məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə
müəssisələrində;
56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə
məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum
əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi
təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində;
[42]
56.1.4. cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan
məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə
əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində;
56.1.5. ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün — həbsxanalarda.
56.2. Xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan
məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli
residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər.
56.3. Cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1—56.1.5 və 56.2-ci
maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir.
56.4. Cəzaçəkmə müəssisəsinin növü yalnız aşağıdakı hallarda dəyişdirilə bilər:
56.4.1. cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz
edildikdə;
56.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası
zamanı.
M a d d ə 5 7 . Ömürlük azadlıqdan məhrum etmə
57.1. Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə
cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət
hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.
[43]
57.2. Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz
yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış
kişilərə təyin edilmir.
57.3. Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun
azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun
bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun
həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan
məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə
və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
57.4. Bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük
azadlıqdan məhrum etmə cəza növü on beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə əvəz edilə bilər.
10-cu fəsil
CƏZANIN TƏYİN EDİLMƏSİ
M a d d ə 5 8 . Cəzanın təyin edilməsinin ümumi əsasları
58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin
müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə
tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş
cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü
cəzanın məqsədlərini təmin edə bilmir.
58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və
67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə
təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları
həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir.
58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik
dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar,
habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə
təsiri nəzərə alınır.
M a d d ə 5 9 . Cəzanı yüngülləşdirən hallar
59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:
59.1.1. hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə
törətməyən və ya az ağır cinayətin törədilməsi;
59.1.2. cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi;
59.1.3. cinayətin hamilə qadın tərəfindən törədilməsi;
59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması;
59.1.5. cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə
törədilməsi;
59.1.6. cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti
və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi;
59.1.7. cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin
tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin
qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi;
59.1.8. cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri
altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt)
vəziyyətində törədilməsi;
59.1.9. könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, onun digər
iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və
tapılmasına fəal kömək etmə;
59.1.10. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya
digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü
olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd
edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin
edilməsi.
59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində
göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin
əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar
nəzərə alına bilməz.
M a d d ə 6 0 . Cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi
Bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən
hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın
müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə
tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
[44]
M a d d ə 6 1 . Cəzanı ağırlaşdıran hallar
61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır:
61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi;
61.1.2. cinayətin ağır nəticələrə səbəb olması;
61.1.3. cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi;
61.1.4. cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə;
61.1.5. psixi pozuntulardan əziyyət çəkən və ya sərxoş vəziyyətdə olan şəxslərin,
habelə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin
cinayət törətməyə cəlb olunması;
61.1.6. cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin
qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq
niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini
asanlaşdırmaq məqsədi ilə törədilməsi;
61.1.7. cinayətin müqəssir üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın,
habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya müqəssirdən asılı vəziyyətdə
olan şəxsə qarşı törədilməsi;
61.1.8. cinayətin öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun
yaxın qohumlarına qarşı törədilməsi;
61.1.9. cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, o cümlədən əzab və ya
işgəncə verməklə törədilməsi;
61.1.10. cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli
üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi;
Dostları ilə paylaş: |