Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə38/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   34   35   36   37   38   39   40   41   ...   105

204.3.2. külli miqdarda törədildikdə— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
M a d d ə   2 0 5 .  Saxta  kredit  və  ya  hesab  kartlarını  və  ya  başqa  ödəniş 
sənədlərini hazırlama, əldə etmə  və ya satma
[293]
 
205.1.  Qiymətli  kağız  sayılmayan  saxta  kredit  və  ya  hesab  kartlarını  və  ya  başqa 
ödəniş sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satma
[294]
— 
beş yüz manatdan min manatadək miqdarda cərimə olunmaqla iki ildən beş ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[295]
 
205.2. Eyni əməllər: 
205.2.1. təkrar törədildikdə
205.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
205.2.3. külli miqdarda törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla dörd  ildən  yeddi  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.  
 
 
M a d d ə    205-1.  Saxta  aksiz  markalarını  hazırlama,  əldə  etmə  və  ya 
satma
[296]
 
 
 
Saxta  aksiz  markalarını  satış  məqsədilə  hazırlama,  habelə  əldə  etmə  və  ya 
satma –
 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə 
islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[297]
 
  
M a d d ə  205-2. Nəzarət 
markalarının 
qəsdən 
məhv 
edilməsi, 
saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı
[298]
 
 
 
205-2.1. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-
qanuni  yolla  hazırlanması,  istifadəsi  və  satışı,  əgər  bu  əməllər  nəticəsində  xeyli 
miqdarda ziyan vurulmuşdursa - 
üç  min  manat  miqdarında  cərimə  və  ya  üç  yüz  iyirmi  saatdan  dörd  yüz 
səksən saatadək ictimai işlərlə cəzalandırılır. 
205-2.2. Eyni əməllər: 
205-2.2.1. təkrar törədildikdə; 
205-2.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə 
tərəfindən törədildikdə; 
205-2.2.3. külli miqdarda ziyan vurduqda - 


yeddi  min  manat  miqdarında  cərimə  və  ya  iki  ildən  dörd  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
 
 
M a d d ə   2 0 6 .  Qaçaqmalçılıq 
 
 
206.1.  Qaçaqmalçılıq,  yəni  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
gömrük  nəzarətindən  kənar  və  ya  ondan  gizli,  yaxud  sənədlərdən  və  ya  gömrük 
eyniləşdirilməsi  vasitələrindən  aldatma  yolu  ilə  istifadə  etməklə,  yaxud  bəyan 
etməməklə  və  ya  düzgün  bəyan  etməməklə  bu  Məcəllənin  206.2-ci  maddəsində  qeyd 
edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
206.2.  Narkotik  vasitələrin,  psixotrop  maddələrin,  güclü  təsirli,  zəhərli,  zəhərləyici, 
radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu 
ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş 
sursatının,  nüvə,  kimyəvi,  bioloji  və  digər  kütləvi  qırğın  silahlarının,  kütləvi  qırğın 
silahlarının  hazırlanmasında  istifadə  oluna  bilən  və  Azərbaycan  Respublikası  gömrük 
sərhədindən  keçirilməsinin  xüsusi  qaydaları  müəyyən  edilmiş  materialların  və 
avadanlıqların,  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilməsi  üçün 
müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya 
arxeoloji  sərvət  olan  əşyaların  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
gömrük  nəzarətindən  kənar  və  ya  ondan  gizli,  yaxud  sənədlərdən  və  ya  gömrük 
eyniləşdirilməsi  vasitələrindən  aldatma  yolu  ilə  istifadə  etməklə,  yaxud  bəyan 
etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla üç  ildən  yeddi  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
206.3.1. təkrar törədildikdə; 
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
206.3.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  edilməklə 
törədildikdə; 
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla beş  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
206.4.  Bu  Məcəllənin  206.1  —  206.3-cü  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Qeyd:
 
1.  Bu Məcəllənin  206.1-ci  maddəsində «külli  miqdar»  dedikdə,  keçirilən  qaçaqmalçılıq  əşyalarının 
dəyərinin dörd min manatdan yuxarı olan məbləğ başa düşülür.
[299]
 


2.  Bu  Məcəllənin  206.2-ci  maddəsində  "mədəni,  tarixi  və  ya  arxeoloji  sərvət  olan  əşyalar"  dedikdə, 
Azərbaycan  Respublikasının milli  mədəniyyət  əmlakının  Dövlət  Siyahısına daxil  edilmiş  mədəni  sərvətlər 
başa düşülür.
 
M a d d ə   2 0 7 .  Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi, 
arxeoloji sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama
 
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi 
olan  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılmış  Azərbaycan 
Respublikasının  və  xarici  ölkələrin  incəsənət,  tarixi  və  arxeoloji  sərvəti  olan  əşyaların 
müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmama— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla üç  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 0 8 .  Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama
 
208.1.  Təşkilat  rəhbərləri  tərəfindən  xarici  iqtisadi  fəaliyyətin  həyata  keçirilməsi 
nəticəsində  əldə  edilmiş  və  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq 
olaraq  Azərbaycan  Respublikasının  müvəkkil  edilmiş  bankının  hesabına  məcburi 
qaydada  köçürülməli  olan  xeyli  miqdarda  xarici  valyuta  vəsaitlərini  xaricdən 
qaytarmama— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
208.2. Eyni əməllər: 
208.2.1. külli miqdarda törədildikdə
208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu  maddədə  «xeyli  miqdar»  dedikdə,  qaytarılmamış  xarici  valyuta  vəsaitlərinin  iyirmi  min 
manatdan, «külli miqdar» dedikdə, otuz min manatdan yuxarı olan məbləğ başa düşülür.
[300]
 
M a d d ə   2 0 9 .  Gömrük ödənişlərinin ödənilməsindən yayınma
 
209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri ilə cəzalandırılır.
[301]
 
209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 
209.2.1. təkrar törədildikdə; 
209.2.2. külli miqdarda törədildikdə— 
iki  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah işləri və eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[302]
 
Qeyd:
 
1. Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iki min manatdan, «külli 
miqdar» dedikdə, dörd min manatdan yuxarı olan məbləğ başa düşülür.
[303]
 
2.  Bu  Məcəllənin  209.1  və  209.2.2-ci  maddələrində  nəzərdə  tutulan  əməlləri  ilk  dəfə  törətmiş  şəxs 
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. 
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə