Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə15/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   11   12   13   14   15   16   17   18   ...   105

müddətini  tətbiq  etməyi  mümkün  saymadıqda,  həmin  cəza  növü  müəyyən  müddətə 
azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir. 
80.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh 
və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri 
törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. 
[68]
 
13-cü fəsil 
AMNİSTİYA. ƏFV ETMƏ. MƏHKUMLUQ 
M a d d ə   8 1 .  Amnistiya
 
81.1.  Amnistiya  aktı  fərdi  qaydada  müəyyən  edilməyən  şəxslər  barəsində 
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. 
81.2. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə 
bilərlər.  Cinayət  törətməyə  görə  məhkum  olunmuş  şəxslər  isə  cəzadan  azad  edilə 
bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin 
cəzasının  çəkilməmiş hissəsi  daha  yüngül  cəza  növü  ilə  əvəz edilə bilər və  yaxud  belə 
şəxslər  əlavə  cəzadan  azad  edilə  bilərlər.  Amnistiya  aktı  ilə  cəzasını  çəkmiş  şəxslərin 
məhkumluğu götürülə bilər. 
M a d d ə   8 2 .  Əfvetmə
 
82.1.  Əfvetmə  fərdi  qaydada  müəyyən  edilmiş  şəxs  barəsində  Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. 
82.2. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan 
hissəsini  çəkməkdən  azad  edilə  bilər,  yaxud  ona  təyin  olunmuş  cəzanın  müddəti 
azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə 
əvəz edilə bilər. 
82.3. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox 
olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. 
82.4. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. 
M a d d ə   8 3 .  Məhkumluq
 
83.1.  Cinayət  törətməyə  görə  məhkum  edilmiş  şəxs  məhkəmənin  ittiham  hökmü 
qanuni  qüvvəyə  mindiyi  gündən  məhkumluğun  götürüldüyü  və  ya  ödənildiyi  günə 
qədər  məhkum  olunmuş  hesab  edilir.  Cinayətlərin  residivi  zamanı  və  cəza  təyin 
edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 
83.2. Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan hesab edilir. 
KM
 
83.3. Aşağıdakı hallarda: 
83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda; 
83.3.2.  azadlıqdan  məhrum  etməyə  nisbətən  daha  yüngül  cəzaya  məhkum  edilmiş 
şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə


83.3.3.  böyük  ictimai  təhlükə  törətməyən  və  ya  az  ağır  cinayət  törətməyə  görə 
azadlıqdan  məhrum  etməyə  məhkum  edilmiş  şəxslər  barəsində  —  onlar  cəzanı  çəkib 
qurtardıqları gündən üç il keçdikdə
83.3.4.  ağır  cinayət  törətməyə  görə  azadlıqdan  məhrum  etməyə  məhkum  edilmiş 
şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə
83.3.5.  xüsusilə  ağır  cinayət  törətməyə  görə  məhkum  edilmiş  şəxslər  barəsində  — 
onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab 
olunur. 
83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza 
çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü 
ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən 
azad edildiyi vaxtdan hesablanır. 
KM3
 
83.5. Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu 
sübut  edərsə,  məhkəmə  həmin  şəxsin  vəsatəti  əsasında  məhkumluğu  vaxtından  əvvəl 
onun üzərindən götürə bilər. 
83.6.  Məhkumluğun  ödənilməsi  və  ya  götürülməsi  məhkumluqla  bağlı  olan  bütün 
hüquqi nəticələri ləğv edir. 
  
BEŞINCI BÖLMƏ 
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ 
14-cü fəsil 
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN BARƏSİNDƏ CİNAYƏT 
MƏSULİYYƏTİNİN VƏ CƏZASININ XÜSUSİYYƏTLƏRİ 
M a d d ə   8 4 .  Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti
 
84.1.  Cinayət  törədərkən  on  dörd  yaşı  tamam  olmuş,  lakin  on  səkkiz  yaşına 
çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 
84.2. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və 
ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 
M a d d ə   8 5 .  Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri
 
85.1. Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: 
85.1.1. cərimə; 
85.1.2. ictimai işlər
85.1.3. islah işləri
85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə. 


85.2. Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən 
əmlakı  olan  yetkinlik  yaşına  çatmayan  məhkuma  təyin  edilir.  Cərimə  altı  yüz 
manatadək miqdarda təyin edilir.
[69]
 
85.3.  İctimai  işlər  səksən  saatdan  üç  yüz  iyirmi  saatadək  müddətə  təyin  olunur  və 
yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə 
vaxtlarda  yerinə  yetirdiyi  işlərdən  ibarətdir.  Bu  cəza  növünün  icra  müddəti  on  beş 
yaşınadək  şəxslər  üçün  gündə  iki  saatdan,  on  beş  yaşından  on  altı  yaşınadək  şəxslər 
üçün isə gündə üç saatdan çox ola bilməz.
[70]
 
85.4.  Yetkinlik  yaşına  çatmayan  məhkumlara  islah  işləri  iki  aydan  bir  ilədək 
müddətə  təyin  edilir.  Bu  zaman  məhkumun  qazancından  məhkəmənin  hökmü  ilə 
müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. 
85.5. Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox 
olmayan  müddətə  təyin  edilir.  Yetkinlik  yaşına  çatmayan  məhkumlar  cəzalarını 
aşağıdakı tərbiyə müəssisələrində çəkirlər: 
85.5.1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə 
məhkum  olunmuş  yetkinlik  yaşına  çatmayan  oğlanlar  —  ümumi  rejimli  tərbiyə 
müəssisələrində; 
85.5.2.  əvvəllər  azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkmiş  yetkinlik  yaşına 
çatmayan oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində. 
M a d d ə   8 6 .  Yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsi
 
86.1.  Yetkinlik  yaşına  çatmayana  cəza  təyin  edərkən  məhkəmə  bu  Məcəllənin  58-ci 
maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə 
şəraitini,  psixi  inkişaf  səviyyəsini,  onun  şəxsiyyətinin  digər  xüsusiyyətlərini  və  kənar 
şəxslərin ona təsirini nəzərə alır. 
86.2. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı 
yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. 
M a d d ə   8 7 .  Tərbiyəvi xarakterli məcburi tədbirlərin məzmunu
 
87.1.  Xəbərdarlıq  yetkinlik  yaşına  çatmayana  onun  əməli  nəticəsində  vurulmuş 
ziyanın  və  bu  Məcəllədə  nəzərdə  tutulmuş  cinayətləri  təkrar  törətməyin  nəticələrinin 
izah edilməsindən ibarətdir. 
87.2.  Nəzarətə  götürmə  valideynlərin  və  ya  onları  əvəz  edən  şəxslərin  yaxud 
müvafiq  icra  hakimiyyəti  orqanının  üzərinə  yetkinlik  yaşına  çatmayana  tərbiyəvi  təsir 
göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir. 
87.3. Vurulmuş ziyanı aradan qaldırmaq vəzifəsi yetkinlik yaşına çatmayanın əmlak 
vəziyyəti  və  müvafiq  əmək  vərdişlərinə  malik  olması  nəzərə  alınmaqla  onun  üzərinə 
qoyulur. 
87.4. Asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına 
xüsusi  tələblərin  qoyulması  onun  müəyyən  yerlərə  getməməsini,  asudə  vaxtdan 
istifadənin  müəyyən  formalarını,  o  cümlədən  mexaniki  nəqliyyat  vasitələrinin  idarə 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə