Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə30/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   26   27   28   29   30   31   32   33   ...   105

min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
22-ci fəsil 
YETKİNLİK YAŞINA ÇATMAYANLAR VƏ AİLƏ MÜNASİBƏTLƏRİ 
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   1 7 0 .  Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə
 
170.1.  On  səkkiz  yaşına çatmış şəxs  tərəfindən  yetkinlik  yaşına  çatmayanı  aldatma, 
vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
170.2. Eyni əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs 
tərəfindən törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
170.3.  Bu  Məcəllənin  170.1  və  ya  170.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına 
çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb 
etmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 7 1 .  Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə 
cəlb etmə
 
171.1.  Yetkinlik  yaşına  çatmayanı  fahişəliyə  və  ya  digər  əxlaqsız  əməllərə  cəlb 
etmə— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
171.2. Eyni əməllər: 
171.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə; 
171.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
  
M a d d ə  171-1. Uşaq pornoqrafiyasının dövriyyəsi
[209]
 
  
171-1.1.  Uşaq  pornoqrafiyasını  yayma,  reklam  etmə,  satma,  başqasına 
vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və 
ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama – 
səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya beş ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
171-1.2. Eyni əməllər: 


171-1.2.1. təkrar törədildikdə; 
171-1.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə
171-1.2.3. xeyli miqdarda gəlir əldə etməklə törədildikdə; 
171-1.2.4.  yetkinlik  yaşına  çatmayanın  valideynləri  və  ya  üzərinə  qanunla 
yetkinlik  yaşına  çatmayanı  tərbiyə  etmək  vəzifəsi  qoyulmuş  şəxslər  və  ya 
yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, 
tərbiyə,  tibbi  və  ya  digər  müəssisənin  müəllimi  və  ya  digər  işçisi  tərəfindən 
törədildikdə; 
171-1.2.5.  təqsirkar  üçün  aşkar  surətdə  on  dörd  yaşına  çatmayan  şəxs 
barəsində törədildikdə; 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  beş  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1.  Bu  Məcəllənin  171-1-ci  maddəsinin  məqsədləri  üçün  “uşaq 
pornoqrafiyası” dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına 
çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real 
və  ya  simulyasiya  edilmiş  iştirakını  əks  etdirən,  yaxud  seksual  məqsədlərlə 
yetkinlik  yaşına  çatmayanların  cinsi  orqanlarını  əks  etdirən  istənilən  əşyalar  və 
ya  materiallar,  o  cümlədən  aşkar  seksual  hərəkətlərdə  iştirak  edən  yetkinlik 
yaşına çatmayan şəxsi əks etdirən realistik təsvirlər başa düşülür. 
2.  Bu  Məcəllənin  171-1.2.3-cü  maddəsində  "xeyli  miqdar"  dedikdə,  min  manatdan 
artıq olan məbləğ başa düşülür. 
M a d d ə   1 7 2 .  Özgənin uşağını dəyişdirmə
 
Tibb  müəssisələrində  uşağın  mühafizəsi  və  ya  ona  qayğı  göstərilməsi  vəzifəsini 
daşıyan şəxs tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını 
dəyişdirmə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
M a d d ə   1 7 3 .   (Çıxarılıb) 
[210]
 
M a d d ə   1 7 4 .  Qanunsuz olaraq övladlığa götürmə
 
Uşaqların  övladlığa  götürülməsi,  qəyyumluğa  (himayəyə)  və  ya  himayədar  ailəyə 
tərbiyə  olunmaq  üçün  verilməsi  ilə  bağlı  qanunsuz  hərəkətlər  tamah  məqsədi  ilə 
törədildikdə—
[211]
 


yüz  manatdan  üç  yüz  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[212]
 
M a d d ə   1 7 5 .  Övladlığa götürmə sirrini yayma
 
Övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya 
peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya 
sair alçaq niyyətlə yayma— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  iyirmi  saatdan 
dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə müəyyən vəzifə tutma 
və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə  bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[213]
  
M a d d ə   1 7 6 .  Uşaqlara və ya valideynlərə kömək göstərməkdən qərəzli boyun 
qaçırma
[214]
 
176.1.  Əmək  qabiliyyəti  olan  və  işləyən  valideynlər  tərəfindən  yetkinlik  yaşına 
çatmayan  uşağın  (uşaqların),  habelə  yetkinlik  yaşına  çatmış,  lakin  əmək  qabiliyyəti 
olmayan  övladların  saxlanması  üçün  məhkəmə  tərəfindən  müəyyən  edilmiş  vəsaiti 
ödəməkdən qərəzli olaraq boyun qaçırma— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  yüz  doxsan  saatdan  iki 
yüz  qırx  saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[215]
 
176.2. Əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliyyəti 
olmayan  valideynlərin  saxlanması  üçün  məhkəmə  tərəfindən  müəyyən  edilmiş  vəsaiti 
ödəməkdən qərəzli olaraq boyun qaçırma— 
beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  altı  ayadək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[216]
 
Maddə 176-1. Qadını nikaha daxil olmağa məcbur etmə 
176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə - 
 iki  min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - 
 üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[217]
 
  


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə