Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə10/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   6   7   8   9   10   11   12   13   ...   105

məhrum  etməyə  məhkum  olunmuş  şəxslər  üçün  —  ümumi  rejimli  cəza  çəkmə 
müəssisələrində; 
56.1.3.  xüsusilə  ağır cinayətlər  törətməyə  görə  ilk  dəfə  azadlıqdan  məhrum  etməyə 
məhkum  olunmuş  şəxslər  üçün,  habelə  cinayətlərin  residivi  zamanı,  əgər  məhkum 
əvvəllər  azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkmişsə  və  cinayətlərin  xüsusi 
təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində
[42]
 
56.1.4.  cinayətlərin  xüsusi  təhlükəli  residivi  zamanı  və  ya  ömürlük  azadlıqdan 
məhrum  etmə  cəza  növü  müəyyən  müddətə  azadlıqdan  məhrum  etmə  cəza  növü  ilə 
əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində; 
56.1.5. ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün — həbsxanalarda. 
56.2.  Xüsusilə  ağır  cinayətləri  törətməyə  görə  beş  ildən  artıq  müddətə  azadlıqdan 
məhrum  etməyə  məhkum  olunmuş  şəxslər  üçün,  habelə  cinayətlərin  xüsusi  təhlükəli 
residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. 
56.3.  Cəzaçəkmə  müəssisəsinin  növü  bu  Məcəllənin  56.1.1—56.1.5  və  56.2-ci 
maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir. 
56.4. Cəzaçəkmə müəssisəsinin növü yalnız aşağıdakı hallarda dəyişdirilə bilər: 
56.4.1.  cinayətə  görə  təyin  edilmiş  cəza  daha  yüngül  və  ya  daha  ağır  cəza  ilə  əvəz 
edildikdə; 
56.4.2.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  məhkəmə  hökmünün  icrası 
zamanı. 
M a d d ə   5 7 .  Ömürlük azadlıqdan məhrum etmə
 
57.1. Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə 
cinayətləri  ilə  əlaqədar,  şəxsiyyət,  ictimai  təhlükəsizlik  və  ictimai  qayda  və  dövlət 
hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. 
[43]
 
57.2.  Ömürlük  azadlıqdan  məhrum  etmə  qadınlara,  cinayət  törədərkən  on  səkkiz 
yaşı  tamam  olmamış  şəxslərə,  habelə  hökm  çıxarılanadək  altmış  beş  yaşına  çatmış 
kişilərə təyin edilmir. 
57.3. Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun 
azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun 
bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun 
həmin  cəzanı  çəkməsinə  daha  lüzum  olmadığı  qənaətinə  gələrsə,  ömürlük  azadlıqdan 
məhrum  etmə  cəza  növünü  müəyyən  müddətə  azadlıqdan  məhrum  etmə  ilə  əvəz  edə 
və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. 
57.4.  Bu  Məcəllənin  57.3-cü  maddəsində  nəzərdə  tutulmuş  qaydada  ömürlük 
azadlıqdan məhrum etmə cəza növü on beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə əvəz edilə bilər. 
10-cu fəsil 


CƏZANIN TƏYİN EDİLMƏSİ 
M a d d ə   5 8 .  Cəzanın təyin edilməsinin ümumi əsasları
 
58.1.  Cinayət  törətməkdə  təqsirli  bilinən  şəxsə,  bu  Məcəllənin  Ümumi  hissəsinin 
müddəaları  nəzərə  alınmaqla  Xüsusi  hissəsinin  müvafiq  maddələrində  nəzərdə 
tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş 
cəzalardan  daha  ciddi  cəza  növü  yalnız  o  halda  təyin  edilir  ki,  az  ciddi  cəza  növü 
cəzanın məqsədlərini təmin edə bilmir. 
58.2.  Törədilmiş  cinayətə  görə  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq 
maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 
67-ci  maddələrinə  uyğun  olaraq,  cinayətlərin  məcmusu  və  hökmlərin  məcmusu  üzrə 
təyin  edilə  bilər.  Törədilmiş  cinayətə  görə  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq 
maddələrində  nəzərdə  tutulmuş  cəzadan  daha  yüngül  cəzanın  təyin  olunması  əsasları 
həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 
58.3.  Cəza  təyin  edilərkən  törədilmiş  cinayətin  xarakteri  və  ictimai  təhlükəlilik 
dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, 
habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə 
təsiri nəzərə alınır. 
M a d d ə   5 9 .  Cəzanı yüngülləşdirən hallar
 
59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 
59.1.1.  hadisələrin  təsadüfi  axarı  zəminində  ilk  dəfə  olaraq  böyük  ictimai  təhlükə 
törətməyən və ya az ağır cinayətin törədilməsi
59.1.2. cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi
59.1.3. cinayətin hamilə qadın tərəfindən törədilməsi; 
59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 
59.1.5.  cinayətin  ağır  həyat  şəraiti  nəticəsində  və  ya  mərhəmətlilik  niyyəti  ilə 
törədilməsi; 
59.1.6. cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti 
və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; 
59.1.7.  cinayətin  zəruri  müdafiənin,  ictimai  təhlükəli  əməl  törətmiş  şəxsin 
tutulmasının,  son  zərurətin,  əsaslı  riskin,  əmrin  və  ya  sərəncamın  icra  edilməsinin 
qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi
59.1.8.  cinayətin  zərərçəkmiş  şəxsin  qanunsuz  və  ya  əxlaqsız  hərəkətlərinin  təsiri 
altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) 
vəziyyətində törədilməsi; 
59.1.9.  könüllü  gəlib  təqsirini  boynuna  alma,  cinayətin  açılmasına,  onun  digər 
iştirakçılarının  ifşa  edilməsinə,  cinayət  nəticəsində  əldə  edilmiş  əmlakın  axtarışına  və 
tapılmasına fəal kömək etmə


59.1.10.  cinayətin  törədilməsindən  bilavasitə  sonra  zərərçəkmiş  şəxsə  tibbi  və  ya 
digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü 
olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd 
edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin 
edilməsi. 
59.2.  Cəza  təyin  edilərkən  bu  Məcəllənin  59.1.1—59.1.10-cu  maddələrində 
göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 
59.3.  Bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddəsində  cinayət  tərkibinin 
əlaməti  kimi  nəzərdə  tutulmuş  cəzanı  yüngülləşdirən  hal,  cəza  təyin  edilərkən  təkrar 
nəzərə alına bilməz. 
M a d d ə   6 0 .  Cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi 
Bu  Məcəllənin  59.1.9  və  59.1.10-cu  maddələrində  göstərilən  cəzanı  yüngülləşdirən 
hallar  olduqda  və  əgər  cəzanı  ağırlaşdıran  hallar  yoxdursa,  təyin  olunan  cəzanın 
müddəti  və  ya  həcmi  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddəsində  nəzərdə 
tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 
[44]
 
M a d d ə   6 1 .  Cəzanı ağırlaşdıran hallar
 
61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır: 
61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi; 
61.1.2. cinayətin ağır nəticələrə səbəb olması; 
61.1.3.  cinayətin  qabaqcadan  əlbir  olmuş  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi; 
61.1.4. cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə
61.1.5.  psixi  pozuntulardan  əziyyət  çəkən  və  ya  sərxoş  vəziyyətdə  olan  şəxslərin, 
habelə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin 
cinayət törətməyə cəlb olunması; 
61.1.6.  cinayətin  milli,  irqi  və  ya  dini  düşmənçilik,  dini  fanatizm,  digər  şəxslərin 
qanuni  hərəkətlərinə  görə  qisas  almaq  zəminində,  tamah  məqsədi  ilə  və  ya  sair  alçaq 
niyyətlərlə,  habelə  başqa  cinayəti  ört-basdır  etmək  və  ya  onun  törədilməsini 
asanlaşdırmaq məqsədi ilə törədilməsi; 
61.1.7.  cinayətin  müqəssir  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadın, 
habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya müqəssirdən asılı vəziyyətdə 
olan şəxsə qarşı törədilməsi; 
61.1.8.  cinayətin  öz  qulluq  və  ya  ictimai  borcunu  yerinə  yetirən  şəxsə  və  ya  onun 
yaxın qohumlarına qarşı törədilməsi; 
61.1.9. cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, o cümlədən əzab və ya 
işgəncə verməklə törədilməsi; 
61.1.10. cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli 
üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi; 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə