Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə26/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   22   23   24   25   26   27   28   29   ...   105

144-3.3. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta 
şəxsiyyət  vəsiqəsi,  pasport  və  ya  şəxsiyyəti  təsdiq  edən  digər  sənəd,  yaxud  yol 
(sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə -
 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
144-3.4. İnsan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu 
və  ya  şəxsiyyətini  təsdiq  edən  digər  sənədini,  yaxud  yol  (sərhədkeçmə)  sənədini 
götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə -
 
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 4 5 .  Qanunsuz azadlıqdan məhrum etmə
 
145.1. Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə— 
iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
145.2. Eyni əməllər: 
145.2.1. iki və ya daha çox şəxsə qarşı törədildikdə; 
145.2.2.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadına  qarşı 
törədildikdə; 
145.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə
145.2.4.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 
145.2.5.  zərərçəkmiş  şəxsin  həyatı  və  ya  sağlamlığı  üçün  təhlükəli  olan  zor  tətbiq 
etməklə törədildikdə; 
145.2.6.  silahdan  yaxud  silah  kimi  istifadə  edilən  əşyalardan  istifadə  etməklə 
törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
145.3.  Bu  Məcəllənin  145.1  və  ya  145.2-ci  maddələrində  göstərilən  əməllər 
ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər  ağır  nəticələrə  səbəb 
olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 4 6 .  Qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirmə
 
146.1.  Psixi  cəhətdən  sağlam  olan  şəxsi  bilə-bilə  psixiatriya  xəstəxanasına 
yerləşdirmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
146.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 
törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 


146.3.  Bu  Məcəllənin  146.1  və  ya  146.2-ci  maddələrində  göstərilən  əməllər 
ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər  ağır  nəticələrə  səbəb 
olduqda— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 4 7 .  Böhtan
 
147.1.  Böhtan,  yəni  yalan  olduğunu  bilə-bilə  hər  hansı  şəxsin  şərəf  və  ləyaqətini 
ləkələyən  və  ya  onu  nüfuzdan  salan  məlumatları  kütləvi  çıxışlarda,  kütləvi  nümayiş 
etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda 
internet informasiya ehtiyatında yayma—
[146]
 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  ilə  və  ya iki  yüz  qırx  saatdan 
dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və 
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[147]
 
147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya iki  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması  və  ya üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.  
M a d d ə   1 4 8 .  Təhqir
 
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya 
vasitəsində  və  ya  kütləvi  nümayiş  etdirildiyi  halda  internet  informasiya 
ehtiyatındaşəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —
[148]
 
üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd 
yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı 
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[149]
 
20-ci fəsil 
ŞƏXSIYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI 
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   1 4 9 .  Zorlama
 
149.1. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə 
və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən 
istifadə etməklə onunla cinsi əlaqədə olma— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
149.2. Eyni əməllər: 
149.2.1.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə 
tərəfindən törədildikdə; 
149.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda


149.2.3.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  yetkinlik  yaşına  çatmayan  şəxsə  qarşı 
törədildikdə; 
149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər 
vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə; 
149.2.5. təkrar törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
149.3. Eyni əməllər: 
149.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda; 
149.3.2.  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  insan  immunçatışmazlığı  virusu  ilə 
yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda
149.3.3.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  on  dörd  yaşına  çatmayan  şəxs  barəsində 
törədildikdə— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [150]
 
M a d d ə   1 5 0 .  Seksual xarakterli zorakılıq hərəkətləri
 
150.1. Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq 
etmə  hədəsi  ilə  və  ya  zərərçəkmiş  şəxsin  köməksiz  vəziyyətindən  istifadə  etməklə 
uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
150.2. Eyni əməllər: 
150.2.1.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə 
tərəfindən törədildikdə; 
150.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda; 
150.2.3.  təqsirkar  üçün  aşkar  surətdə  yetkinlik  yaşına  çatmayan  şəxs  barəsində 
törədildikdə; 
150.2.4.  zərərçəkmiş  şəxsə  və  ya  başqa  şəxslərə  qarşı  xüsusi  amansızlıqla 
törədildikdə; 
150.2.5. təkrar törədildikdə
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
150.3. Eyni əməllər: 
150.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda; 
150.3.2.  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  insan  immunçatışmazlığı  virusu  ilə 
yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda; 
150.3.3.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  on  dörd  yaşına  çatmayan  şəxs  barəsində 
törədildikdə— 
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 5 1 .  Seksual xarakterli hərəkətlərə məcbur etmə
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə