Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə36/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   32   33   34   35   36   37   38   39   ...   105

iki  ilədək  müddətə  islah  işləri  və  ya iki  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   1 9 9 .  İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma
 
199.1.  İnhisarcasına  yüksək  və  ya  inhisarcasına  aşağı  qiymət  təyin  etməklə,  habelə 
bazarı bölüşdürməklə, bazara daxil olma imkanını məhdudlaşdırmaqla, oradan iqtisadi 
fəaliyyətin  digər  subyektlərini  kənarlaşdırmaqla,  vahid  qiymət  təyin  etməklə  və  ya 
saxlamaqla inhisarçılıq hərəkətlərini etmə— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
[272]
 
199.2.  Eyni  əməllər  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə 
tərəfindən törədildikdə— 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
199.3.  Bu  Məcəllənin  199.1  və  ya  199.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək 
hədəsi ilə, habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv 
etmə və ya zədələmə hədəsi ilə törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla üç  ildən  altı  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 0 0 .  İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə 
və satma
 
200.1.  İstehlakçıları  aldatma,  yəni  mal  satan  və  ya  əhaliyə  xidmət  göstərən 
təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış 
fiziki  şəxslər  tərəfindən  malın  (xidmətin)  ölçüsünə,  çəkisinə,  hesabına,  habelə  istehlak 
xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma — 
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan 
dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
[273]
 
200.2. Eyni əməllər: 
200.2.1. təkrar törədildikdə
200.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
200.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə— 
beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[274]
 
200.3.  Bilə-bilə  pis  keyfiyyətli  məhsulların  istehsalı,  satışa  buraxılması  və  ya  belə 
məhsulların  satışı,  onların  keyfiyyətsiz  olmasının  gizlədilməsi  zərərçəkmiş  şəxsin 
sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda — 
yeddi  min  manatdan  doqquz  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[275]
 


200.4.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər  ağır 
nəticələrə səbəb olduqda — 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu  maddədə  «xeyli  miqdar»  dedikdə,  qırx  manatdan  beş  yüz  manatadək,  «külli  miqdar» 
dedikdə beş yüz manatdan yuxarı olan məbləğ başa düşülür.
[276]
 
 
 
 
 
Maddə 200-1. Dərman vasitələrinin qanunsuz dövriyyəsi 
[277]
 
  
200-1.1.  Bilə-bilə  keyfiyyətsiz,  normativ-texniki  sənədlərin  tələblərinə  cavab 
verməyən,  mənşəyi  məlum  olmayan,  yararlılıq  müddəti  bitmiş,  qanunla  dövlət 
qeydiyyatı  tələb  olunan,  lakin  dövlət  qeydiyyatından  keçməyən  dərman 
vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman 
vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər 
xeyli miqdarda törədildikdə - 
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə 
üç  min  manatdan  beş 
min  manatadək
   miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan 
məhrumetmə ilə cəzalandırılır.
[278]
 
200-1.2. Eyni əməllər: 
200-1.2.1. təkrar törədildikdə; 
200-1.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə 
tərəfindən törədildikdə; 
200-1.2.3. külli miqdarda törədildikdə - 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma  hüququndan  məhrum  edilməklə  iki  ildən  üç  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
200-1.3.  Bilə-bilə  keyfiyyətsiz,  normativ-texniki  sənədlərin  tələblərinə  cavab 
verməyən,  mənşəyi  məlum  olmayan,  yararlılıq  müddəti  bitmiş,  qanunla  dövlət 
qeydiyyatı  tələb  olunan,  lakin  dövlət  qeydiyyatından  keçməyən  dərman 
vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman 
vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı zərərçəkmiş 
şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda – 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək  müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
200-1.4.  Bu  Məcəllənin  200-1.3-cü  maddəsində  göstərilən  əməllər 
ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər  ağır  nəticələrə  səbəb 
olduqda – 


üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma  hüququndan  məhrum  edilməklə  beş  ildən  on  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu  Məcəllənin  200-1.1-ci  maddəsində  “xeyli  miqdar”  dedikdə 
min  manatdan  iki  min 
manatadək olan məbləğ, 200-1.2.3-cü maddəsində isə “külli miqdar” dedikdə iki min manatdan artıq olan 
məbləğ başa düşülür
[279]
 
M a d d ə   2 0 1 .  Əqdin  bağlanmasına  və  ya  onun  bağlanılmasından  imtinaya 
məcbur etmə
 
201.1. Hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını 
məhv etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının 
mənafeyinə  əhəmiyyətli  ziyan  vura  biləcək  məlumatları  yaymaq  hədəsi  ilə  əqdin 
bağlanmasına və ya onun bağlanmasından imtinaya məcbur etmə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya üç  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması  və  ya iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
201.2. Eyni əməllər: 
201.2.1. təkrar törədildikdə; 
201.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 0 2 .  Kommersiya  və  ya  bank sirri  olan məlumatları  qanunsuz  yolla 
əldə etmə və ya yayma
 
202.1. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin 
məlumatları  yaymaq  və  ya  onlardan  qanunsuz  istifadə  etmək  məqsədi  ilə  sənədləri 
oğurlamaqla,  satın  almaqla  və  ya  hədələməklə,  habelə  digər  qanunsuz  üsulla 
törədildikdə— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[280]
 
202.2.  Sahibkarın  razılığı  olmadan  kommersiya  və  ya  bank  sirri  olan  məlumatların 
tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli 
miqdarda ziyan vurmaqla törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[281]
 
Maddə 202-1. İxrac nəzarətinə aid sənəd və məlumatları yayma 
[282]
 
202-1.1.  Hüquqi  və  fiziki şəxslərdən  alınmış ixrac  nəzarəti-nə  aid  sənəd  və 
məlumatların  və  ya  onların  məzmununun  açıqlanması və  ya üçüncü şəxslərə 
verilməsi —
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə