Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə58/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   54   55   56   57   58   59   60   61   ...   105

Maddə 314-3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan 
tikinti işlərinin qarşısının alınmaması
 
 
 
314-3.1.  Müvafiq  dövlət  orqanının  vəzifəli  şəxsinin  öz  vəzifələrinə  səhlənkar 
yanaşması  nəticəsində  bu  Məcəllənin  222.1-ci,  222-1.1-ci  və  222-2.1-ci  maddələrində 
nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması -
 
bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və 
ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
314-3.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  və  ya 
az ağır zərərin vurulmasına səbəb olduqda -
 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ildən  dörd  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
314-3.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır 
nəticələrə səbəb olduqda -
 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  dörd  ildən  altı  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[482]
 
34-cü fəsil 
İDARƏETMƏ QAYDASI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   3 1 5 .  Hakimiyyət  nümayəndəsinə  qarşı  müqavimət  göstərmə  və  ya 
zor tətbiq etmə
 
315.1. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə 
zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına 
qarşı  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olmayan  zor  tətbiq  etmə  və  ya  belə  zor  tətbiq 
etmə hədəsi ilə hədələmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
315.2.  Bu  Məcəllənin  315.1-ci  maddəsində  göstərilən  şəxslərə  qarşı  həyat  və 
sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
 
M a d d ə   3 1 6 .  Cinayət prosesində iştirak edən şəxslər barəsində tətbiq edilən 
təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma
 
316.1.  Cinayət  haqqında  müvafiq  orqanlara  məlumat  vermiş  və  ya  cinayətin  aşkar 
edilməsi,  qarşısının  alınması,  yaxud  açılmasında  iştirak  etmiş  şəxs,  zərərçəkmiş  şəxs, 
onun  nümayəndəsi,  şübhəli  şəxs,  təqsirləndirilən,  onların  müdafiəçiləri  və 


nümayəndələri, cinayət işi üzrə mülki iddiaçı, mülki cavabdeh, onların nümayəndələri, 
şahid,  ekspert,  mütəxəssis,  tərcüməçi,  hal  şahidi  və  ya  onların  yaxın  qohumları 
barəsində  tətbiq  edilən  təhlükəsizlik  tədbirləri  haqqında  məlumatların  yayılması,  əgər 
bu əməl qulluq mövqeyi ilə əlaqədar ona etibar edilən və ya məlum olan şəxs tərəfindən 
törədilərsə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[483]
 
316.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
Maddə  316-1. İnsan  alverindən  zərərçəkmiş  şəxs  haqqında  konfidensial 
məlumatları yayma 
[484]
 
316-1.1.  İnsan  alverindən  zərərçəkmiş  şəxs  haqqında  konfidensial  məlumatları 
qanunsuz toplama, yaxud qəsdən yayma – 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd 
yüz  səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  ilə 
cəzalandırılır.
[485]
 
316-1.2.  Eyni  əməllər  təqsirkar  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə 
etməklə törədildikdə - 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[486]
 
316-1.3. Eyni əməllər ağır nəticələrə səbəb olduqda – 
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:  Bu  maddədə  "konfidensial  məlumat"  dedikdə,  yayılması  insan  alverindən  zərər  çəkmiş  şəxsin, 
onun  yaxın  qohumlarının,  habelə  insan  alverinə  qarşı  mübarizəyə  yardım  göstərən  şəxslərin  həyat  və 
sağlamlığına təhlükə yaradan hər hansı məlumat başa düşülür.
 
 
 
Maddə 316-2. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 
leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən 
tədbirlər haqqında məlumatları yayma 
[487]
 
 
 
316-2.1.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasına  qarşı  həyata  keçirilən  tədbirlər  haqqında  şəxsə  qulluq  mövqeyi  ilə 
əlaqədar  etibar  edilmiş  və  ya  məlum  olmuş  məlumatların,  qanunla  nəzərdə  tutulmuş 
hallar istisna olmaqla yayılması -
 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə  və  ya  edilməməklə  bir  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır.
 


316-2.2.  Terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  həyata  keçirilən  tədbirlər 
haqqında  şəxsə  qulluq  mövqeyi  ilə  əlaqədar  etibar  edilmiş  və  ya  məlum  olmuş 
məlumatların, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması -
 
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə  və  ya  edilməməklə  iki  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır. 
M a d d ə   3 1 7 .  Cəzaçəkmə  müəssisələrinin  və  ya  istintaq  təcridxanalırının 
normal fəaliyyətini pozma
 
317.1.  Cəzaçəkmə  müəssisəsinin  və  ya  istintaq  təcridxanasının  əməkdaşını,  habelə 
məhkumu  onun  islah  olunmasına  mane  olmaq  və  ya  ictimai  vəzifələrini  yerinə 
yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317.2. Bu Məcəllənin 317.1-ci maddəsində göstərilən şəxslər barəsində onların həyat 
və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə— 
beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317.3.  Bu  Məcəllənin  317.1  və  ya  317.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil  dəstə  tərəfindən  və  ya  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq 
etməklə törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
 
Maddə  317-1. Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq  təcridxanalarında 
saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi 
[488]
 
317-1.1.  Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq  təcridxanalarında  saxlanılan 
şəxslərə  qadağan  olunmuş  əşyaların  yoxlamadan  gizlətməklə  və  ya  hər  hansı  digər 
üsulla verilməsi və ya ötürülməsi -
 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki  ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[489]
 
317-1.2.  Eyni  əməllər  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə -
 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  üç  min  manatdan  beş  min  manatadək  miqdarda 
cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[490]
 
 
 
Maddə  317-2. Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq  təcridxanalarında 
saxlanılan  şəxs  tərəfindən  qadağan  olunmuş  əşyaların  hazırlanması,  saxlanılması, 
gəzdirilməsi, daşınması və ya istifadəsi
 
317-2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs 
tərəfindən  qadağan  olunmuş  əşyaların  hazırlanması,  saxlanılması,  gəzdirilməsi, 
daşınması və ya istifadəsi -
 
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə