Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə35/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   31   32   33   34   35   36   37   38   ...   105

min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya üç  ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya əmlakı  müsadirə  edilməklə dörd  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[260]
 
194.2. Bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 
194.2.1.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
194.2.2.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə; 
194.2.3. əvvəllər bu cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə
194.2.4. külli miqdarda törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla üç  ildən  yeddi  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 9 5 .  Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə 
etməmə
 
195.1.  Təşkilatın  rəhbəri  və  ya  fərdi  sahibkar  tərəfindən  təşkilatın,  yaxud  fərdi 
sahibkarın  təsərüffat  və  ya  maliyyə  vəziyyəti  barədə  bilə-bilə  yalan  məlumatlar 
verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, 
habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda— 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  iki  misli  miqdarında  cərimə  və  ya  iki  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[261]
 
195.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda— 
cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən beş 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[262]
 
 
 
Maddə 195-1. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə
 
      qaydalarını pozma 
[263]
 
 
 
195-1.1.  Əsas  və  təkrar  borcalan  tərəfindən  dövlət  borcalmaları  və  ya  dövlət 
zəmanəti  yolu  ilə  cəlb  olunan  vəsaitin  istifadəsi  və  qaytarılması  (istifadəçiyə  şamil 
olunmur)  haqqında  məlumatların,  öz  bank  hesablarının  vəziyyəti  haqqında 
məlumatların  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  vaxtında  verilməməsi  və  ya 
təhrif olunmuş məlumatların verilməsi dövlətə xeyli miqdarda ziyan vurduqda -
 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  iki  misli  miqdarında  cərimə
 və  ya  altı 
ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[264]
 
195-1.2.  Dövlət  borcalmaları  və  ya  dövlət  zəmanəti  verilmiş  öhdəlik  üzrə  cəlb 
olunmuş  vəsaitdən  təyinatı  üzrə  istifadə  edilməməsi  dövlətə  xeyli  miqdarda  ziyan 
vurduqda -
 
üç  il  müddətinə  müəyyən  vəzifə  tutma  və  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə
 cinayət  nəticəsində  vurulmuş  ziyanın  üç  misli 


miqdarında  cərimə
 və  ya  bir  ildən  iki  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır.
[265]
 
195-1.3.  Bu  Məcəllənin  195-1.1-ci  və  195-1.2-ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllər dövlətə külli miqdarda ziyan vurduqda -
 
üç  il  müddətinə  müəyyən  vəzifə  tutma  və  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  cinayət  nəticəsində  vurulmuş  ziyanın  dörd  misli 
miqdarında  cərimə  və  ya  iki  ildən  üç  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır.
[266]
 
M a d d ə   1 9 6 .  Kreditor borclarını ödəməkdən qəsdən yayınma
 
196.1.  Məhkəmənin  qanuni  qüvvəyə  minmiş  müvafiq  qərarına  əsasən  təşkilat 
rəhbərinin  və  ya  vətəndaşın  kreditor  borclarını,  yaxud  qiymətli  kağızları  ödəməkdən 
qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə cinayət  nəticəsində  vurulmuş 
ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[267]
 
196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə cinayət  nəticəsində  vurulmuş 
ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[268]
 
M a d d ə   1 9 7 .  Əmtəə nişanlarından qanunsuz istifadə etmə
 
197.1.  Özgənin  əmtəə  və  ya  xidmət  etmə  nişanından,  əmtəənin  mənşə  yerinin 
adından  və  ya  eynicinsli  əmtəələrin  adına  oxşar  adlardan  istifadə  olunması  təkrar 
törədildikdə və ya xeyli miqdarda ziyan vurduqda— 
min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[269]
 
197.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə azadlığın 
məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[270]
 
M a d d ə   1 9 8 .  Bilə-bilə yalan reklam etmə
 
198.1.  Əmtəələr,  qulluq  və  xidmətlər  haqqında,  habelə  onların  istehsalçıları 
(icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda 
istifadə etmə xeyli miqdarda ziyan vurduqda— 
min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri ilə cəzalandırılır.
[271]
 
198.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda— 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə