Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə34/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   30   31   32   33   34   35   36   37   ...   105

192-1.1.  Lotereyaların  (stimullaşdırıcı  lotereyalar  istisna  olmaqla)  buna  hüququ 
olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə 
xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -
 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki  misli  miqdarında 
cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
 192-1.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc 
oyunlarının  təşkili  və  ya  keçirilməsi  vətəndaşlara,  təşkilatlara  və  ya  dövlətə  xeyli 
miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -
 
 cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki  misli  miqdarında 
cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
 192-1.3.  Bu  Məcəllənin  192-1.1  və  ya  192-1.2-ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllər:
 
 192-1.3.1. təkrar törədildikdə;
 
 192-1.3.2.  külli  miqdarda  ziyan  vurduqda  və  ya  külli  miqdarda  gəlir  əldə  etməklə 
törədildikdə;
 
 192-1.3.3.  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik  (cinayətkar  təşkilat)  tərəfindən 
törədildikdə -
 
 cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  üç  misli  miqdarında 
cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 9 3 .  Yalançı sahibkarlıq
 
193.1.  Yalançı  sahibkarlıq,  yəni  kredit  almaq, rüsumlardan  azad  olmaq və  ya  digər 
əmlak  mənfəəti  əldə  etmək,  yaxud  qadağan  edilmiş  fəaliyyəti  gizlətmək  məqsədi  ilə 
sahibkarlıq  fəaliyyətini həyata  keçirmək niyyəti  olmadan  müəssisə  və  ya  digər hüquqi 
şəxsin  yaradılması  xeyli  miqdarda  ziyan  vurduqda  habelə  xeyli  miqdarda  gəlir  əldə 
etməklə törədildikdə
 

[252]
 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki  misli  miqdarında 
cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[253]
 
193.2. Eyni əməllər: 
 193.2.1. külli miqdarda ziyan vurduqda; 
 193.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə; 
 193.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə —
[254]
 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  üç  misli  miqdarında 
cərimə və ya bir ildən müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[255]
 
  
Maddə 193-1.   Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı 
leqallaşdırma
[256]
 
           193-1.1. 
Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərini  və  ya  digər  əmlakı 
leqallaşdırma, yəni:
 


193-1.1.1. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın 
əldə  edilməsinin  həqiqi  mənbəyini  gizlətmək  və  ya  cinayət  törətmiş  şəxsin 
məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya 
digər  əmlakın  konversiyası  və  ya  köçürülməsi,  yaxud  həmin  məqsədlərlə  cinayət  yolu 
ilə  əldə  edilmiş  pul  vəsaitlərindən  və  ya  digər  əmlakdan  istifadə  etməklə  maliyyə 
əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi;
 
193-1.1.2. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın 
həqiqi  xarakterinin,  mənbəyinin,  yerinin,  onlara  sərəncam  verilməsinin,  onların 
yerdəyişməsinin,  belə  pul  vəsaitləri  və  ya  digər  əmlaka  olan  hüquqların  və  ya  onların 
kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi 
– iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[257]
 
193-1.2. Eyni əməllər: 
193-1.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
193-1.2.2. təkrar törədildikdə; 
193-1.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə ,  əmlakı  müsadirə  olunmaqla beş 
ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
       193-1.3.  Bu  məcəllənin  193-1.1  və  ya  193-1.2-ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllər: 
       193-1.3.1.  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik  (cinayətkar  təşkilat)  tərəfindən 
törədildikdə; 
      193-1.3.2. külli miqdarda törədildikdə - 
      üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla yeddi 
ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu  məcəllənin  193-1.3.2-ci  maddəsində  "külli  miqdar"  dedikdə qırx  beş  min  manatdan artıq 
olan məbləğ başa düşülür.
[258]
 
M a d d ə   1 9 4 .  Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya 
digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam 
vermə
 [259]
 
194.1

Qabaqcadan  vəd  etmədən  cinayət  yolu  ilə  əldə  edildiyini  bilə-bilə  xeyli 
miqdarda  pul  vəsaitləri  və  ya  digər  əmlakı  əldə  etmə,  onlara  sahiblik  və  ya  onlardan 
istifadə  etmə,  yaxud  onların  əldə  edilməsinin  həqiqi  mənbəyini  gizlətmədən  onlara 
sərəncam vermə -
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə