Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə18/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   14   15   16   17   18   19   20   21   ...   105

99-4.7. Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı 
qərar  qəbul  olunanadək  hüquqi  şəxs  yenidən  təşkil  olunduqda  cinayət-hüquqi 
tədbirlər  hüquqi  şəxsin  hüquqi  varisinə  təyin  olunur.  Məhkəmə  tərəfindən 
cinayət-hüquqi  tədbirin  təyin  edilməsi  ilə  bağlı  qərar  qəbul  olunduğu  vaxtdan 
tam icra olunana və ya ləğv olunanadək hüquqi şəxsin yenidən təşkil olunması, 
yaxud  təsisçilərinin  (iştirakçılarının)  və  ya  hüquqi  şəxsin  nizamnamə  ilə  vəkil 
edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağandır. 
  
M a d d ə
 99-5. Hüquqi  şəxslərə  tətbiq  edilən  cinayət-hüquqi  tədbirlərin 
növləri 
99-5.1. 
Hüquqi 
şəxslərə 
tətbiq 
edilən 
cinayət-hüquqi 
tədbirlər 
aşağıdakılardır: 
99-5.1.1. cərimə; 
99-5.1.2. xüsusi müsadirə
99-5.1.3.  hüquqi  şəxsi  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 
məhrum etmə; 
99-5.1.4. hüquqi şəxsi ləğv etmə. 
99-5.2.  Xüsusi  müsadirə  bu  Məcəllənin  15-2-ci  fəsli  ilə  müəyyən  edilmiş 
qaydada tətbiq edilir. 
99-5.3.  Hüquqi  şəxsi  ləğv  etmə  cinayət-hüquqi  tədbiri  yalnız  əsas,  cərimə 
həm  əsas,  həm  də  əlavə,  hüquqi  şəxsi  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  etmə  və  xüsusi  müsadirə  yalnız  əlavə  cinayət-hüquqi 
tədbir növü kimi tətbiq olunur. 
99-5.3. Hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi 
müəyyən olunarkən aşağıdakı hallar nəzərə alınır: 
99-5.3.1. cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi
99-5.3.2.  cinayət  nəticəsində  hüquqi  şəxsin  əldə  etdiyi  xeyrin  həcmi  və  ya 
onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi; 
99-5.3.3. cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı; 
99-5.3.4.  cinayətin  açılması,  onun  iştirakçılarının  ifşa  edilməsi,  cinayət 
nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə; 
99-5.3.5.  cinayət  nəticəsində  dəymiş  maddi  və  mənəvi  zərərin  könüllü 
olaraq  ödənilməsi  və  ya  aradan  qaldırılması,  zərərçəkmiş  şəxsə  dəymiş  zərərin 
azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər. 
99-5.3.6.  hüquqi  şəxsi  xarakterizə  edən  hallar,  o  cümlədən  əvvəllər  onun 
barəsində  cinayət-hüquqi  tədbirlərin  tətbiq  edilməsi,  yaxud  xeyriyyəçilik  və  ya 
digər ictimai faydalı fəaliyyətlə məşğul olması. 


  
M a d d ə
 99-6. Cərimə 
99-6.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbir qismində cərimə 
bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin 
edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir. 
99-6.2.  Cərimə  bu  Məcəllənin  99-6.3,  99-6.4  və  99-8.3-cü  maddələrində 
göstərilən  hallar  və  hüquqi  şəxsin  maliyyə-iqtisadi  vəziyyəti  nəzərə  alınmaqla 
əlli  min  manatdan  iki  yüz  min  manatadək  miqdarda  və  ya  cinayət  nəticəsində 
vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  bir  mislindən  beş  mislinədək  miqdarda 
müəyyən olunur. 
99-6.3.  Hüquqi  şəxslərə  cərimə  növündə  cinayət-hüquqi  tədbir  aşağıdakı 
hədlərdə təyin edilir: 
99-6.3.1.  böyük  ictimai  təhlükə  törətməyən  cinayətlərə  görə  -  əlli  min 
manatdan  yetmiş  beş  min  manatadək,  yaxud  cinayət  nəticəsində  vurulmuş 
ziyanın (əldə edilmiş gəlirin) bir mislindən iki mislinədək miqdarda; 
99-6.3.2.  az  ağır  cinayətlərə  görə  -  yetmiş  beş  min  manatdan  yüz  min 
manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki 
mislindən üç mislinədək miqdarda; 
99-6.3.3.  ağır  cinayətlərə  görə  -  yüz  min  manatdan  yüz  iyirmi  beş  min 
manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç 
mislindən dörd mislinədək miqdarda
99-6.3.4. xüsusilə ağır  cinayətlərə görə  - yüz  iyirmi beş min manatdan yüz 
əlli min manatadək miqdarda, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə 
edilmiş gəlirin) dörd mislindən beş mislinədək miqdarda. 
99-6.4. Hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan 
çox hissəsini təşkil edə bilməz. 
  
M a d d ə
 99-7. Hüquqi 
şəxsi 
müəyyən 
fəaliyyətlə 
məşğul 
olma 
hüququndan məhrum etmə 
99-7.1.  Hüquqi  şəxsi  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 
məhrum etmə sahibkarlıq fəaliyyətinin müəyyən növünü həyata keçirməyə icazə 
verən  xüsusi  razılığın  (lisenziyanın)  və  ya  xüsusi  icazənin  ləğv  edilməsindən, 
müəyyən  əqdlərin  bağlanılmasının,  səhm  və  ya  digər  qiymətli  kağızların 
buraxılmasının,  dövlətdən  subsidiyaların  və  ya  başqa  güzəştlərin  əldə 
edilməsinin  və  ya  digər  fəaliyyətlə  məşğul  olmanın  qadağan  edilməsindən 
ibarətdir. 


99-7.2.  Hüquqi  şəxsi  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 
məhrum  etmə  bu  Məcəllənin  99-5.3-cü  maddəsində  göstərilən  hallar  nəzərə 
alınmaqla  hüquqi  şəxsin  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququnun 
saxlanılması qeyri-mümkün hesab edildikdə aşağıdakı müddətlərə təyin edilir: 
99-7.2.1.  böyük  ictimai  təhlükə  törətməyən  cinayətlərə  görə  -  bir  ildən  iki 
ilədək müddətə; 
99-7.2.2. az ağır cinayətlərə görə - iki ildən üç ilədək müddətə
99-7.2.3. ağır cinayətlərə görə - üç ildən dörd ilədək müddətə; 
99-7.2.4. xüsusilə ağır cinayətlərə görə - dörd ildən beş ilədək müddətə. 
  
M a d d ə
 99-8. Hüquqi şəxsi ləğv etmə 
99-8.1.  Hüquqi  şəxsi  ləğv  etmə  hüquqi  şəxsin  xeyrinə  və  ya  onun 
maraqlarının qorunması üçün törədilən cinayətlə əlaqədar onun mövcudluğuna 
və  fəaliyyətinə,  hüquq  və  vəzifələri  hüquq  varisliyi  qaydasında  başqa  şəxslərə 
keçmədən xitam verilməsindən ibarət müstəsna cinayət-hüquqi tədbirdir. 
99-8.2.  Hüquqi  şəxsi  ləğv  etmə  həmin  hüquqi  şəxs  mütəmadi  olaraq 
cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş 
pul vəsaitləri və ya digər əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun 
əmlakının  yarıdan  çox  hissəsi  bu  Məcəllənin  99-1.1-ci  maddəsinə  əsasən 
müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur. 
99-8.3.  Hüquqi  şəxsi  ləğv  etmə  növündə  cinayət-hüquqi  tədbir  təyin 
edildikdə əlavə cinayət-hüquqi tədbir qismində bu Məcəllənin 99-6.4-cü maddəsi 
nəzərə alınmaqla iki yüz min manat miqdarında cərimə təyin edilir. 
99-8.4.  Hüquqi  şəxsi  ləğv  etmə  siyasi  partiyalara  və  həmkarlar  ittifaqına, 
dövlət  (bələdiyyə)  müəssisələrinə  və  ya  səhmlərinin  (paylarının)  nəzarət  zərfi 
dövlətə (bələdiyyəyə) məxsus olan hüquqi şəxslərə tətbiq edilmir. 
  
M a d d ə
 99-9. Hüquqi  şəxsin  cinayət-hüquqi  tədbirlərin  tətbiqindən 
azad edilməsi 
Hüquqi  şəxsin  xeyrinə  və  ya  onun  maraqlarının  qorunması  üçün  cinayət  törətmiş 
şəxs  bu  Məcəllənin  75-ci  maddəsi  ilə nəzərdə  tutulmuş  qaydada  müddətin  keçməsi ilə 
bağlı  cinayət  məsuliyyətindən  azad  edildikdə,  hüquqi  şəxs  barəsində  cinayət-hüquqi 
tədbirlər tətbiq edilə bilməz. 
  
  
XÜSUSİ HİSSƏ 
YEDDİNCİ BÖLMƏ 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə