Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə17/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   13   14   15   16   17   18   19   20   ...   105

97.1.  Əgər  psixi  pozuntunun  xarakteri  müalicə  şəraitinin,  şəxsin  saxlanmasının  və 
onun  üzərində  müşahidənin  yalnız  psixiatriya  stasionarlarında  həyata  keçirilməsini 
tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci 
maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər. 
97.2.  İntensiv  müşahidə  tələb  etməyən  və  öz  psixi  vəziyyətinə  görə  stasionar 
müalicəyə  və  müşahidəyə  ehtiyacı  olan  şəxslər  barəsində  ümumi  tipli  psixiatriya 
stasionarlarında məcburi müalicə təyin edilə bilər. 
97.3.  Öz  psixi  vəziyyətinə  görə  daimi  müşahidə  tələb  edən  şəxslərə  xüsusi 
ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. 
97.4.  Öz  psixi  vəziyyətinə  görə ətrafdakılar  və  özü  üçün  təhlükəli  olan,  intensiv  və 
daimi  müşahidə  tələb  edən  şəxslərə  ixtisaslaşdırılmış  psixiatriya  stasionarlarında 
intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər. 
M a d d ə   9 8 .  Tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqinin  uzadılması, 
dəyişdirilməsi və ləğv edilməsi
 
98.1. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya 
ləğv  edilməsi  həkim-psixiatr  komissiyasının  rəyi  əsasında  məcburi  müalicəni  həyata 
keçirən  tibb  müəssisəsinin  müdiriyyətinin  vəsatəti  ilə  məhkəmə  tərəfindən  həyata 
keçirilir. 
98.2.  Barəsində  tibbi  xarakterli  məcburi  tədbirlər  təyin  edilmiş  şəxs  bu  tədbirin 
tətbiqinin  ləğv  edilməsi  və  ya  dəyişdirilməsi  məsələsinin  həll  edilməsi  məqsədi  ilə  altı 
ay  müddətində  bir  dəfədən  az  olmayaraq  həkim-psixiatr  komissiyasında  baxışdan 
keçirilməlidir.  Tibbi  xarakterli  məcburi  tədbirlərin  ləğv  edilməsi  və  ya  dəyişdirilməsi 
üçün  əsaslar  olmadıqda  məcburi  müalicəni  həyata  keçirən  müəssisənin  müdiriyyəti 
məcburi  müalicənin  müddətinin  uzadılması  haqqında  məhkəməyə  öz  rəyini  təqdim 
edir.  Məcburi  müalicənin  ilk  dəfə  uzadılması  müalicənin  başlandığı  gündən  altı  ay 
keçdikdən sonra həyata keçirilir, bundan sonra məcburi müalicə müddətinin uzadılması 
hər il həyata keçirilir. 
98.3.  Şəxsin  psixi  vəziyyətinin  yaxşılaşması  səbəbindən  onun  barəsində  əvvəllər 
təyin  edilmiş  tibbi  xarakterli  məcburi  tədbirlərin  ləğv  edilməsi  zərurəti  olduqda  və  ya 
tibbi  xarakterli  digər  məcburi  tədbirlərin  tətbiqinə  ehtiyacı  olduqda,  tibbi  xarakterli 
məcburi  tədbirlərin  dəyişdirilməsi  və  ya  onların  tətbiqinin  ləğv  edilməsi  məhkəmə 
tərəfindən həyata keçirilir. 
98.4.  Tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqi  ləğv  edildikdə  məcburi  müalicə 
edilən şəxs barəsindəki materialları məhkəmə səhiyyə orqanlarına göndərir. 
M a d d ə   9 9 .  Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi müddətinin hesaba 
alınması
 
Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan 
sonra  cəza  təyin  edilərkən  və  ya  onun  cəzasının  icrası  bərpa  olunarkən  psixiatriya 


stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum 
edilmə hesabı ilə hesablanır. 
  
Fəsil 15-1
[74]
 
Xüsusi müsadirə 
  
M a d d ə
 99-1. Xüsusi müsadirə 
99-1.1.  Xüsusi  müsadirə  cinayət-hüquqi  tədbiri  aşağıda  göstərilən  əmlakın 
məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 
99-1.1.1.  məhkumun  cinayət  törədilərkən  istifadə  etdiyi  alət  və  vasitələr 
(qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 
99-1.1.2.  məhkumun  cinayət  yolu  ilə  əldə  etdiyi  pul  vəsaitləri  və  ya  digər 
əmlak,  habelə  həmin  pul  vəsaitləri  və  ya  digər  əmlak  hesabına  əldə  edilmiş 
gəlirlər  (qanuni  sahibinə  qaytarılmalı  olan  pul  vəsaitləri  və  ya  digər  əmlak  və 
ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 
99-1.1.3.  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitləri  və  ya  digər  əmlakın 
mülki-hüquqi  əqdlərin  bağlanması  və  ya  digər  üsullarla  tam  və  ya  qismən 
çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi
99-1.1.4.  terrorçuluğun,  qanunvericiliklə  nəzərdə  tutulmayan  silahlı 
birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin 
(cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə 
olunan əmlak. 
99-1.2.  Məhkəmə  hər  bir  cinayət  işi  üzrə  bu  Məcəllənin  99-1.1-ci 
maddələrində  nəzərdə  tutulmuş  müsadirə  edilməli  əmlakın  olub-olmaması 
məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq 
oluna bilər. 
99-1.3.  Məhkum  tərəfindən  özgəninkiləşdirilmiş  və  ya  hər  hansı  şəkildə 
digər  şəxslərə  verilmiş,  bu  Məcəllənin  99-1.1-ci  maddəsində  nəzərdə  tutulan 
əmlak  o  halda  müsadirə  edilir  ki,  həmin  əmlakı  alan  şəxs  əmlakın  cinayət  yolu 
ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. 
  
M a d d ə
 99-2. Əmlakın dəyərinə görə müsadirə 
Bu  Məcəllənin  99-1.1.2—99-1.1.4-cü  maddələrində  nəzərdə  tutulmuş 
müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa 
səbəblərdən  dövlət  nəfinə  alına  bilinmədiyi  halda  həmin  əmlakın  dəyəri 
məbləğində məhkuma məxsus olan digər əmlak müsadirə edilir. 
  


M a d d ə
 99-3. Cinayət  nəticəsində  vurulmuş  ziyanın  müsadirə  edilmiş 
əmlak vasitəsilə ödənilməsi 
99-3.1.  Müsadirə  məsələsi  həll  olunarkən  ilk  növbədə  cinayət  nəticəsində 
əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. 
99-3.2.  Cinayət  törətmiş  şəxsin  müsadirə  edilmiş  əmlakdan  başqa  ziyanın 
ödənilməsini  təmin  edəcək  əmlakı  olmadıqda,  cinayət  nəticəsində  əmlakın 
qanuni  sahibinə  vurulmuş  ziyan  müsadirə  edilmiş  əmlak  hesabına  ödənilməli, 
bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. 
  
Fəsil 15-2 
Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər 
  
M a d d ə  
99-4. Hüquqi  şəxslərə  cinayət-hüquqi  tədbirlərin  tətbiq 
olunmasının əsasları və şərtləri 
99-4.1. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə 
və  ya  onun  maraqlarının  qorunması  üçün  aşağıdakı  fiziki  şəxslər  tərəfindən 
törədilən cinayətlərə görə tətbiq edilir: 
99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs
99-4.1.2.  hüquqi  şəxsin  adından  qərarlar  qəbul  etmək  səlahiyyətinə  malik 
olan vəzifəli şəxs; 
99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan 
vəzifəli şəxs; 
99-4.1.4.  bu  Məcəllənin  99-4.1.1—99-4.1.3-cü  maddələrində  nəzərdə 
tutulmuş  vəzifəli  şəxslər  tərəfindən  nəzarətin  həyata  keçirilməməsi  nəticəsində 
hüquqi şəxsin işçisi. 
99-4.2.  Hüquqi  şəxsə  cinayət-hüquqi  tədbirlərin  tətbiqi  həmin  əməli 
törətmiş  və  ya  onun  törədilməsində  hər  hansı  şəkildə  iştirak  etmiş  fiziki  şəxsin 
cinayət məsuliyyətini istisna etmir. 
99-4.4.  Bu  Məcəllənin  99-4.1-ci  maddəsində  nəzərdə  tutulmuş  fiziki  şəxs 
barəsində  qanunla  müəyyən  edilmiş  hallarda  cinayət  təqibinə  xitam  verilməsi 
hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqinə mane olmur. 
99-4.5.  Dövlət,  bələdiyyələr,  həmçinin  beynəlxalq  təşkilatlar  barəsində 
cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz. 
99-4.6.  Hüquqi  şəxslərə  cinayət-hüquqi  tədbirlər  bu  Məcəllənin  144,  144-1, 
144-2, 144-3, 167–169, 169-1, 170–171-1, 193-1, 194, 214–220, 233, 242–244-1, 271–
284,  308,  311,  312,  312-1,  313,  315,  316-1,  316-2,  320  və  323–326-cı  maddələri  ilə 
nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir.
[75]
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə