Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə59/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   55   56   57   58   59   60   61   62   ...   105

317-2.2. Eyni əməllər təkrar törədildikdə -
 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 1 8 .  Azərbaycan  Respublikasının dövlət  sərhədini  qanunsuz  olaraq 
keçmə
 
318.1.  Azərbaycan  Respublikasının  mühafizə  olunan  dövlət  sərhədini  müəyyən 
edilmiş  sənədlər  olmadan  və  ya  dövlət  sərhədinin  nəzarət-buraxılış  məntəqələrindən 
kənarda keçmə— 
iki  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[491]
 
318.2.  Bu  Məcəllənin  318.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməllər  qabaqcadan 
əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və 
ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə— 
[492]
 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  təsbit  edilmiş  siyasi  sığınacaq  hüququndan 
istifadə  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının  mühafizə  olunan  dövlət  sərhədini  keçmə 
qaydalarını  pozmaqla  Azərbaycan  Respublikasına  gəlmiş  əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxsə,  onun 
hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, bu maddənin müddəaları şamil edilmir.
 
M a d d ə   3 1 8 -1. Qanunsuz miqrasiyanın təşkili
[493]
 
318-1.1.  Əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikasına 
qanunsuz  gəlməsini,  Azərbaycan  Respublikası  ərazisində  qanunsuz  qalmasını, 
Azərbaycan  Respublikası  ərazisindən  qanunsuz tranzit  keçidini  və  ya  hər  hansı  şəxsin 
Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə -
 
iki  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
318-1.2. Eyni əməllər:
 
318-1.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
 
318-1.2.2.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə;
 
318-1.2.3. təkrar törədildikdə;
 
318-1.2.4. insan həyatı üçün təhlükəli üsulla törədildikdə -
 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ildən  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
M a d d ə   3 1 9 .  Azərbaycan  Respublikasının dövlət  sərhədini  qanunsuz  olaraq 
dəyişmə
 
319.1.  Azərbaycan  Respublikasının  dövlət  sərhədini  qanunsuz  olaraq  dəyişmək 
məqsədi ilə sərhəd nişanlarını götürmə, yerini dəyişmə və ya məhv etmə— 
iki  ilədək  müddətə azadlığın  məhdudlaşdırılması  və  ya  eyni  müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[494]
 


319.2. Eyni əməllər təkrar törədildikdə və ya ağır nəticələrə səbəb olduqda— 
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 2 0 .  Rəsmi  sənədləri,  dövlət  təltiflərini,  möhürləri,  ştampları, 
blankları saxtalaşdırma, qanunsuz  hazırlama,  satma və  ya  saxta  sənədlərdən  istifadə 
etmə
[495]
 
320.1.  Hüquq  verən  və  ya  vəzifədən  azad  edən  vəsiqəni  və  ya  digər  rəsmi  sənədi 
istifadə  etmək  məqsədi  ilə  saxtalaşdırma  və  qanunsuz  hazırlama,  yaxud  ya  bu  cür 
sənədi  satma,  habelə  eyni  məqsədlə  Azərbaycan  Respublikasının  saxta  dövlət  təltifini, 
ştampı, möhürü, blankı hazırlama və ya satma— 
min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[496]
 
320.2.  Bu  Məcəllənin  320.1-ci  maddəsində  göstərilmiş  bilə-bilə  saxta  sənədlərdən 
istifadə etmə— 
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç 
yüz saatadək  müddətə  ictimai  işlərlə  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  eyni 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[497]
 
M a d d ə   3 2 1 .  Hərbi xidmət keçməkdən boyun qaçırma
 
321.1.  Qanuni  əsas  olmadan  hərbi  xidmətdən  yayınmaq  üçün  növbəti  hərbi 
çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma— 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
321.2. Eyni əməllər müharibə vaxtı törədildikdə — 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 2 2 .  Özbaşınalıq
 
322.1.  Özbaşınalıq,  yəni  qanunla  və  ya  digər  normativ  hüquqi  aktla  müəyyən 
edilmiş  davranış  qaydasına  zidd  olaraq  qanuniliyi  vətəndaş  və  ya  təşkilat  tərəfindən 
təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda— 
beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  altmış  saatdan  dörd  yüz 
səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[498]
 
322.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə— 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  bir  ildən  iki  ilədək 
müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[499]
 
M a d d ə   3 2 3 .  Azərbaycan  dövlətinin  başçısının  —  Azərbaycan  Respublikası 
Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma
 


323.1.  Azərbaycan  dövlətinin  başçısının  —  Azərbaycan  Respublikası  Prezidentinin 
şərəf  və  layaqətini  kütləvi  çıxışda,  kütləvi  nümayiş  etdirilən  əsərdə  və  ya  kütləvi 
informasiya vasitəsində ləkələmə və ya alçaltma — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[500]
 
323.2. Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə — 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Azərbaycan  dövlətinin  başçısının  —  Azərbaycan  Respublikası  Prezidentinin  fəaliyyəti,  habelə 
onun rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin 
qüvvəsi şamil edilmir. 
 
M a d d ə   3 2 4 .  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  və  ya  Azərbaycan 
Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər
 
Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  və  ya  Azərbaycan  Respublikasının 
Dövlət gerbi barədə təhqiredici hərəkətlər— 
iki  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya bir  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[501]
 
M a d d ə   3 2 5 .  Dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma
 
Hüquq  verən  və  ya  vəzifədən  azad  edən  rəsmi  sənədləri,  habelə  Azərbaycan 
Respublikasının dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma— 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı 
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[502]
  
M a d d ə   3 2 6 .  Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv 
etmə
 
326.1. Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi 
niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə— 
beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir 
ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya altı  ayadək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[503]
 
326.2. Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və 
ya digər mühüm şəxsi sənədini oğurlama— 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[504]
  
  
ON IKINCI BÖLMƏ 
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə