onlardan  irəli  gələn  asılılıq  vəziyyəti,  insan  orqanlarının  və  toxumalarının  qanunsuz 
çıxarılması,  şəxs  üzərində  qanunsuz  biotibbi  tədqiqatların  aparılması,  qadının  surroqat  ana  kimi  istifadə 
edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür.
 
2.  İnsan  alverindən  zərərçəkmiş  şəxsin  istismar  olunmasına  dair  razılığı,  həyat  tərzi,  habelə  əxlaqsız 
davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.
 
3.  Yetkinlik  yaşına  çatmayan  şəxsin  istismar  məqsədi  ilə  cəlb  edilməsi,  əldə  edilməsi, 
saxlanılması,  gizlədilməsi,  daşınması,  verilməsi  və  ya  qəbul  edilməsi  bu  Məcəllənin  144-1.1-ci 
maddəsində göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir.
[140]
 
Maddə 144-2. Məcburi əmək 
[141]
 
144-2.1.  hədə-qorxu,  zor  tətbiq  etməklə  və  ya  zor  tətbiq  etmək  hədəsi  ilə,  habelə 
qanunvericiliklə  müəyyən  edilmiş  xüsusi  hallardan  başqa  şəxsin  azadlığını 
məhdudlaşdırmaqla  müəyyən  işin  yerinə  yetirilməsinə  (xidmətin  göstərilməsinə) 
məcbur etmə - 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
[142]
 
144-2.2. Eyni əməllər: 
144-2.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə; 
14-2.2.2. təkrar törədildikdə
144-2.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 
144-2.2.4.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadın 
barəsində törədildikdə; 
144-2.2.5.  təqsirkar  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə; 
144-2.2.6.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar 
birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə - 
yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
[143]
 
144-2.3.  Bu  məcəllənin  144-2.1  və  144-2.2-ci  maddələrində  göstərilən  əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – 
doqquz  ildən  on  iki  ilədək müddətə  azadlıqdan  məhrum  etmə  etmə  ilə 
cəzalandırılır.
 [144]
 
Maddə 144-3. İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər 
[145]
 
144-3.1.  İnsan  alveri  məqsədi  ilə  şəxsin  şəxsiyyət  vəsiqəsinin,  pasportunun  və  ya 
şəxsiyyətini  təsdiq  edən  digər  sənədinin,  yaxud  yol  (sərhədkeçmə)  sənədinin 
saxtalaşdırılması -
 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
144-3.2. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta 
şəxsiyyət  vəsiqəsi,  pasport  və  ya  şəxsiyyəti  təsdiq  edən  digər  sənəd,  yaxud  yol 
(sərhədkeçmə) sənədləri ilə təmin etmə -
 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə