Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ


SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə19/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   15   16   17   18   19   20   21   22   ...   105

SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR 
[76]
 
16-cı fəsil 
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR 
[77]
 
M a d d ə   1 0 0 .  Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya 
aparma
 
100.1. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama— 
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [78]
 
100.2. Təcavüzkar müharibəni aparma— 
on  iki  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [79]
 
M a d d ə   1 0 1 .  Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar
 
101.1. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar— 
üç  ilədək  müddətə azadlığın  məhdudlaşdırılması  və  ya  eyni  müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[80]
 
101.2.  Eyni  əməllər  kütləvi  informasiya  vasitələri  ilə  və  ya  vəzifəli  şəxs  tərəfindən 
törədildikdə— 
üç ilədək müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 
edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 0 2 .  Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara 
hücum etmə
 
Beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə və ya beynəlxalq 
təşkilatın  əməkdaşına,  habelə  həmin  şəxslərin  xidməti  və  ya  yaşayış  sahələrinə,  yaxud 
nəqliyyat  vasitələrinə  hücum  etmə  müharibəyə  təhrikçilik  və  ya  beynəlxalq 
münasibətlərin gərginləşməsi məqsədi ilə törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 0 3 .  Soyqırım
 
Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən 
məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər 
vurma  və  ya  onların  əqli  qabiliyyətinə  ciddi  zərər  vurma,  qrupun  bütövlükdə  və  ya 
qismən  fiziki  məhvinə  yönəlmiş  yaşayış  şəraiti  yaratma,  qrup  daxilində  doğumların 
qarşısını  almağa  yönəlmiş  tədbirləri  həyata  keçirmə,  bir  qrupa  mənsub  olan  uşaqları 
zorla başqa qrupa keçirmə— 
on  dörd  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [81]
 


M a d d ə   1 0 4 .  Soyqırımın törədilməsinə təhrik etmə
 
Bu  Məcəllənin  103-cü  maddəsi  ilə  nəzərdə  tutulmuş  hər  hansı  bir  əməlin 
törədilməsinə bilavasitə və açıq təhrik etmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 0 5 .  Əhalini məhv etmə
 
Soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə— 
on  dörd  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu fəslin 105—113-cü maddələrində nəzərdə tutulan istər sülh, istərsə də müharibə zamanı hər 
hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş 
əməllər insanlıq əleyhinə cinayətlər hesab edilir. 
[82]
 
M a d d ə   1 0 6 .  Köləlik
 
106.1.  Köləlik,  yəni  şəxs  üzərində  mülkiyyət  hüququna  xas  olan  səlahiyyətləri  tam 
və ya qismən həyata keçirmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
106.2.  Eyni  əməllər  yetkinlik  yaşına  çatmayana  qarşı  və  ya  şəxsi  xarici  ölkəyə 
daşımaq məqsədi ilə törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
106.3.  Kölə  ticarəti,  yəni  şəxsi  köləliyə  yönəltmək  və  ya  kölə  kimi  istifadə  etmək, 
satmaq və ya dəyişdirmək məqsədi ilə saxlama, onun barəsində sərəncam vermə, habelə 
kölə ticarəti və kölələrin daşınması ilə bağlı hər hansı bir əməl, eləcə də cinsi köləlik və 
ya köləlik əsasında cinsi azadlığa qəsd edən əməl— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 0 7 .  Əhalini deportasiya etmə və ya məcburi köçürmə
 
Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən 
edilmiş  əsaslar  olmadıqda,  əhalini  qanuni  yerləşdiyi  yerlərdən  başqa  ölkəyə qovma və 
ya digər məcburi hərəkətlərlə didərgin salma— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 0 8 .  Cinsi zorakılıq
 
Şəxslərə  qarşı  zorlama,  fahişəliyə  məcbur  etmə,  məcburi  sterilizasiya  və  ya  cinsi 
zorakılıqla əlaqədar digər hərəkətləri etmə— 
on  iki  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


M a d d ə   1 0 8 -1. Məcburi hamiləlik 
[83]
 
Hər hansı əhalinin etnik  tərkibini  dəyişdirmək məqsədi  və  ya  beynəlxalq hüququn 
başqa  ciddi  pozuntuları  ilə  müşahidə  olunan  zorla  hamilə  edilmiş  qadını  qanunsuz 
azadlıqdan məhrum etmə - 
on  iki  ildən  iyirmi ilədək  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 0 9 .  Təqib
 
Siyasi,  irqi,  milli,  etnik,  mədəni,  dini,  cinsi  və  ya  beynəlxalq  hüquq  normaları  ilə 
qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı 
təqib  etmə,  yəni  qrupa  və  ya  təşkilata  mənsub  olduqlarına  görə  insanları  əsas 
hüquqlardan  kobudcasına  məhrum  etmə  insanlıq  əleyhinə  digər  cinayətlərlə  əlaqədar 
olduqda— 
[84]
 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 1 0 .  İnsanları zorakılıqla yoxa çıxarma
 
Dövlətin  və  ya  siyasi  təşkilatın  göstərişi,  dəstəyi  və  ya  razılığı  ilə  uzun  müddət 
ərzində  qanuni  müdafiədən  kənarlaşdırmaq  məqsədilə  şəxsi  tutma,  həbs  etmə  və  ya 
oğurlama və sonradan şəxsin azadlıqdan məhrum edilməsini danma və ya onun aqibəti 
və ya yeri barədə məlumat verməkdən imtina etmə— 
on  ildən  iyirmi müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
 [85]
 
M a d d ə   1 1 1 .  İrqi ayrıseçkilik (aparteid)
 
111.0.  Hər  hansı  bir  irqi  qrupu  əsarət  altında  saxlamaq  üçün  digər  irqi  qrup 
tərəfindən üstünlüyü təşkil və təmin etmək məqsədilə: 
111.0.1.  irqi  qrupa  və  ya  qruplara  mənsub  olan  şəxslərin  yaşamaq  və  azadlıq 
hüquqlarını  inkar  etmə, yəni  irqi  qrupa  və  ya  qruplara  mənsub  olan  şəxsləri  öldürmə, 
onların  sağlamlığına  ağır  zərər  vurma  və  ya  əqli  qabiliyyətlərinə  ciddi  zərər  vurma, 
işgəncə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza tətbiq etmə, 
yaxud özbaşınalıqla həbs və qanunsuz olaraq azadlıqdan məhrum etmə; 
111.0.2.  irqi  qrupun  və  ya  qrupların,  bütövlükdə  və  ya  qismən,  fiziki  məhvi  ilə 
nəticələnə biləcək yaşayış şəraiti yaratma
111.0.3.  irqi  qrupun  və  ya  qrupların  ölkənin  siyasi,  sosial,  iqtisadi  və  mədəni 
həyatında  iştirakının  qarşısını  almaq,  habelə  qrupa  və  ya  qruplara  mənsub  olan 
şəxslərin  işləmək,  həmkarlar  təşkilatlarını  yaratmaq,  təhsil  almaq,  ölkədən  getmək  və 
ölkəyə  qayıtmaq,  vətəndaşlıq,  hərəkət  etmək  və  yaşayış  yerini  seçmək,  fikir  və  söz 
azadlığı,  toplaşmaq  və  birləşmək  hüquqları  daxil  olmaqla  əsas  insan  hüquq  və 
azadlıqlarını  inkar  etməklə  tam  inkişafın  qarşısını  almaq  məqsədilə  hər  hansı 
qanunverici və digər tədbiri həyata keçirmə; 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə