Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə50/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   46   47   48   49   50   51   52   53   ...   105

M a d d ə   2 6 8 .  Magistral  boru  kəmərlərinin  inşası,  istismarı  və  ya  təmir 
edilməsi zamanı təhlükəsizlik qaydalarını pozma
 
268.1. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmiri zamanı təhlükəsizlik 
qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya 
ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda— 
iki  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya üç  ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[406]
 
268.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
268.3. Bu Məcəllənin 268.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 6 9 .  Gəmi kapitanının fəlakətə uğrayanlara kömək göstərməməsi
 
Dəniz və ya sair su yolunda fəlakətə uğrayanlara gəmi kapitanı tərəfindən öz gəmisi
onun heyəti və sərnişinləri üçün ciddi təhlükə olmadan kömək edə bildiyi halda kömək 
göstərməməsi— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya üç  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 7 0 .  Beynəlxalq uçuş qaydalarını pozma
 
Müəyyən  edilmiş  icazədə  göstərilən  marşrutlara,  enmə  yerlərinə,  hava  qapılarına, 
uçuş yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma— 
beş  yüz  manatdan  iki  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[407]
  
  
  
  
  
[408]
Otuzuncu fəsil 
KİBERCİNAYƏTLƏR 
 
 
M a d d ə  271. Kompyuter sisteminə qanunsuz daxil olma 
  


271.1. Kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq 
hüququ  olmadan  həmin  sistemə  və  ya  onun  hər  hansı  bir  hissəsinə  mühafizə 
tədbirlərini  pozmaqla,  yaxud  burada  saxlanılan  kompyuter  məlumatlarını  ələ 
keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma - 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək 
miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
271.2. Eyni əməllər: 
271.2.1. təkrar törədildikdə
271.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə
271.2.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  iki  min  manatdan  üç  min 
manatadək  miqdarda  cərimə  və  ya  iki  ildən  dörd  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
271.3.  Bu  Məcəllənin  271.1  və  ya  271.2-ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya 
onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  dörd  ildən  altı  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1. Bu Məcəllənin 271-273-2-ci  maddələrində “kompyuter sistemi”  dedikdə, 
müvafiq  proqramlara  uyğun  olaraq  verilənlərin  avtomatlaşdırılmış  işlənməsini 
həyata keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş və ya əlaqələndirilmiş 
qurğular qrupu başa düşülür. 
2.  Bu  Məcəllənin  271-273-2-ci  maddələrində  “kompyuter  məlumatları” 
dedikdə,  kompyuter  sistemində  işlənməsi,  emal  edilməsi  üçün  yararlı  olan 
istənilən  informasiya  (faktlar,  məlumatlar,  proqramlar  və  anlayışlar)  başa 
düşülür. 
3.  Bu  Məcəllənin  271-273-cü  maddələrində  “ictimai  əhəmiyyətli 
infrastruktur  obyekti”  dedikdə,  dövlət  və  cəmiyyət  üçün  mühüm  əhəmiyyət 
kəsb edən xidmətlər göstərən dövlət idarə, müəssisə, təşkilatları, qeyri-hökumət 
təşkilatları  (ictimai  birliklər  və  fondlar),  kredit  təşkilatları,  sığorta  şirkətləri, 
investisiya fondları başa düşülür. 
  
  


M a d d ə  272. Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə 
  
272.1.  Kompyuter  sisteminə,  kompyuter  sistemindən  və  ya  bu  sistem 
daxilində  ötürülən  ümumi  istifadə  üçün  nəzərdə  tutulmayan  kompyuter 
məlumatlarının,  o  cümlədən  bu  cür  kompyuter  məlumatlarının  daşıyıcısı  olan 
kompyuter  sistemlərinin  elektromaqnit  şüalanmasının,  buna  hüququ  olmayan 
şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi – 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək 
miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
272.2. Eyni əməllər: 
272.2.1. təkrar törədildikdə; 
272.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 
272.2.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  iki  min  manatdan  üç  min 
manatadək  miqdarda  cərimə  və  ya  iki  ildən  dörd  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
272.3.  Bu  Məcəllənin  272.1  və  ya  272.2-ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya 
onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  dörd  ildən  altı  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
  
M a d d ə  273. Kompyuter  sisteminə  və  ya  kompyuter  məlumatlarına 
qanunsuz müdaxilə 
  
273.1.  Kompyuter  məlumatlarının  qəsdən  zədələnməsi,  silinməsi, 
korlanması,  dəyişdirilməsi  və  ya  bloklanması  buna  hüququ  olmayan  şəxs 
tərəfindən törədilməklə əhəmiyyətli zərər vurulmasına səbəb olduqda – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək 
miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
273.2.  Kompyuter  məlumatlarının  daxil  edilməsi,  ötürülməsi,  zədələnməsi, 
silinməsi,  korlanması,  dəyişdirilməsi  və  ya  bloklanması  yolu  ilə  kompyuter 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə