Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ


Müflisləşmə zamanı qanunsuz hərəkətlər



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə39/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   35   36   37   38   39   40   41   42   ...   105

M a d d ə   2 1 0 .  Müflisləşmə zamanı qanunsuz hərəkətlər
 
210.1. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən 
müflisləşmə  zamanı  və  ya  müflisləşmə  güman  edilən  zaman  əmlakın  və  ya  əmlak 
öhdəliklərinin,  əmlak  haqqında  məlumatların,  onun  miqdarının,  olduğu  yerin,  yaxud 
əmlak  haqqında  digər  məlumatların  gizlədilməsi,  əmlakın  digərinin  sahibliyinə 
verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti 
əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və 
ya saxtalaşdırılması xeyli miqdarda ziyan vurduqda— 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  iki  misli  miqdarında  cərimə  və  ya  iki  ilədək 
müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[304]
 
210.2. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən 
özünün müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-
ayrı  kreditorların  əmlak  tələblərinin  təmin  edilməsi,  habelə  müflisləşmiş  borclunun 
üstünlük verdiyi kreditor tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan 
vurduğunu bilə-bilə həmin əmlakın qəbul edilməsi külli miqdarda ziyan vurduqda— 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  üç  misli  miqdarında  cərimə  və  ya  iki  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[305]
 
 
 
M a d d ə   2 1 1 .  Qəsdən müflisləşmə
 
211.1.  Qəsdən  müflisləşmə,  yəni  kommersiya  təşkilatının  rəhbəri  və  ya 
mülkiyyətçisi,  habelə  fərdi  sahibkar  tərəfindən  özünün  və  ya  digər  şəxslərin  manefeyi 
naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda 
ziyan vurduqda— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
211.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb 
olduqda— 
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 1 2 .  Saxta müflisləşmə
 
212.1.  Saxta  müflisləşmə,  yəni  kommersiya təşkilatının  rəhbəri  və  ya  mülkiyyətçisi, 
habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və 
ya  möhlət  almaq,  habelə  borcun  azaldılmasına  nail  olmaq  və  ya  borcu  ödəməkdən 
yayınmaq  üçün  kreditorları  aldatmaq  məqsədi  ilə  özünü  bilə-bilə  yalandan  ödəmə 
qabiliyyəti olmayan elan etməsi xeyli miqdarda ziyan vurduqda— 
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə 
islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[306]
 


212.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb 
olduqda— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
Maddə   213. Vergi ödəməkdən yayınma
 
KM1
 
213.1.  Xeyli  miqdarda  vergiləri  və  ya  məcburi  dövlət  sosial  sığorta  haqlarını 
ödəməkdən  yayınma  -  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən 
fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  min 
manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[307]
 
213.2. Eyni əməllər:
 
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
 
213.2.2. külli miqdarda törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma 
və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
Qeyd:
 
1. Bu maddədə "xeyli miqdar” dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, "külli 
miqdar" dedikdə isə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
[308]
 
          2. Bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs 
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
 
[309]
 
M a d d ə   2 1 3 - 1 .  Aksiz  markası  ilə  markalanmalı  olan  məhsulları  (malları) 
belə  marka  olmadan  satma,  satış  məqsədi  ilə  saxlama,  istehsal  binasının 
hüdudlarından kənara çıxarma və ya idxal etmə 
[310]
 
213-1.1.  Aksiz  markası  ilə  markalanmalı  olan  məhsulları  (malları)  belə  marka 
olmadan  xeyli  miqdarda  satma,  satış  məqsədi  ilə  saxlama,  istehsal  binasının 
hüdudlarından kənara çıxarma və ya idxal etmə - 
əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və 
ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə 
cəzalandırılır.
[311]
 
213-1.2. Eyni əməllər: 
213-1.2.1. külli miqdarda törədildikdə; 
213-1.2.2. təkrar törədildikdə
213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - 
əmlakı  müsadirə  olunmaqla beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[312]
 
Qeyd: bu maddədə "xeyli miqdar" dedikdə, beş yüz manatdan iki min manatadək olan məbləğ, "külli 
miqdar" dedikdə isə iki min manatdan yuxan olan məbləğ başa düşülür.
[313]
 
 
 
Maddə  213-2. Qiymətli  metalları  və  qiymətli  daşları  dövlətə  satmaqdan 
yayınma
[314]
 
 
 


Qiymətli  metallar  və  qiymətli  daşlar  hasil,  istehsal  etmiş  subyektlər  tərəfindən 
yerin  təkindən  hasil  olunmuş  qiymətli  metallar  və  qiymətli  daşlar,  standarta  uyğun 
affinaj  edilmiş  qiymətli  metallar,  habelə  rekuperasiya  edilmiş  qiymətli  daşlar 
çeşidlənmiş şəkildə satılarkən, onları ilkin olaraq dövlətə satmaqdan yayınma, əgər bu 
əməl xeyli miqdarda törədilibsə-
 
min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ildən  üç  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[315]
 
Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür.
[316]
 
 
 
Maddə 213-3. Dövlət əyar damğalarını saxtalaşdırma
 
 
 
213-3.1.  Qiymətli  metallar  və  qiymətli  daşlardan  zərgərlik  və  digər  məişət 
məmulatlarının  hazırlanması  (istehsalı)  ilə  məşğul  olan  şəxslər  tərəfindən  dövlət  əyar 
damğalarını saxtalaşdırma-
 
min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[317]
 
213-3.2. Eyni əməllər bir il ərzində təkrar törədildikdə-
 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
  
ONUNCU BÖLMƏ 
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN 
CİNAYƏTLƏR 
25-ci fəsil 
İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   2 1 4 .  Terrorçuluq 
[318]
 
214.1.  Terrorçuluq,  yəni  ictimai  təhlükəsizliyi  pozmaq,  əhali  arasında  vahimə 
yaratmaq,  yaxud  dövlət  hakimiyyət  orqanları  və  ya  beynəlxalq  təşkilatlar  tərəfindən 
qərar  qəbul  edilməsinə  təsir  göstərmək  məqsədilə  insanların  həlak  olması,  onların 
sağlamlığına  zərər  vurulması,  əhəmiyyətli  əmlak  ziyanının  vurulması  və  ya  başqa 
ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər 
hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə 

əmlakı  müsadirə  olunmaqla on  ildən on  dörd ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
[319]
 
214.2. Eyni əməllər: 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə