Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə37/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   33   34   35   36   37   38   39   40   ...   105

 yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
[283]
 
202-1.2 Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə —
 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[284]
 
 
 
"Maddə 202-2.  İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə
 
 
 
202-2.1. İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud 
işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah 
və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması 
üçün  üçüncü  şəxslərə  verilməsi,  külli  miqdarda  ziyan  vurmaqla  və  ya  külli  miqdarda 
gəlir əldə etməklə törədildikdə -
 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul 
olma  hüququndan  məhrum  edilməklə  səkkiz  min  manatdan  on  min  manatadək 
miqdarda cərimə və ya min manatdan üç min manatadək miqdarda cərimə edilməklə üç 
ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə 
tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə ,  əmlakı  müsadirə  olunmaqla altı  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
[285]
 
202-2.2. Eyni əməllər:
 
202-2.2.1. təkrar törədildikdə;
 
202-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə -
 
üç  min  manatdan  yeddi  min  manatadək  miqdarda  cərimə  edilməklə  üç  ilədək 
müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma 
və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə ,  əmlakı  müsadirə  olunmaqla dörd  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[286]
 
Qeyd: Bu  Məcəllənin  202-2.1-ci  maddəsində  "insayder"  dedikdə  Azərbaycan  Respublikası  Mülki 
Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür. 
 [287]
 
 
 
M a d d ə   2 0 3 .  Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma
 
203.1.  Qiymətli  kağızların  emissiya  prospektinə  bilə-bilə  etibarlı  olmayan 
məlumatların  daxil  edilməsi,  həmçinin  bilə-bilə  etibarlı  olmayan  məlumatları  özündə 
əks  etdirən  emissiya  prospektinin  təsdiq  edilməsi  və  ya  bilə-bilə  etibarlı  olmayan 
emissiya nəticələrinin təsdiq edilməsi xeyli miqdarda ziyan vurduqda— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  saatdan  dörd 
yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[288]
 
203.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə— 


iki  ilədək  müddətə  islah  işləri  və  ya iki  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
 
 
Maddə 203-1. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya
 
 
 
203-1.1.  Qiymətli  kağızlar  bazarının  stabilliyinin  pozulmasına  səbəb  ola  bilən, 
qiymətli  kağızlar  bazarının  iştirakçılarının  qiymətli  kağızlarla  əqdlər  üzrə  qiymətli 
kağızların  bazar  qiymətinin  hər  hansı  bir  üsulla  əvvəlcədən  razılaşdırılmış  və  qəsdən 
edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli 
miqdarda gəlir əldə etməklə törədildikdə -
 
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan  məhrum  edilməklə  beş  min  manatdan  yeddi  min  manatadək  miqdarda 
cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla iki ildən altı ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
203-1.2. Eyni əməllər:
 
203-1.2.1. təkrar törədildikdə;
 
203-1.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
 
203-1.2.3.  kütləvi  informasiya  vasitələrindən  və  ya  ümumi  istifadədə  olan 
informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə törədildikdə -
 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  yeddi  min  manatdan  on  min  manatadək  miqdarda 
cərimə  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə ,  əmlakı  müsadirə 
olunmaqla altı ildən oıi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
[289]
 
M a d d ə   2 0 4 .  Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya 
satma
[290]
 
204.1.  Satış  məqsədi  ilə  saxta  pul,  qiymətli  dövlət  kağızları  və  ya  xarici  valyuta, 
yaxud  xarici  valyutada  ifadə  olunan  qiymətli  kağızları  hazırlama,  habelə  əldə  etmə  və 
ya satma
[291]
— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla beş  ildən  yeddi  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
204.2. Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar 
hazırlama 

əldə  etmə  və  ya  satmağa  görə  məhkum  olunmuş  şəxs  tərəfindən 
törədildikdə
[292]
— 
əmlakı  müsadirə  olunmaqla yeddi  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
204.3 Bu Məcəllənin 204.1 və ya 204.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
204.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə