Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə23/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   19   20   21   22   23   24   25   26   ...   105

133.2.3.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 
133.2.4.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  yetkinlik  yaşına  çatmayan,  habelə 
köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə; 
133.2.5. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi 
ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə; 
[ 1 1 9 ]
133.2.6. işgəncə verməklə törədildikdə — 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[ 1 2 0 ]
 
133.3. Bu Məcəllənin 133.1 və 133.2-ci maddələri ilə nəzərdə tutulan əməllər şəxsdən 
məlumat almaq və ya onu etirafa məcbur etmək, yaxud törətdiyi və ya törədilməsində 
şübhə  doğurduğu  əmələ  görə  həmin  şəxsi  cəzalandırmaq  məqsədi  ilə  öz  qulluq 
mövqeyindən  istifadə  etməklə  vəzifəli  şəxs  tərəfindən  və  ya  onun  təhriki  ilə 
törədildikdə — 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[ 1 2 1 ]
 
M a d d ə   1 3 4 .  Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə
 
Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi 
üçün real əsaslar olduqda— 
iki  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[122]
 
M a d d ə   1 3 5 .  Evtanaziya
 
Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə 
tezləşdirmə  və  ya  onun  həyatının  davam  etməsinə  kömək  edən  süni  tədbirləri 
dayandırma— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma hüququndan məhrum edilməklə və ya edilməməklə 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 3 6 .  Qanunsuz  süni  mayalanma  və  embrionu  implantasiya  etmə, 
tibbi sterilizasiya
 
136.1.  Qadına,  onun  razılığı  olmadan  və  ya  yetkinlik  yaşına  çatmayan  qadına  süni 
mayalanma və ya embrionu implantasiya etmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[123]
 
136.2.  Şəxsin  razılığı  olmadan  onun  üzərində  tibbi  sterilizasiya,  yəni  şəxsin 
nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması 
məqsədi ilə əməliyyat aparma— 


beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[124]
 
136.3.  Bu  Məcəllənin  136.1  və  136.2-ci  maddələri  ilə  nəzərdə  tutulan  əməllər 
ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına 
səbəb olduqda— 
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[125]
 
M a d d ə   1 3 7 .  İnsan  orqanlarının  və  ya  toxumalarının  alqı-satqısı  və  onların 
transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə
 
137.1. İnsan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı— 
iki  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[126]
 
137.2.  Zor  tətbiq  etməklə  və  ya  zor  tətbiq  etmə  hədəsi  ilə  insan  orqanlarının  və  ya 
toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  dörd  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
137.3. Eyni əməllər, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və 
ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə 
etməklə törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır.  
M a d d ə   1 3 8 .  Qanunsuz  olaraq  biotibbi  tədqiqatlar  aparma  və  ya  qadağan 
edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə
 
138.1. Şəxsin razılığı olmadan onun üzərində biotibbi tədqiqatlar aparma— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[127]
 
138.2.  Tətbiqi  müəyyən olunmuş  qaydada qadağan edilmiş  diaqnostika  və  müalicə 
üsullarını,  dərman  vasitələrini  tətbiq  etmə  ehtiyatsızlıqdan  şəxsin  ölümünə  və  ya 
sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda— 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə