Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə62/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   58   59   60   61   62   63   64   65   ...   105

342.1.  Rəisin  və  ya  vəzifəli  şəxsin  öz  xidməti  borcuna  səhlənkar  yanaşması 
əhəmiyyətli zərər vurduqda— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
342.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş 
şəraitində törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 4 3 .  Müharibə aparma vasitələrini düşmən üçün qoyub getmə
 
Rəisin,  döyüş  şəraiti  tələb  etmədiyi  halda  döyüş  texnikasını  və  müharibə  aparmaq 
üçün  başqa  vasitələri  düşmənə  kömək  etmək  məqsədi  olmadan  döyüş  meydanında 
qoyub getməsi— 
üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 4 4 .  Batmaqda olan hərbi gəmini tərk etmə
 
344.1.  Batmaqda  olan  hərbi  gəmini  öz  xidməti  vəzifələrini  axıradək  yerinə 
yetirməyən  komandirin,  habelə  komandirin  müvafiq  sərəncamı  olmadan  gəminin 
komanda heyətinə daxil olan şəxsin tərk etməsi— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə 
intizam  xarakterli  hərbi  hissədə  saxlama  və  ya  üç  ildən  yeddi  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
344.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 4 5 .  Döyüş  meydanını  özbaşına  tərk  etmə  və  ya  silah  işlətməkdən 
boyun qaçırma
 
345.1.  Döyüş  zamanı  döyüş  meydanını  özbaşına  tərk  etmə  və  ya  döyüş  vaxtı  silah 
işlətməkdən boyun qaçırma— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
345.2. Eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə və ya ağır nəticələrə səbəb 
olduqda— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 4 6 .  Əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri
 
346.1. Əsirlikdə olan hərbi qulluqçunun başqa hərbi əsirlərə qarşı zorakılıq etməsi və 
ya onlarla amansızcasına rəftar etməsi— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
346.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər  ağır 
nəticələrə səbəb olduqda— 


yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 4 7 .  Hərbi əmlakı itirmə
 
Hərbi  qulluqçulara  xidməti  istifadə  üçün  verilmiş  silahın,  döyüş  sursatının, 
nəqliyyat vasitələrinin, texniki təchizat əşyalarının və ya sair hərbi əmlakın saxlanması 
qaydalarını pozma hərbi əmlakın itirilməsinə səbəb olduqda— 
iki  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə 
məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və 
ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[506]
  
M a d d ə   3 4 8 .  Hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv 
etmə
 
348.1.  Silahı,  döyüş  sursatını,  hərbi  texnikanı  və  sair  hərbi  əmlakı  ehtiyatsızlıqdan 
zədələmə və ya məhv etmə ağır nəticələrə səbəb olduqda— 
beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə 
məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və 
ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[507]
 
348.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   3 4 9 .  Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə
 
349.1.  Silahı,  döyüş  sursatını,  hərbi  texnikanı  və  ya  sair  hərbi  əmlakı  qəsdən  məhv 
etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda— 
beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə 
məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və 
ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[508]
 
349.2. Bu Məcəllənin 349.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 
349.2.1. təkrar törədildikdə
349.2.2. bir qrup şəxs tərəfindən törədildikdə; 
349.2.3. ağır nəticələrə səbəb olduqda
349.2.4. müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   3 5 0 .  Silahla  və  ətrafdakılar  üçün  yüksək  təhlükə  törədən  əşyalarla 
davranış qaydalarını pozma
 
350.1.  Silahla,  hərbi  sursatla,  radioaktiv  materiallarla,  partlayıcı  maddələrlə,  habelə 
ətrafdakılar  üçün  yüksək  təhlükə  törədən  maddə  və  əşyalarla  davranış  qaydalarını 
pozma  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  zərər  vurduqda,  hərbi 
texnikanın məhvinə və ya sair ağır nəticələrə səbəb olduqda— 


iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam 
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
350.2. Bu əməl ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
350.3.  Bu  Məcəllənin  350.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməl  ehtiyatsızlıqdan 
iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 5 1 .  Maşınları idarəetmə və istismar qaydalarını pozma
 
351.1.  Döyüş,  xüsusi  və  ya  nəqliyyat  maşınlarını  idarəetmə  və  istismar  qaydalarını 
pozma  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  az  ağır  və  ya  ağır  zərər 
vurduqda— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam 
xarakterli  hərbi  hissədə  saxlama  və  ya  üç  ilədək  müddətə  nəqliyyat  vasitələrini 
idarəetmə  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  eyni  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
351.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
351.3.  Bu  Məcəllənin  351.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməl  ehtiyatsızlıqdan 
iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda— 
beş  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarəetmə  hüququndan  məhrum 
edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 5 2 .  Uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma
 
352.1.  Hərbi  uçuş  aparatlarının  uçuş,  uçuşa  hazırlıq  və  ya  sair  istismar  qaydalarını 
pozma  ağır  nəticələrə  və  ya  ehtiyatsızlıqdan  zərər  çəkmiş  şəxsin  ölümünə  səbəb 
olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
352.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  iki  və  ya  daha  çox  şəxsin  ölümünə  səbəb 
olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 5 3 .  Hərbi gəmiləri idarəetmə qaydalarını pozma
 
353.1. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma ağır nəticələrə və 
ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
353.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  iki  və  ya  daha  çox  şəxsin  ölümünə  səbəb 
olduqda— 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə