Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə48/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   44   45   46   47   48   49   50   51   ...   105

qaydalarını pozmaqla törədildikdə və bu əməllər balıqların və ya digər su heyvanlarının 
kütləvi məhvinə səbəb olduqda— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[382]
 
M a d d ə   2 5 8 .  Qanunsuz ov etmə
 
258.1. Lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş 
vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya iki  yüz  qırx  saatdan  üç 
yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[383]
 
258.2. Eyni əməllər: 
258.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə
258.2.2. partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb 
olan başqa üsullardan istifadə etməklə törədildikdə; 
258.2.3.  ovlanması  tamamilə  qadağan  edilmiş  quşlara  və  heyvanlara  qarşı 
törədildikdə; 
258.2.4.  qoruqların  ərazisində  və  ya  ekoloji  fəlakət  və  fövqəladə  ekoloji  vəziyyət 
zonasında törədildikdə— 
yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri 
və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[384]
 
258.3. Bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulan əməllər: 
258.3.1.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə; 
258.3.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə— 
altı  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya iki  ilədək  azadlığın 
məhdudlaşdırılması  və  ya üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən 
fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ildən 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[385]
 
Qeyd: Bu Məcəllənin 258.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək 
olan  məbləğ,  258.2.1-ci  maddəsində  «külli  miqdar»  dedikdə  isə  min  manatdan  artıq  olan  məbləğ
 
 başa 
düşülür.
[386]
 
 
 
Maddə 259. Qanunsuz ağac kəsmə
 
  
259.1.  Meşələrdə  və  ya  qoruqlarda,  milli  və  ya  təbii  parklarda  ağacların  və  ya 
kolların,  eləcə  də  meşə  fonduna  aid  olmayan  ağacların  və  ya  kolların  qanunsuz 
kəsilməsi xeyli miqdarda ziyan vurduqda -
 


iki  min beş  yüz  manatdan  üç  min beş  yüz  manatadək miqdarda  cərimə  və  ya  iki 
ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[387]
 
259.2. Eyni əməllər:
 
259.2.1. təkrar törədildikdə;
 
259.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
 
259.2.3.  şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
 
259.2.4. külli miqdarda ziyan vurmaqla törədildikdə -
 
üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya iki ildən beş 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[388]
 
 
 
Qeyd: Bu  Məcəllənin  259.1-ci  maddəsində  "xeyli  miqdar"  dedikdə, üç  yüz  manatdan  min 
manatadək olan məbləğ, 259.2.4-cü maddəsində "külli miqdar" dedikdə isə min manatdan artıq olan məbləğ 
başa düşülür.
[389]
 
M a d d ə   2 6 0 .  Meşələri məhv etmə və ya korlama
 
260.1. Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən 
meşələri  və  ya  meşə  fonduna  aid  olmayan  ağac  və  ya  kol  əkililərini  məhv  etmə  və  ya 
korlama— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[390]
 
260.2.  Yandırma  və  ya  digər  ümumi  təhlükəli  üsulla  və  ya  zərərli  maddələrlə, 
tullantılarla çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna aid olmayan ağac və 
ya kol əkililəri məhv etmə və ya korlama— 
iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə  
2 6 1 .  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  təbiət 
obyektlərinin mühafizə rejimini pozma
 
Qoruqların,  milli  parkların,  təbiət  abidələrinin  və  ya  dövlət  tərəfindən  xüsusi 
mühafizə  olunan  təbiət  ərazilərinin  mühafizə  rejiminin  pozulması  əhəmiyyətli  zərər 
vurulmasına səbəb olduqda— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[391]
 
Qeyd: Bu  Məcəllənin  261-ci  maddəsində  "əhəmiyyətli  zərər"  dedikdə  iki  yüz  manatdan  artıq  olan 
məbləğ başa düşülür. 
[392]
 
29-cu fəsil 
HƏRƏKƏT TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN 
İSTİSMARI QAYDALARI ƏLEYHİNƏ OLAN CINAYƏTLƏR 
M a d d ə   2 6 2 .  Dəmir  yolu,  su  və  ya  hava  nəqliyyatının hərəkət təhlükəsizliyi 
və istismarı qaydalarını pozma
 


262.1.  Yerinə  yetirdiyi  işlə  və  ya  tutduğu  vəzifə  ilə  əlaqədar  dəmir  yolu,  su  və  ya 
hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu 
olan  şəxs  tərəfindən  həmin  qaydaların  pozulması,  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin 
sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda— 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[393]
 
262.1-1.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  zərər 
vurulmasına səbəb olduqda –
 
 üç ilədək müddətə müəyyən vəzifə tutma və  ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan  məhrum  edilməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[394]
 
262.2. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[395]
 
262.3. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
iki və daha çox şəxsin ölümünə səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 6 3 .  Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını 
pozma
 
263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs 
tərəfindən  yol  hərəkəti  və  ya  nəqliyyat  vasitələrinin  istismarı  qaydalarının  pozulması, 
ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  az  ağır və  ya  ağır zərər  vurulmasına 
səbəb olduqda— 
iki  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə  beş  min  manatdan  yeddi  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək 
müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[396]
 
263.1-1.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  zərər 
vurulmasına səbəb olduqda –
 
 üç  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum  edilməklə  üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[397]
 
263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[398]
 
263.3. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
iki və daha çox şəxsin ölümünə səbəb olduqda— 
beş  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə