Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə61/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   57   58   59   60   61   62   63   64   ...   105

333.2.  Çağırış  və  ya  kontrakt  üzrə  hərbi  xidmətdə  olan  hərbi  qulluqçunun  hərbi 
hissədən  özbaşına  getməsi  və  ya  xidmət  yerinə  üzürlü  səbəblər  olmadan  qayıtmaması 
on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə— 
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
333.3.  Zabit  heyətindən  olan  şəxsin,  gizirin,  miçmanın,  müddətdən  artıq  hərbi 
xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya 
xidmət  yerini  özbaşına  tərk  etməsi,  habelə  üzürlü  səbəblər  olmadan  xidmət  yerinə 
vaxtında  qayıtmaması  on  gündən  artıq,  lakin  bir  aydan  çox  olmadıqda,  yaxud  bir  il 
ərzində təkrarən on gündən az, lakin üç gündən çox olduqda— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
333.4.  Bu  Məcəllənin  333.2  və  333.3-cü  maddələrində  nəzərdə  tutulmuş  əməllər  bir 
aydan artıq, lakin üç aydan çox olmayaraq törədildikdə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
333.5.  İntizam  xarakterli  hərbi  hissədə  cəza  çəkən  hərbi  qulluqçunun  özbaşına 
getməsi— 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
333.6.  Bu  Məcəllənin  333.1—333.4-cü  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Ağır şərait zəminində bu Məcəllənin 333.1 — 333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri 
ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
 
M a d d ə   3 3 4 .  Fərarilik
 
334.1.  Fərarilik,  yəni  hərbi  qulluqçunun  xidmətdən  üç  aydan  artıq  müddətə  hərbi 
hissədən  və  ya  xidmət  yerindən  özbaşına  getməsi  və  ya  xidmət  yerinə  qayıtmaması 
(gəlməməsi),  yaxud  müddətindən  asılı  olmayaraq  hərbi  xidmətdən  boyun  qaçırmaq 
məqsədi  ilə  hərbi  hissəni  və  ya  xidmət  yerini  özbaşına  buraxıb  getməsi  və  ya  xidmət 
yerinə qayıtmaması (gəlməməsi)— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
334.2.  Xidməti  istifadə  üçün  verilmiş  silahı,  döyüş  sursatını  və  ya  partlayıcı 
maddələri oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmə, habelə bir qrup şəxs 
tərəfindən fərarilik etmə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
334.3.  Bu  Məcəllənin  334.1  və  334.2-ci  maddələri  ilə  nəzərdə  tutulmuş  əməllər 
müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Ağır  şərait  zəminində  bu  Məcəllənin  334.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməlləri  ilk  dəfə 
törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
 


M a d d ə   3 3 5 .  Öz  sağlamlığına  zərər  vurmaqla  və  ya  sair  üsulla  hərbi 
xidmətdən boyun qaçırma
 
335.1.  Hərbi  qulluqçunun  öz  sağlamlığına  hər  hansı  zərər  vurma  və  ya  özünü 
xəstəliyə  vurma,  sənədləri  saxtalaşdırma  və  ya  sair  aldatma  yolu  ilə  hərbi  xidmətdən 
boyun qaçırması, habelə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etməsi— 
bir  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə 
intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
335.2. Eyni əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 3 6 .  Qarovul xidmətinin nizamnamə qaydalarını pozma
 
Qarovulun  (növbənin)  tərkibinə  daxil  olan  şəxs  tərəfindən  qarovul  (növbə) 
xidmətinin nizamnamə qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 3 7 .  Daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını 
pozma
 
Hərbi hissənin gündəlik keşik dəstəsinə (qarovul və növbədən başqa) daxil olan şəxs 
tərəfindən  daxili  xidmətin  nizamnamə  qaydalarını  pozma,  habelə  patrulun  tərkibinə 
daxil olan şəxs tərəfindən qarnizonda patrul xidmətinin nizamnamə qaydalarını pozma 
ağır nəticələrə səbəb olduqda— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə 
intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
M a d d ə   3 3 8 .  Döyüş növbəsi çəkmə qaydalarını pozma
 
338.1. Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf 
olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş 
xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə 
zərər vura bilərdisə— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam 
xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
338.2. Eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır 
nəticələrə səbəb olduqda — 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 3 9   .  Sərhəd xidməti qaydalarını pozma
 


339.1.  Sərhəd  dəstəsinin  tərkibinə  daxil  olan  şəxs  tərəfindən  və  ya  sərhəd  xidməti 
üzrə  sair  vəzifələri  yerinə  yetirən  şəxs  tərəfindən  sərhəd  xidməti  qaydalarını  pozma, 
əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə 
intizam xarakterli hərbi hissədə saxlama və ya eyni müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
339.2. Eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır 
nəticələrə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 4 0 .  İctimai  qaydanın  mühafizəsi  və  ictimai  təhlükəsizliyin  təmin 
edilməsi üzrə xidmət qaydalarını pozma
 
340.1.  İctimai  qaydanın  mühafizəsi  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsi  üzrə 
hərbi  dəstənin  tərkibinə  daxil  olan  şəxs  tərəfindən  xidmət  qaydalarını  pozma 
vətəndaşların hüquq və qanuni mənafelərinə zərər vurduqda— 
bir  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  bir  ilədək  müddətə 
intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
340.2. Eyni əməl ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş 
şəraitində törədildikdə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 4 1 .  Hakimiyyətdən  sui-istifadə  etmə,  hakimiyyət  həddini  aşma  və 
ya hakimiyyətdən istifadə etməmə
 
341.1. Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-
istifadə  etməsi,  hakimiyyət  həddini  və  ya  qulluq  səlahiyyətini  aşması,  hakimiyyətdən 
qəsdən  istifadə  etməməsi,  bu  əməllər  müntəzəm,  yaxud  tamahkarlıq  məqsədilə  və  ya 
digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
341.2. Eyni əməllər: 
341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə
341.2.2. silah tətbiq olunmaqla törədildikdə; 
341.2.3. ağır nəticələrə səbəb olduqda— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
341.3.  Bu  Məcəllənin  341.1  və  341.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 4 2 .  Qulluğa səhlənkar yanaşma
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə