Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə41/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   37   38   39   40   41   42   43   44   ...   105

İnsanların  həlak  olmasına,  əhəmiyyətli  əmlak  ziyanının  vurulmasına  və  ya  sair 
ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın 
və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
[328]
 
M a d d ə   2 1 7 .  Banditizm
 
217.1.  Təşkilatlara  və  ya  ayrı-ayrı  şəxslərə  basqın  etmək  məqsədilə  sabit  silahlı 
qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla on  ildən  on  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
217.2.  Sabit  silahlı  qruplarda  (bandalarda)  və  ya  onların  törətdikləri  basqınlarda 
iştirak etmə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 1 8 .  Cinayətkar birlik (təşkilat) yaratma
 
218.1.  Ağır  və  ya  xüsusilə  ağır  cinayətlər  törətmək  məqsədilə  cinayətkar  birlik 
(təşkilat)  yaratma,  habelə  belə  birliklərə  (təşkilatlara)  və  ya  onların  tərkib  hissəsi  olan 
struktur  bölmələrinə  rəhbərlik  etmə,  həmçinin  ağır  və  ya  xüsusilə  ağır  cinayətlərin 
törədilməsi üçün plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin 
təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
218.2. Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, 
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla altı  ildən  on  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
218.3.  Bu  Məcəllənin  218.1  və  ya  218.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla on  ildən  on  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 1 9 .  Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını 
qaçırma
 
219.1. Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma, habelə 
belə gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219.2. Eyni əməllər: 
219.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə


219.2.2.  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə  və  ya  belə  zor 
tətbiq etmək hədəsi ilə törədildikdə; 
219.2.3. silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə törədildikdə
219.2.4. təkrar törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219.3.  Bu  Məcəllənin  219.1  və  ya  219.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə  və  ya  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin 
ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 1 9 - 1 .   Dəniz quldurluğu 
[329]
 
219-1.1. Dəniz quldurluğu, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə zor tətbiq 
etməklə və ya zor tətbiq etmə hədəsi ilə dəniz və çay gəmisinə edilən basqın - 
beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219-1.2. Eyni əməllər: 
219-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
219-1.2.2.  silah  və  ya  silah  qismində  istifadə  edilən  əşyalar  tətbiq  edilməklə 
törədildikdə - 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla səkkiz  ildən  on  iki  ilədək 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219-1.3. Eyni əməllər: 
219-1.3.1. təkrar törədildikdə
219-1.3.2. mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 
219-1.3.3. ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 

əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla on  iki  ildən iyirmi ilədək 
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 2 0 .  Kütləvi iğtişaş
 
220.1.  Zorakılıqların,  talanların,  yanğınların  törədilməsi,  əmlakın  məhv  edilməsi, 
odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət 
nümayəndəsinə  silahlı  müqavimət  göstərilməsi  ilə  müşayiət  olunan  kütləvi  iğtişaşları 
təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə— 
dörd ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
220.2. Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və 
kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə— 
üç  ilədək  müddətə azadlığın  məhdudlaşdırılması  və  ya  eyni  müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[330]
 


M a d d ə   2 2 1 .  Xuliqanlıq
 
221.1.  Xuliqanlıq,  yəni  ictimai  qaydanı  kobud  surətdə  pozan,  cəmiyyətə  açıqca 
hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun 
tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi 
ilə müşayiət edilən qərəzli hərəkətlər— 
üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah 
işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [331]
 
221.2. Eyni əməllər: 
221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə
[332]
 
221.2.2.  ictimai  qaydanın  qorunması  üzrə  vəzifəni  yerinə  yetirən  və  ya  ictimai 
qaydanın  pozulmasının  qarşısını  alan  hakimiyyət  nümayəndəsinə  və  ya  digər  şəxsə 
müqavimət göstərməklə törədildikdə— 
iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
221.3.  Xuliqanlıq,  silahdan  və  ya  silah  qismində  istifadə  edilən  əşyaları  tətbiq 
etməklə törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
  
Maddə  222. Tikinti,  mədən  işlərinin  və  sair  işlərin  aparılmasının  təhlükəsizlik 
qaydalarını pozma
 
 
 
222.1. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin 
sökülməsi  və  ya  bu  obyektdə  yenidənqurmanın  aparılması  zamanı  işlərin,  eləcə  də 
mədən  işlərinin  və  sair  işlərin  aparılmasının  təhlükəsizliyi  qaydalarının  pozulması 
insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda -
 
bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və 
ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
222.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az 
ağır zərərin vurulmasına səbəb olduqda -
 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və 
ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
222.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır 
nəticələrə səbəb olduqda -
 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan  məhrum  edilməklə  dörd  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
 
 
 
Maddə 222-1. Özbaşına tikinti işləri aparma
 
 
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə