Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə16/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   12   13   14   15   16   17   18   19   ...   105

olunmamasını,  günün  müəyyən  vaxtlarından  sonra  evdən  kənarda  olmamasını, 
müvafiq  dövlət  orqanının  icazəsi  olmadan  başqa  ərazilərə  getməməsini  nəzərdə  tuta 
bilər. Yetkinlik yaşına çatmayana həmçinin təhsilini davam etdirmək və ya müvafiq icra 
hakimiyyəti  orqanının  köməyi  ilə  işə  düzəlmək  vəzifəsi  də  müəyyən  edilə  bilər.  Bu 
tədbirlərdən  başqa  asudə  vaxtın  məhdudlaşdırılması  və  yetkinlik  yaşına  çatmayanın 
davranışına xüsusi tələblərin qoyulması digər tədbirləri də nəzərdə tuta bilər. 
M a d d ə   8 8 .  Tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etmə
 
88.1. Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az 
ağır  cinayət  etdikdə,  tərbiyəvi  xarakterli  məcburi  tədbirlər  tətbiq  etməklə  onun  islah 
olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. 
88.2.  Yetkinlik  yaşına  çatmayanlara  aşağıdakı  tərbiyəvi  xarakterli  məcburi  tədbirlər 
tətbiq edilə bilər: 
88.2.1. xəbərdarlıq; 
88.2.2.  valideynlərin  və  ya  onları  əvəz  edən  şəxslərin  və  yaxud  müvafiq  dövlət 
orqanının nəzarətinə vermək; 
88.2.3. vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək
88.2.4.  yetkinlik  yaşına  çatmayanın  asudə  vaxtını  məhdudlaşdırmaq  və  onun 
davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək. 
88.3.  Yetkinlik  yaşına  çatmayana  eyni  vaxtda  bir  neçə  tərbiyəvi  xarakterli  məcburi 
tədbirlər  tətbiq  edilə  bilər.  Bu  Məcəllənin  88.2.2  və  88.2.4-cü  maddələrində  nəzərdə 
tutulmuş  tərbiyəvi  xarakterli  məcburi  tədbirlərin  tətbiqi  müddəti  bu  tədbirləri  təyin 
etmiş müvafiq dövlət orqanı tərəfindən müəyyən olunur. 
88.4.  Yetkinlik  yaşına  çatmayan  tərbiyəvi  xarakterli  məcburi  tədbirləri  mütəmadi 
olaraq  yerinə  yetirmədikdə,  müvafiq  dövlət  orqanının  təqdimatı  əsasında  həmin 
tədbirlər  ləğv  edilir  və  materiallar  yetkinlik  yaşına  çatmayanın  cinayət  məsuliyyətinə 
cəlb olunması üçün məhkəməyə göndərilir. 
M a d d ə   8 9 .  Yetkinlik yaşına çatmayanın cəzadan azad edilməsi
 
89.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum 
edilmiş yetkinlik yaşına çatmayan bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş 
tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər. 
89.2.  Məhkəmə  az  ağır  cinayət  törətməyə  görə  məhkum  olunmuş  yetkinlik  yaşına 
çatmayanı  yalnız  belə  şəxslər  üçün  nəzərdə  tutulmuş  qapalı  tipli  xüsusi  təlim-tərbiyə 
müəssisəsində və ya tibbi-tərbiyə müəssisəsində yerləşdirməklə cəzanın məqsədinə nail 
olmağı mümkün hesab edərsə, həmin şəxsi cəzadan azad edə bilər. Bu halda yetkinlik 
yaşına  çatmayan  göstərilən  müəssisədə  on  səkkiz  yaşına  çatana  qədər,  lakin  üç  ildən 
artıq olmamaq şərti ilə saxlanılır. 
[71]
 
89.3.  Yetkinlik  yaşına  çatmayan  islah  olunduqda  və  bununla  bağlı  qeyd  edilən 
tədbirin  tətbiqinə  zərurət  aradan  qalxdıqda,  qapalı  tipli  xüsusi  təlim-tərbiyə 
müəssisəsinin  və  ya  tibbi-tərbiyə  müəssisəsinin  müdiriyyətinin  və  yetkinlik  yaşına 


çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə  komissiyanın  birgə  təqdimatına 
əsasən  məhkəmə  yetkinlik  yaşına  çatmayanın  vaxtından  əvvəl  həmin  müəssisədən 
buraxılması haqqında qərar qəbul edə bilər. 
[72]
 
M a d d ə   9 0 .  Yetkinlik  yaşına  çatmayanların  şərti  olaraq  vaxtından  əvvəl 
cəzadan azad edilməsi
 
90.0.  İslah  işlərinə  və  ya  azadlıqdan  məhrum  etməyə  məhkum  edilmiş  yetkinlik 
yaşına çatmayanlar barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, onlar: 
90.0.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin 
edilmiş cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra; 
90.0.2.  ağır  cinayət  törətməyə  görə  təyin  edilmiş  cəza  müddətinin  ən  azı  yarısını 
çəkdikdən sonra; 
90.0.3.  xüsusilə  ağır  cinayət  törətməyə  görə  təyin  edilmiş  cəza  müddətinin  ən  azı 
üçdə iki hissəsini çəkdikdən sonra tətbiq edilə bilər. 
M a d d ə   9 1 .  Müddətin keçməsi
 
Yetkinlik  yaşına  çatmayanlar  cinayət  məsuliyyətindən  və  ya  cəza  çəkməkdən  azad 
edilərkən,  bu  Məcəllənin  75  və  80-ci  maddələrində  müəyyən  edilmiş  müddətlər 
yarıbayarı azaldılır. 
M a d d ə   9 2 .  Məhkumluğun ödənilməsi müddətləri
 
92.0. Məhkumluğun bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş müddətləri 
cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və aşağıdakı müddətlər: 
92.0.1.  böyük  ictimai  təhlükə  törətməyən  və  ya  az  ağır  cinayət  törətməyə  görə 
azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il
92.0.2.  ağır  və  ya  xüsusilə  ağır  cinayət  törətməyə  görə  azadlıqdan  məhrum  etmə 
növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab 
edilir. 
  
Bölmə VI
[73]
 
CİNAYƏT-HÜQUQİ XARAKTERLİ DİGƏR TƏDBİRLƏR 
15-ci fəsil 
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR 
M a d d ə   9 3 .  Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları
 
93.1. Tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən: 


93.1.1.  bu  Məcəllənin  Xüsusi  hissəsində  nəzərdə  tutulmuş  əməli  (hərəkət  və  ya 
hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə; 
93.1.2. cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna 
edən psixi xəstəliyə düçar olmuş şəxslərə
93.1.3.  cinayət  törətmiş  və  anlaqlılığı  istisna  etməyən  psixi  pozuntu  vəziyyətində 
olan şəxslərə; 
93.1.4.  cinayət  törətmiş,  alkoqolizmdən  və  ya  narkomaniyadan  müalicəyə  ehtiyacı 
olan şəxslərə təyin edilə bilər. 
93.2. Bu Məcəllənin 93.1.1—93.1.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə tibbi 
xarakterli  məcburi  tədbirlər  o  halda  təyin  edilir  ki,  psixi  pozuntu  şəxsin  özünə  və  ya 
başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. 
93.3. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən olunur. 
93.4.  Bu  Məcəllənin  93.1.1—93.1.4-cü  maddələrində  göstərilən  və  öz  psixi 
vəziyyətinə  görə  təhlükə  törətməyən  şəxslər  barəsində  zəruri  materiallar  həmin 
şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi 
üçün səhiyyə orqanlarına verilir. 
M a d d ə   9 4 .  Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi
 
Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1—
93.1.4-cü  maddələrində  göstərilən  şəxslərin  müalicə  olunması  və  ya  psixi  vəziyyətinin 
yaxşılaşdırılmasından,  habelə  həmin  şəxslər  tərəfindən  yeni  cinayət  törədilməsinin 
qarşısının alınmasından ibarətdir. 
M a d d ə   9 5 .  Tibbi xarakterli məcburi tədbirlərin növləri
 
95.0. Məhkəmə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər: 
95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi
95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə; 
95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; 
95.0.4.  ixtisaslaşdırılmış  psixiatriya  stasionarlarında  intensiv  müşahidə  altında 
məcburi müalicə. 
M a d d ə   9 6 .  Məcburi  ambulatoriya  müşahidəsi  altında  olma  və  psixiatr 
tərəfindən müalicə edilmə
 
Şəxsin  stasionar  psixiatriya  müəssisələrində  yerləşdirilməsinə  zərurət  olmadıqda 
həmin  şəxsin  məcburi  ambulatoriya  müşahidəsi  altında  olması  və  psixiatr  tərəfindən 
müalicə  edilməsi  bu  Məcəllənin  93.2-ci  maddəsində  nəzərdə  tutulan  əsaslar  olduqda 
təyin edilir. 
M a d d ə   9 7 .  Psixiatriya stasionarlarında məcburi müalicə olunma
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə