Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə45/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   41   42   43   44   45   46   47   48   ...   105

235.3.4. həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə 
zor tətbiq etmək hədəsi ilə törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla altı  ildən  on  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
235.4. Bu Məcəllənin 235.1—235.3-cü maddələrində nəzərdə tutulmuş əməllər: 
235.4.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə
235.4.2. külli miqdarda törədildikdə
235.4.3. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor 
tətbiq etmək hədəsi ilə törədildikdə; 
235.4.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha 
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
M a d d ə   2 3 6 .  Narkotik  vasitələrin  və  ya  psixotrop  maddələrin  istehlakına 
təhrik etmə
 
236.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
236.2. Eyni hərəkətlər: 
236.2.1.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə ; 
236.2.2. təkrar törədildikdə
236.2.3.  bilə-bilə  yetkinlik  yaşına  çatmayan,  iki  və  ya  daha  çox  şəxs  barəsində 
törədildikdə; 
236.2.4. zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
236.3.  Bu  Məcəllənin  236.1  və  236.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  başqa  ağır  nəticələrə  səbəb 
olduqda— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 3 7 .  Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri 
kultivasiya etmə
[356]
 
237.1.  Qanunsuz  olaraq  tərkibində  narkotik  maddələr  olan  bitkiləri  əkmə, 
yetişdirmə,  onları  (onların  hissələrini)  toplama,  habelə  çətənə,  xaşxaş  növlərini  və  ya 
tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə— 
iki  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[357]
 


237.2. Eyni hərəkətlər: 
237.2.1.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
237.2.2. təkrar törədildikdə; 
237.2.3. külli miqdarda törədildikdə — 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 3 8 .  Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün 
tiryəkxanalar təşkil etmə və ya saxlama
 
238.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar 
təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermə — 
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
238.2. Eyni hərəkətlər: 
238.2.1.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
238.2.2. təkrar törədildikdə — 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 3 9 .  Narkotik  vasitələri  və  psixotrop  maddələri  əldə  etmək  hüququ 
verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma
 
Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi 
göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 4 0 .  Güclü  təsir  edən  və  ya  zəhərli  maddələrin  satış  məqsədilə 
qanunsuz dövriyyəsi
 
240.1.  Narkotik vasitələrə  və  ya  psixotrop  maddələrə  aid  olmayan  güclü  təsir edən 
və  ya  zəhərli  maddələri  satış  məqsədi  ilə  qanunsuz  hazırlama,  emal  etmə,  əldə  etmə, 
saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud 
emal etmək üçün avadanlığı qanunsuz satma— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
240.2. Eyni hərəkətlər: 
240.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
240.2.2. təkrar törədildikdə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
240.3. Bu Məcəllənin 240.1 və 240.2-ci maddələrində göstərilən əməllər: 


240.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
240.3.2. külli miqdarda törədildikdə— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
240.4.  Güclü  təsir  edən  və  ya  zəhərli  maddələrin  istehsalı,  əldə  edilməsi,  uçotu, 
saxlanması,  buraxılması  daşınması  və  ya  göndərilməsi  qaydalarının  pozulması 
ehtiyatsızlıqdan  onların  talanmasına  və  ya  başqa  mühüm  ziyan  vurulmasına  səbəb 
olduqda— 
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
[358]
 
(Çıxarılıb)
[359]
 
27-ci fəsil 
İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR 
M a d d ə   2 4 2 .  Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma
 
Pornoqrafik  materialları  və  ya  əşyaları  yayma  və  ya  reklam  məqsədilə  qanunsuz 
hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video 
materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  min  manatdan  dörd  min 
manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[360]
  
M a d d ə   2 4 3 .  Fahişəliyə cəlb etmə
 
243.1. Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə—
[361]
 
iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz 
iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[362]
 
243.2. Eyni əməllər: 
243.2.1.  şəxsin  köməksiz  vəziyyətindən,  fiziki  və  ya  psixi  qüsurlarından  istifadə 
etməklə törədildikdə; 
243.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 4 4 .  Əxlaqsızlıq yuvaları saxlama
 
244.1. Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu 
məqsədlər üçün mənzil sahələri vermə— 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə