Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə13/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   9   10   11   12   13   14   15   16   ...   105

70.6.  Şərti  məhkum  edilmiş  şəxs  üzərində  nəzarəti  müvafiq  dövlət  orqanları,  hərbi 
qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata 
keçirir. 
70.7.  Sınaq  müddəti ərzində  şərti  məhkum edilmiş  şəxsin  üzərində  nəzarəti  həyata 
keçirən  dövlət  orqanının  təqdimatı  əsasında  məhkəmə,  məhkumun  üzərinə  əvvəllər 
qoyulmuş  vəzifələri  tamamilə  və  ya  qismən  ləğv  edə  bilər,  yaxud  onun  üzərinə  yeni 
vəzifələr qoya bilər. 
M a d d ə   7 1 .  Şərti  məhkum  etmənin  ləğv  edilməsi  və  ya  sınaq  müddətinin 
uzadılması
 
71.1.  Sınaq  müddətinin  azı  yarısı  keçdikdən  sonra  şərti  məhkum  edilmiş  şəxs  öz 
davranışı  ilə  islah  olunduğunu  sübut  edərsə,  məhkəmə  məhkumun  üzərində  nəzarəti 
həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi 
və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər. 
71.2.  Şərti  məhkum  edilmiş  şəxs  məhkəmə  tərəfindən  onun  üzərinə  qoyulmuş 
vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə 
barəsində inzibati tənbeh tətbiq edildikdə, məhkəmə bu Məcəllənin 71.1-ci maddəsində 
göstərilən dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq 
uzada bilər. 
71.3.  Şərti  məhkum  edilmiş  şəxs  sınaq  müddətində  məhkəmə  tərəfindən  onun 
üzərinə  qoyulmuş  vəzifələri mütəmadi  və  ya qərəzli  olaraq  yerinə  yetirməkdən  boyun 
qaçırdıqda,  bu  Məcəllənin  71.1-ci  maddəsində  göstərilən  dövlət  orqanının  təqdimatı 
əsasında  məhkəmə  şərti  məhkum  etmənin  ləğv  edilməsi  və  hökmlə  təyin  olunmuş 
cəzanın icra olunması haqqında qərar çıxara bilər. 
71.4.  Şərti  məhkum  edilmiş  şəxs  sınaq  müddətində  ehtiyatsızlıqdan  cinayət 
törətdikdə  və  ya  qəsdən  böyük  ictimai  təhlükə  törətməyən  cinayət  törətdikdə,  şərti 
məhkum  etmənin  ləğv  edilməsi  və  ya  saxlanması  barədə  məsələ  məhkəmə  tərəfindən 
həll edilir. 
71.5.  Şərti  məhkum  edilmiş  şəxs  sınaq  müddətində  qəsdən  az  ağır,  ağır  və  ya 
xüsusilə  ağır  cinayət  törətdikdə,  məhkəmə  şərti  məhkum  etməni  ləğv  edir  və  ona  bu 
Məcəllənin  67-ci  maddəsində  nəzərdə  tutulmuş  qaydalar  üzrə  cəza  təyin  edir.  Bu 
Məcəllənin 71.4-cü maddəsində göstərilən hallarda da cəza bu qaydada təyin edilir. 
  
DÖRDÜNCÜ BÖLMƏ 
CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ 
11-ci fəsil 


CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD ETMƏ 
M a d d ə   7 2 .  Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə 
KMQ
 
72.1.  İlk  dəfə böyük  ictimai  təhlükə  törətməyən cinayət  törətmiş şəxs  könüllü  gəlib 
təqsirini  boynuna  aldıqda,  cinayətin  üstünün  açılmasına  fəal  kömək  etdikdə,  cinayət 
nəticəsində  dəymiş  ziyanı  ödədikdə  və  ya  vurulmuş  zərəri  başqa  yolla  aradan 
qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 
72.2.  Başqa  növ  cinayət  törətmiş  şəxs,  bu  Məcəllənin  72.1-ci  maddəsində  nəzərdə 
tutulmuş  şərtlər  mövcud  olduqda,  yalnız  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq 
maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə 
bilər. 
M a d d ə   7 3 .  Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən 
azad etmə
 
İlk  dəfə  böyük  ictimai  təhlükə törətməyən  cinayət  törətmiş şəxs  zərərçəkmiş  şəxslə 
barışdıqda  və  ona  dəymiş  ziyanı  ödədikdə  və  ya  vurulmuş  zərəri  aradan  qaldırdıqda 
cinayət məsuliyyətindən azad edilə bilər. 
M a d d ə   7 4 .  Şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə
 
Şəraitin  dəyişməsi  nəticəsində  törədilmiş  əməlin  və  ya  bu  əməli  törətmiş  şəxsin 
ictimai  təhlükəli  olmadığı  müəyyən  edildikdə,  ilk  dəfə  böyük  ictimai  təhlükə 
törətməyən  cinayət  və  ya  az  ağır  cinayət  törətmiş  şəxs  cinayət  məsuliyyətindən  azad 
edilə bilər. 
M a d d ə   7 5 .  Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə 
KM1
 
75.1.  Cinayət  törətdiyi  gündən  aşağıda  müəyyən  edilən  müddətlər  keçdikdə,  şəxs 
cinayət məsuliyyətinə cəlb edilə bilməz: 
75.1.1.  böyük  ictimai  təhlükə  törətməyən  cinayətin  törədildiyi  gündən  iki  il 
keçdikdə; 
75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 
[53]
 
75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 
[54]
 
75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. 
75.2.  Müddətlər,  cinayətin  törədildiyi  gündən  ittiham  hökmünün  qanuni  qüvvəyə 
mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət 
müstəqil hesablanır. 
75.3.  Cinayət  törətmiş  şəxs  istintaqdan  və  ya  məhkəmədən  gizlənərsə,  müddətin 
axımı  dayanır.  Bu  halda  müddətin  axımı,  həmin  şəxs  tutulduğu  və  ya  könüllü  gəlib 
təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. 
75.4.  Ömürlük  azadlıqdan  məhrum  etmə  növündə  cəza  nəzərdə  tutulan  cinayəti 
törətmiş  şəxs  barəsində  müddətin  tətbiq  olunması  məsələsi  məhkəmə  tərəfindən  həll 


edilir.  Məhkəmə,  müddətin  keçməsi  ilə  bağlı  bu  şəxsin  cinayət  məsuliyyətindən  azad 
olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə 
növündə cəza təyin edə bilməz. 
75.5. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh 
və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri 
törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. 
[55]
 
12-ci fəsil 
CƏZADAN AZAD ETMƏ 
M a d d ə   7 6 .  Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə
 
76.1.  Məhkəmə  islah  işləri, azadlığın  məhdudlaşdırılması, intizam  xarakterli  hərbi 
hissədə  saxlama,  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  müəyyən  müddətə 
azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkən  şəxsin  islah  olunmaq  üçün  cəzanı  tam 
çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl 
azad  edə  bilər.  Bu  halda,  şəxs  tamamilə  və  ya  qismən  əlavə  cəzadan  da  azad  edilə 
bilər.
[56]
 
76.2.  Cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmə  tətbiq  edərkən,  məhkəmə 
məhkumun  üzərinə,  bu  Məcəllənin  70.5-ci  maddəsində  nəzərdə  tutulmuş  və  cəzanın 
çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. 
76.3. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 
76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin 
edilmiş cəza müddətinin ən azı yarısını; 
76.3.2.  ağır  cinayət  törətməyə  görə  təyin  edilmiş  cəza  müddətinin  ən  azı  üçdə  iki 
hissəsini;
[57]
 
76.3.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin 
ən  azı  dörddə  üç  hissəsini,  habelə  əvvəllər  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad 
edilmiş  şəxs,  əgər  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmə  bu  Məcəllənin  76.6-cı 
maddəsində  nəzərdə  tutulmuş  əsaslara  görə  ləğv  edilmişdirsə,  yaxud  əvvəllər 
azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkmiş  şəxs  cinayətlərin  residivinə  görə 
yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş 
cəza  müddətinin  ən  azı  dörddə  üç  hissəsini  həqiqətən  çəkdikdən  sonra  tətbiq  edilə 
bilər.
[58]
 
76.4.  Azadlıqdan  məhrum  etmə  cəzasının  məhkum  tərəfindən  həqiqətən  çəkilmiş 
müddəti altı aydan az ola bilməz. 
76.5.  Cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  edilmiş  şəxslər  üzərində  nəzarəti 
müvafiq  dövlət  orqanları,  hərbi  qulluqçular  üzərində  nəzarəti  isə  hərbi  hissələrin  və 
müəssisələrin komandanlığı həyata keçirir. 
76.6. Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum: 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə