Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə21/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   17   18   19   20   21   22   23   24   ...   105

on ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
 [94]
 
Qeyd: Bu  Məcəllənin  116.0.8-1-116.0.8-3-cü  maddələrində  “mədəni  sərvət”  dedikdə, 
aşağıdakılar başa düşülür:
[95]
 
1.  hər  bir  xalqın  mədəni irsi  üçün  böyük  əhəmiyyəti  olan  daşınar  və  ya  daşınmaz  sərvətlər 
(memarlıq, incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr; arxeoloji qazıntı yerləri; tarixi və 
ya bədii əhəmiyyət kəsb edən memarlıq ansamblları; incəsənət əsərləri; bədii, tarixi və ya arxeoloji 
əhəmiyyəti olan əlyazmalar, kitablar və digər əşyalar; həmçinin elmi kolleksiyalar və ya kitab və 
arxiv  materiallarının,  yaxud  yuxarıda  göstərilən  sərvətlərin  reproduksiyalarının  mühüm 
kolleksiyaları);
 
2. bu “Qeyd”in 1-ci bəndində göstərilmiş, əsas və həqiqi məqsədi daşınar mədəni sərvətlərin 
saxlanması  və  ya  sərgilənməsi  olan  binalar  (muzeylər,  iri  kitabxanalar,  arxivlər,  habelə  həmin 
bənddə  göstərilmiş  daşınar  mədəni  sərvətləri  silahlı  münaqişə  zamanı  saxlamaq  üçün  istifadə 
olunan sığınacaqlar);
 
3. bu “Qeyd”in 1-ci və 2-ci bəndlərində göstərilmiş mədəni sərvətlərin çox olduğu “mədəni 
sərvətlərin cəmləşdiyi mərkəz” adlandırılan mərkəzlər. 
M a d d ə   1 1 7 .  Silahlı  münaqişə  zamanı  hərəkətsizlik  etmə  və  ya  cinayətkar 
əmr vermə
 
117.1.  Rəis  və  ya  vəzifəli  şəxs  tərəfindən  silahlı  münaqişə  zamanı  tabeliyində 
olanlara  bu  Məcəllənin  115—116-cı  maddələrində  nəzərdə  tutulan  cinayətlərin 
qarşısının  alınması  məqsədilə  öz  səlahiyyətləri  dairəsində  bütün  imkanlardan  qəsdən 
istifadə etməmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
117.2.  Döyüş  bölgələrində  heç  kəsin  sağ  buraxılmayacağını  bəyan  etmə  və  ya  bu 
barədə  tabeliyində  olan  şəxsə  və  ya  bu  Məcəllənin  115—116-cı  maddələrində  nəzərdə 
tutulan  cinayətlərin  edilməsinə  yönəldilən  bilə-bilə  cinayətkar  əmr  və  ya  sərəncam 
vermə— 
on  iki  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır 
M a d d ə   1 1 8 .  Hərbi soyğunçuluq
 
Döyüş  meydanında  ölmüş  və  ya  yaralanmış  şəxslərin  əmlakını  talama  (hərbi 
soyğunçuluq) — 
üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 1 9 .  Müdafiə olunan nişanlardan sui-istifadə
 
119.1. Hərbi münaqişə dövründə müdafiə nişanı və ya fərqləndirici nişan qismində 
Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən, fərqləndirici siqnallardan, Beynəlxalq 
Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün 


Qızıl  Xaç  və  Qızıl  Aypara  emblemlərindən  və  onların  adlarından,  müdafiə  nişanı 
qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək 
hər hansı oxşar siqnallardan istifadə etmək hüququ olmayan şəxslər tərəfindən istifadə 
etmə—
[96]
 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
119.2.  Ağ  bayraqdan,  Birləşmiş  Millətlər  Təşkilatının  bayraq,  nişan  və  ya 
geyimlərindən, o cümlədən 1949-cü il tarixli Cenevrə Konvensiyaları ilə müdafiə olunan 
fərqləndirici nişanlardan sui-istifadə etmə, bu əməllər zərərçəkmiş şəxsin ölümünə və ya 
onun sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
  
SƏKKIZINCI BÖLMƏ 
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
18-ci fəsil 
HƏYAT VƏ SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   1 2 0 .  Qəsdən adam öldürmə
 
120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə— 
doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [97]
 
120.2. Qəsdən: 
120.2.1.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə; 
120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə; 
120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi 
ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə; 
120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə
120.2.5.  tamah  məqsədi  ilə  və  ya  sifarişlə,  habelə  zərərçəkmiş  şəxsin  orqanlarından 
və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə; 
120.2.6.  başqa  cinayəti  gizlətmə  və  ya  onun  törədilməsini  yüngülləşdirmə  məqsədi 
ilə,  habelə  zorlama  və  ya  seksual  xarakterli  başqa  zorakı  hərəkətlərlə  əlaqədar  adam 
öldürmə;— 
120.2.7. iki və ya daha çox şəxsi öldürmə
120.2.8. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə; 
120.2.9. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, 
habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə; 
120.2.10. təkrar adam öldürmə; 


120.2.11.  quldurluq,  hədə-qorxu  ilə  tələb  etmə,  terrorçuluq  və  ya  banditizmlə 
əlaqədar adam öldürmə; 
[98]
 
120.2.12. milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə— 
on  dörd  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [99]
 
Qeyd: Bu  Məcəllənin  maddələri  ilə  qəsdən  adam  öldürməyə  görə  məsuliyyət  müəyyən  olunmuş 
cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 120-ci maddəsi ilə 
nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi onun təkrar törədilməsi hesab olunur.
 
M a d d ə   1 2 1 .  Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi
 
Ananın  yeni  doğduğu  uşağı  doğuş  vaxtı  və  ya  doğuşdan  dərhal  sonra  qəsdən 
öldürməsi— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 2 2 .  Qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  vəziyyətində  qəsdən 
adam öldürmə
 
122.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz 
və  ya  əxlaqsız  hərəkətlər  (hərəkətsizlik)  nəticəsində,  habelə  zərərçəkmiş  şəxsin 
mütəmadi  qanunsuz  və  ya  əxlaqsız  davranışı  ilə  əlaqədar  yaranmış  uzun  sürən 
dözülməz  psixi  şərait  nəticəsində  qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  (affekt) 
vəziyyətində qəsdən adam öldürmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
[100]
 
122.2. Güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 2 3 .  Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması 
üçün zəruri həddi aşmaqla adam öldürmə
 
123.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
[101]
 
123.2.  Cinayət  törətmiş  şəxsin  tutulması  üçün  zəruri  həddi  aşmaqla  qəsdən  adam 
öldürmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
      M a d d ə   1 2 4 .  Ehtiyatsızlıqdan adam öldürmə
 
124.1. Ehtiyatsızlıqdan adam öldürmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
[102]
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə