Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ


Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə33/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   29   30   31   32   33   34   35   36   ...   105

M a d d ə   1 8 7 .  Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə
 
187.1.  Özgənin  əmlakını  ehtiyatsızlıqdan  məhv  etmə  və  ya  zədələmə  zərərçəkmiş 
şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  altmış  saatdan 
dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı 
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[233]
 
187.2.  Eyni  əməllər  odla  və  ya  başqa  yüksək  təhlükə  mənbəyi  ilə  ehtiyatsız 
davranma üzündən baş verdikdə və ya külli miqdarda ziyan vurmaqla törədildikdə— 
min  manatdan  iki  min  manatadək  miqdarda  cərimə  və  ya  altı  ayadək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[234]
 
187.3.  Bu  Məcəllənin  187.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməllər  ağır  nəticələrə 
səbəb olduqda— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
Qeyd. Bu  Məcəllənin  187.1—187.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməlləri  ilk  dəfə  törətmiş  şəxs 
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. 
 
 
 
M a d d ə   1 8 8 .  Torpaq üzərində mülkiyyət hüququnu pozma
 
Torpaq  üzərində  qanunla  müəyyən  edilmiş  mülkiyyət  hüququnu  pozma,  yəni 
torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə — 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd 
yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[235]
 
M a d d ə   1 8 9 .  Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma
 
189.1.  Abonentə  məxsus  telefon  nömrəsinə  aid  olan  rabitə  xəttinə  qanunsuz  daxil 
olmaqla  danışıqlar  aparma,  zərərçəkmiş  şəxsə  xeyli  miqdarda  ziyan  vurmaqla 
törədildikdə — 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya iki  yüz  qırx  saatdan  üç 
yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[236]
 
189.2. Eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri ilə cəzalandırılır.
[237]
 
  
189-1. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması
[238]
 
  
189-1.1.  Təbii  qaz,  elektrik  və  ya  istilik  şəbəkələrinə  qanunsuz  qoşulmaqla  bu 
enerji resurslarının talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə -
 


min  manatdan  üç  min  manatadək miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah  işləri  ilə və  ya  iki  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması 
ilə cəzalandırılır.
[239]
 
189-1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə -
 
 üç  min  manatdan  beş  min  manatadək miqdarda  cərimə  və  ya üç  ilədək 
müddətə  azadlığın  məhdudlaşdırılması  və ya üç  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[240]
 
189-1.3.  Təbii  qaz,  elektrik  və  ya  istilik  enerjisi  təchizatı  müəssisələrinin vəzifəli 
şəxsi  olmayan səlahiyyətli  nümayəndəsinin  işə  vicdansız  və  ya laqeyd  münasibəti 
nəticəsində  xidməti  vəzifəsini  yerinə  yetirməməsi  və  ya  lazımi  qaydada  yerinə 
yetirməməsi  səbəbindən  bu  Məcəllənin  189-1.1-189-1.2-ci  maddələrində  nəzərdə 
tutulmuş əməllərin qarşısının alınmaması –
[241]
 
 üç  min  manatdan  dörd  min  manatadək miqdarda  cərimə  və  ya üç  ilədək 
müddətə  azadlığın  məhdudlaşdırılması  və ya iki  ildən  dörd  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[242]
 
189-1.4.  Təbii  qaz,  elektrik  və  ya  istilik  enerjisi  təchizatı  müəssisələrinin vəzifəli 
şəxsi  olmayan səlahiyyətli  nümayəndəsinin  xidməti  mövqedən  sui-istifadə  etməklə 
tamah  və  ya  sair  şəxsi  marağı  üzündən  bu  Məcəllənin  189-1.1  və 189-1.2-ci 
maddələrində nəzərdə tutulmuş əməllərin qarşısını almaması -
 
dörd  min  manatdan  beş  min  manatadək miqdarda  cərimə  və  ya üç  ilədək 
müddətə  azadlığın  məhdudlaşdırılması  və ya dörd  ildən  altı  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[243]
 
Qeyd:
                              
Bu Məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs 
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
 
  
  
24-cü fəsil 
İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   1 9 0 .  Qanuni sahibkarlıq fəaliyyətinə mane olma
 
190.1.  Fərdi  sahibkarın  və  ya  kommersiya  təşkilatının  qeydiyyatından  qanunsuz 
olaraq  imtina  etmə  və  ya  onların  qeydiyyatından  boyun  qaçırma,  müəyyən  fəaliyyət 
növünü  həyata  keçirmək  üçün  xüsusi  razılığın  (lisenziyanın)  verilməsindən  qanunsuz 
olaraq  imtina  etmə  və  ya  onun  verilməsindən  boyun  qaçırma,  təşkilati-hüquqi  və  ya 
mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının 
hüquqlarını  və  ya  qanuni  maraqlarını  məhdudlaşdırma,  habelə  fərdi  sahibkarın  və  ya 
kommersiya  təşkilatının  müstəqilliyini  qanunsuz  məhdudlaşdırma  və  ya  onların 
fəaliyyətinə başqa  cür qanunsuz  müdaxilə etmə,  bu  əməllər  vəzifəli  şəxs  tərəfindən  öz 
qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə— 


beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  bir  ilədək  müddətə  islah  işləri  ilə 
cəzalandırılır.
[244]
 
190.2. Eyni əməllər qanuni qüvvəyə minmiş məhkəmə qərarını pozmaqla və ya külli 
miqdarda ziyan vurmaqla törədildikdə— 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[245]
 
Qeyd: Bu  Məcəllənin  190,  192,  192-1,  193,  194-198,  202-205,  205-2,  210-212-ci  maddələrində  «xeyli 
miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min 
manatdan artıq olan məbləğ başa düşülür.
[246]
 
M a d d ə   1 9 1 .  Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı
 
Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə 
və ya sair şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, 
Dövlət  torpaq  kadastrının  uçot  məlumatlarını  təhrif  etmə,  habelə  torpaq  haqqının 
miqdarını qəsdən azaltma— 
beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  müəyyən  vəzifə 
tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  etmə  və  ya  iki 
ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[247]
 
M a d d ə   1 9 2 .  Qanunsuz sahibkarlıq
 
192.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 
dövlət  qeydiyyatına  alınmadan  və  ya  xüsusi  razılıq  (lisenziya)  tələb  olunduğu  halda 
belə  razılıq  (lisenziya)  almadan,  həmçinin  lisenziyalaşdırılma  şərtlərinin  pozulması  ilə 
və  ya  xüsusi  icazə  olmadan  mülki  dövriyyəsi  məhdudlaşdırılmış  əşyalardan  istifadə 
etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara 
və  ya  dövlətə  xeyli  miqdarda  ziyan  vurduqda  habelə  xeyli  miqdarda  gəlir  əldə 
etməklə  törədildikdə—
[248]
 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki  misli  miqdarında 
cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[249]
 
192.2. Eyni əməllər: 
192.2.1. külli miqdarda ziyan vurduqda;
[250]
 
192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə; 
192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  üç  misli  miqdarında 
cərimə və ya bir ildən müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
  
M a d d ə  192–1. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili 
ya keçirilməsi
[251]
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə