Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə28/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   24   25   26   27   28   29   30   31   ...   105

iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd 
yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
[167]
 
159-1.2. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma 

beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya dörd  yüz  saatdan  dörd 
yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
[168]
 
159-1.3.  Seçkilərdə  (referendumda)  başqalarının  əvəzinə  səs  verilməsinə  şərait 
yaratma - 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[169]
 
M a d d ə   1 6 0 .  Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya 
təsir göstərmə 
[170]
 
160.1. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə 
və  ya  seçki  komissiyası  üzvünün  öz  vəzifələrini  yerinə  yetirməsi  ilə  bağlı  fəaliyyətinə 
müdaxilə etmə – 
[171]
 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz 
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[172]
 
160.2. Eyni hərəkətlər: 
160.2.1. ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi 
ilə; 
160.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
160.2.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri  və  ya üç  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[173]
 
M a d d ə   1 6 1 .  Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə 
səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma 
161.1.  Seçki  komissiyasının  üzvü  tərəfindən  seçki  (referendumda  iştirak) 
sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin 
düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və 
ya səsvermənin gizliliyinin pozulması - 
[174]
 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri ilə cəzalandırılır.
[175]
 


161.2. Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin 
təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna 
birdən artıq seçki bülletenlərinin qoyulması üçün zərfin açılması – 
[176]
 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri ilə cəzalandırılır.
[177]
 
M a d d ə   1 6 2 .  Əmək mühafizəsi qaydalarını pozma
 
162.1.  Texniki  təhlükəsizlik  və  ya  əmək  mühafizəsinin  başqa  qaydalarına  riayət 
edilməsi  vəzifəsi  həvalə  edilmiş  şəxs  tərəfindən  bu  qaydaların  pozulması  nəticəsində 
ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[178]
 
162.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda— 
üç  ildən  beş  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
 
M a d d ə   162-1. Əmək  müqaviləsi  (kontraktı)  hüquqi  qüvvəyə  minmədən 
işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi
[179]
 
 
 
162-1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada 
əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı 
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi —
 
yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə 
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
162-1.2. Eyni əməllər təkrar törədildikdə —
 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
Qeyd: Bu maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı 
nəzərdə tutulur. 
M a d d ə   1 6 3 .  Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma
 
163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və 
ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan 
imtinaya vadar etmə— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri ilə cəzalandırılır.
[180]
 
163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 
törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və 
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


M a d d ə   1 6 4 .  Hamilə  qadının  və  ya  himayəsində  üç  yaşınadək  uşağı  olan 
qadının
,  üç  yaşınadək  uşağını  təkbaşına  böyüdən  kişinin
 əmək  hüquqlarını 
pozma
[181]
 
Qadının  hamiləliyinə  və  ya  himayəsində  üç  yaşınadək  uşağı  olmasına  görə, 
həmçinin  kişi  üç  yaşınadək  uşağını  təkbaşına  böyütdüyünə  görə onunla  əmək 
müqaviləsini əsassız ləğv etmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə ilə cəzalandırılır.
[182]
 
M a d d ə   1 6 5 .  Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma
 
165.1. Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə
yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin 
müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və 
ya  yayma,  habelə  şərikli  müəllifliyə  məcbur  etmə,  əgər  bu  əməllər  nəticəsində  xeyli 
miqdarda ziyan vurulmuşsa— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  iyirmi  saatdan 
dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
[183]
 
165.2. Eyni əməllər: 
165.2.1. təkrar törədildikdə
165.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə— 
əmlakı müsadirə olunmaqla beş yüz manatdan min manatadək miqdarda cərimə və 
ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[184]
  
      M a d d ə   1 6 5 - 1 .  İnteqral  sxem  topologiyasından  istifadəyə  müstəsna  hüququ 
pozma
[185]
 
165-1.1.  Müəllifin  və  ya  digər  hüquq  sahibinin  icazəsi  olmadan  inteqral  sxem 
topologiyasının  orijinal  olmayan  hissəsini  cıxarma  istisna  olmaqla,  bütövlükdə,  yaxud 
onun  hər  hansı  bir  hissəsini  inteqral  sxemə  daxil  etmə  yolu  ilə  və  ya  surətini  başqa 
şəkildə cıxarma, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemi 
tətbiq  etmə,  gətirmə,  satış  üçün  təklif  etmə,  satma,  yaxud  başqa  formada  təsərrüfat 
dövriyyəsinə daxil etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa 
– 
yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan 
dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
[186]
 
165-1.2. Eyni əməllər: 
165-1.2.1. təkrar törədildikdə; 
165-1.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə - 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[187]
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə