Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə22/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   18   19   20   21   22   23   24   25   ...   105

124.2. Ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə— 
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 2 5 .  Özünü öldürmə həddinə çatdırma
 
Təqsirkardan  maddi,  xidməti  və  ya  sair  cəhətdən  asılı  olmuş  zərərçəkmiş  şəxsi 
onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu 
gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma— 
üç  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya üç  ildən  yeddi  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[103]
 
M a d d ə   1 2 6 .  Qəsdən sağlamlığa ağır zərər vurma
 
126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və 
ya  görmə,  eşitmə,  nitq  qabiliyyətinin  və  ya  hər  hansı  bir  orqanın,  yaxud  bu  orqanın 
funksiyasının  itirilməsinə,  psixi  pozuntuya  və  ya  sağlamlığın  başqa  cür  pozulmasına, 
əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və 
ya  təqsirkar  üçün  aşkar  surətdə  zərərçəkmiş  şəxsin  peşəkar  əmək  qabiliyyətinin  tam 
itirilməsi  ilə  əlaqədar  olan  və  ya  hamiləliyin  pozulmasına,  şəxsin  narkomanlıqla  və  ya 
toksikomanlıqla  xəstələnməsinə  səbəb  olan,  yaxud  sifətin  silinməz  dərəcədə 
eybəcərləşdirilməsində ifadə olunan zərər vurma— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
126.2. Eyni əməllər: 
126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan 
əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik  (təşkilat)  tərəfindən 
törədildikdə; 
126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi 
ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 
126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar  verməklə 
və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı 
törədildikdə; 
126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə; 
126.2.5.  zərərçəkmiş  şəxsin  orqanlarından  və  ya  toxumalarından  istifadə  etmək 
məqsədilə törədildikdə— 
altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
126.3.  Bu  Məcəllənin  126.1  və  126.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [104]
 
M a d d ə   1 2 7 . Qəsdən sağlamlığa az ağır zərər vurma
 


127.1.  Zərərçəkmiş  şəxsin  həyatı  üçün  təhlükəli  olmayan  və  bu  Məcəllənin  126-cı 
maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət 
pozulmasına  səbəb  olmuş və  ya  ümumi əmək  qabiliyyətinin  üçdə  bir  hissəsindən  az 
olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər 
vurma—
[105]
 
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və 
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[106]
 
127.2. Eyni əməllər: 
127.2.1. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi 
ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 
127.2.2. xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya 
sifarişlə, habelə  təqsirkar  üçün  aşkar surətdə  köməksiz  vəziyyətdə  olan şəxs  barəsində 
törədildikdə;
[107]
 
127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə;
[108]
 
127.2.4.  zərərçəkmiş  şəxsin  orqanlarından  və  ya  toxumalarından  istifadə  etmək 
məqsədi ilə törədildikdə; 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 2 8 .  Qəsdən sağlamlığa yüngül zərər vurma
 
Sağlamlığın  qısa  müddətə  pozulmasına  və  ya  ümumi  əmək  qabiliyyətinin  cüzi 
itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—
[109]
 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir 
ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[110]
 
M a d d ə   1 2 9 .  Qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  vəziyyətində  qəsdən 
sağlamlığa ağır və ya az ağır zərər vurma
 
129.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz 
və  ya  əxlaqsız  hərəkətlər  (hərəkətsizlik)  nəticəsində,  habelə  zərərçəkmiş  şəxsin 
mütəmadi  qanunsuz  və  ya  əxlaqsız  davranışı  ilə  əlaqədar  yaranmış  uzunsürən 
dözülməz  psixi  şərait  nəticəsində  qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  (affekt) 
vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[111]
 
129.2. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz 
və  ya  əxlaqsız  hərəkətlər  (hərəkətsizlik)  nəticəsində,  habelə  zərərçəkmiş  şəxsin 
mütəmadi  qanunsuz  və  ya  əxlaqsız  davranışı  ilə  əlaqədar  yaranmış  uzunsürən 
dözülməz  psixi  şərait  nəticəsində  qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  (affekt) 
vəziyyətində qəsdən sağlamlığa az ağır zərər vurma— 
iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 


M a d d ə   1 3 0 .  Zəruri  müdafiə  həddini  aşmaqla  sağlamlığa  ağır  və  ya  cinayət 
törətmiş  şəxsin  tutulması  üçün  zəruri  həddi  aşmaqla  sağlamlığa  ağır  və  ya  az  ağır 
zərər vurma
 
130.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma— 
bir  ilədək  müddətə  islah  işləri  və  ya iki  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması  və  ya bir  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
130.2.  Cinayət  törətmiş  şəxsin  tutulması  üçün  zəruri  həddi  aşmaqla  qəsdən 
sağlamlığa ağır və ya az ağır zərər vurma— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[112]
 
M a d d ə   1 3 1 .  Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma
 
131.1. Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma— 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı 
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[113]
 
131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma— 
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki 
ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya altı  ayadək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[114]
 
M a d d ə   1 3 2 .  Döymə
[ 1 1 5 ]
 
Bu  Məcəllənin  128-ci  maddəsində  göstərilən  nəticələrə  səbəb  olmayan  qəsdən 
döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə— 
iki  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  yüz  qırx  saatadək  müddətə  ictimai 
işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır.
[116]
 
M a d d ə   1 3 3 .  
Əzab vermə
[ 1 1 7 ]
 
133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan 
mütəmadi  olaraq  döyməklə  və  ya  sair  zorakı  hərəkətlərlə  güclü  fiziki  ağrı  və  ya  psixi 
iztirablar vermə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[ 1 1 8 ]
 
133.2. Eyni əməllər: 
133.2.1. iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə 
qarşı və ya sifarişlə törədildikdə; 
133.2.2. aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə; 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə