Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə32/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   28   29   30   31   32   33   34   35   ...   105

əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla üç  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
181.2. Eyni əməllər: 
181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
181.2.2. təkrar törədildikdə
181.2.3.  yaşayış  sahəsinə,  habelə  binaya,  anbara  və  ya  başqa  saxlanc  yerlərinə 
qanunsuz olaraq girməklə törədildikdə; 
181.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə
181.2.5.  silah  və  ya  silah  qismində  istifadə  edilən  əşyalar  tətbiq  edilməklə 
törədildikdə— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
181.3. Eyni əməllər: 
181.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə
181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə
181.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə; 
181.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha 
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla on  ildən  on  beş  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
M a d d ə   1 8 2 .  Hədə-qorxu ilə tələb etmə
 
182.1.  Hədə-qorxu  ilə  tələb  etmə,  yəni  zərərçəkmiş  şəxsin  və  ya  onun  yaxın 
qohumlarının  şəxsiyyəti  üzərində  zor  göstərmə,  onların  haqqında  rüsvayedici 
məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya 
əmlaka  olan  hüququnu  və  ya  əmlak  xarakteri  daşıyan  digər  hərəkətlər  etməsini  tələb 
etmə— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
182.2. Eyni əməllər: 
182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
182.2.2. təkrar törədildikdə; 
182.2.3. zor tətbiq etmə ilə törədildikdə
182.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə—
[229]
 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla beş  ildən  on  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
182.3. Eyni əməllər: 
182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 


182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 
182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə; 
182.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha 
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla on  ildən  on  beş  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
M a d d ə   1 8 3 .  Xüsusi dəyəri olan əşyaları talama
 
183.1.  Xüsusi  tarixi,  elmi,  ədəbi  və  ya  mədəni  dəyəri  olan  əşyaları  və  ya  sənədləri 
üsulundan asılı olmayaraq talama— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla beş  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
183.2. Eyni əməllər: 
183.2.1.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
183.2.2. təkrar törədildikdə; 
183.2.3.  bu  Məcəllənin  183.1-ci  maddəsində  göstərilən  əşyaların  və  ya  sənədlərin 
məhv olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
M a d d ə   1 8 4 .  Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı 
vurma
 
184.1. Aldatma  və  ya etibardan  sui-istifadə etmə  yolu  ilə  mülkiyyətçinin  və  ya sair 
sahibin əmlakına talama əlamətləri olmadan ziyan vurma— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  altmış  saatdan 
dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
[230]
 
184.2. Eyni əməllər: 
184.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
184.2.2. təkrar törədildikdə; 
184.2.3. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  bir  ildən  üç  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[231]
 
184.3. Eyni əməllər: 
184.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
184.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 


184.3.3.  əvvəllər  talama  və  ya  hədə-qorxu  ilə  tələb  etməyə,  yaxud  aldatma  və  ya 
etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmağa görə iki dəfə və ya daha çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla üç  ildən  yeddi  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.  
M a d d ə   1 8 5 .  Talama  məqsədi  olmadan  qanunsuz  olaraq  avtomobil  və  ya 
başqa nəqliyyat vasitəsi ələ keçirmə
 
185.1.  Avtomobil  və  ya  başqa  nəqliyyat  vasitəsini  talama  məqsədi  olmadan 
qanunsuz ələ keçirmə (qaçırma)— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya üç  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması  və  ya iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
185.2. Eyni əməllər: 
185.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
185.2.2. təkrar törədildikdə; 
185.2.3. həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə 
hədəsi ilə törədildikdə; 
185.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
185.3. Bu Məcəllənin 185.1 və ya 185.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
185.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
185.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə; 
185.3.3.  həyat  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə  və  ya  belə  zor  tətbiq  etmə 
hədəsi ilə törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 8 6 .  Əmlakı qəsdən məhv etmə və ya zədələmə
 
186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli 
miqdarda ziyan vurmaqla törədildikdə— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[232]
 
186.2. Eyni əməllər: 
186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; 
186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə 
və ya ağır nəticələrə səbəb olduqda— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə