Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə14/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   10   11   12   13   14   15   16   17   ...   105

76.6.1.  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmə  tətbiq  olunarkən  məhkəmə 
tərəfindən  onun  üzərinə  qoyulmuş  vəzifələri  yerinə  yetirməkdən  mütəmadi,  yaxud 
qərəzli  olaraq  boyun  qaçırdıqda  və  ya  ictimai  qaydanı  pozduğuna  görə  barəsində 
inzibati tənbeh tətbiq edildikdə, bu Məcəllənin 76.5-ci maddəsində göstərilən orqanların 
təqdimatı əsasında məhkəmə şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və 
cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında qərar çıxara bilər;
[59]
 
76.6.2. ehtiyatsızlıqdan cinayət törətdikdə, cəzadan şərti olaraq vaxtından əvvəl azad 
etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir
76.6.3.  qəsdən  cinayət  törətdikdə,  məhkəmə  ona  bu  Məcəllənin  67-ci  maddəsində 
nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ehtiyatsızlıqdan cinayət törədildiyi və 
məhkəmə  tərəfindən  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmənin  ləğv  edildiyi 
halda da cəza həmin qaydalar üzrə təyin olunur. 
M a d d ə   7 7 .  Cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz 
etmə
 
77.1.  Böyük  ictimai  təhlükə  törətməyən  və  ya  az  ağır  cinayət  törətməyə  görə 
müəyyən  müddətə  azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkən  şəxsin  cəzasını 
çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha 
yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan 
da azad edilə bilər. 
77.2.  Cəzanın  çəkilməmiş  hissəsinin  daha  yüngül  cəza növü  ilə əvəz edilməsi, cəza 
müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər. 
77.3. Cəzanın çəkilməmiş hissəsinin əvəz edilməsi zamanı məhkəmə bu Məcəllənin 
42-ci maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növünü, hər cəza növü 
üçün bu Məcəllə ilə müəyyən edilmiş həddə seçə bilər. 
M a d d ə   7 8 .  Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə
 
78.1.  Cinayət  törətdikdən  sonra  psixi  xəstəliyə  tutulmuş  və  bunun  nəticəsində  öz 
əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  faktiki  xarakterini  və  ictimai  təhlükəliliyini 
dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs cəzadan və 
ya  cəzanın  qalan  hissəsini  çəkməkdən  azad  olunur.  Belə  şəxs  barəsində  məhkəmə 
tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə 
bilər. 
78.2.  Cinayət  törətdikdən  sonra  cəzanın  çəkilməsinə  mane  olan  sair  ağır  xəstəliyə 
düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər. 
78.3. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəza çəkən hərbi qulluqçular
onların hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklərə düçar olduqda, 
cəzanın  qalan  hissəsini  çəkməkdən  azad  edilirlər.  Belə  hallarda  məhkəmə  həmin 
şəxslərə (onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər istisna olmaqla) cəzanın 
çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.
[60]
 


78.4.  Bu  Məcəllənin  78.1  və  78.2-ci  maddələrində  göstərilən  şəxslər  sağaldıqları 
halda,  bu  Məcəllənin  75  və  80-ci  maddələrində  müəyyən  edilmiş  müddətlər 
keçməmişdirsə, cinayət məsuliyyətinə və cəzaya məruz qala bilərlər. 
M a d d ə  
7 9 .  Hamilə 
qadınlar 
və 
azyaşlı 
uşaqları 
olan 
şəxslər 
tərəfindən
 cəzanın çəkilməsinin təxirə salınması
[61]
 
79.1. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox 
müddətə  azadlıqdan  məhrum  etməyə  məhkum  edilmiş  şəxslər  istisna  olmaqla, 
məhkəmə  məhkum  edilmiş  hamilə  qadınlar  və  ya  səkkiz  yaşına  qədər  uşağı  olan 
qadınlar,  habelə  səkkiz  yaşına  çatmamış  uşağını  təkbaşına  böyüdən  kişilər  tərəfindən 
uşaq səkkiz yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
[62]
 
79.2. Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş 
şəxslər  üzərində  nəzarəti  həyata  keçirən  müvafiq  dövlət  orqanının  xəbərdarlığından 
sonra  uşaqdan  imtina  etdiyi  və  ya  uşağı  tərbiyə  etməkdən  boyun  qaçırmaqda  davam 
etdiyi  halda,  məhkəmə  həmin  orqanın  təqdimatı  əsasında  cəzaçəkmənin  təxirə 
salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə 
göndərə bilər.
[63]
 
79.3.  Uşaq  səkkiz  yaşına  çatdıqda,  məhkəmə  məhkum  edilmiş  şəxsi  cəzanın 
çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza 
növü  ilə  əvəz  edir,  yaxud  məhkum  edilmiş  şəxsi  cəzanın  qalan hissəsini  çəkmək  üçün 
müvafiq müəssisəyə göndərir.
[64]
 
79.4.  Cəzaçəkmənin  təxirə  salındığı  müddətdə  məhkum  edilmiş  şəxs  yeni  cinayət 
törətdikdə,  məhkəmə  ona  bu  Məcəllənin  67-ci  maddəsi  ilə  nəzərdə  tutulmuş  qaydalar 
üzrə cəza təyin edir.
[65]
 
M a d d ə   8 0 .  İttiham  hökmünün  icrası  müddəti  ilə  əlaqədar  cəza  çəkməkdən 
azad etmə
 
80.1.  Məhkəmənin  ittiham  hökmü  qanuni  qüvvəyə  mindiyi  gündən  aşağıdakı 
müddətlərdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur: 
80.1.1.  böyük  ictimai  təhlükə  törətməyən  cinayətə  görə  məhkum  edilərkən  iki  il 
keçdikdə; 
80.1.2. az ağır cinayət törətməyə görə məhkum edilərkən yeddi il keçdikdə; 
[66]
 
80.1.3. ağır cinayət törətməyə görə məhkum edilərkən on iki il keçdikdə; 
[67]
 
80.1.4. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilərkən iyirmi il keçdikdə. 
80.2.  Məhkum  edilmiş  şəxs  cəzanı  çəkməkdən  boyun  qaçırdıqda,  icra  müddətinin 
axımı  dayanır.  Bu  halda  icra  müddətinin  axımı  həmin  şəxs  tutulduğu  və  ya  könüllü 
gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. 
80.3.  Ömürlük  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  edilmiş  şəxs  barəsində 
icra  müddətinin  tətbiq  olunması  məsələsini  məhkəmə  həll  edir.  Məhkəmə  icra 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə