Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ


HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə60/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   56   57   58   59   60   61   62   63   ...   105

35-ci fəsil 
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   3 2 7 .  Hərbi xidmət əleyhinə olan cinayətlər anlayışı
 
327.1.  Çağırış  və  ya  kontrakt  üzrə  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrində, 
digər  qoşun  və  hərbi  birləşmələrdə  hərbi  xidmət  keçən  hərbi  qulluqçuların,  qanunla 
müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə 
təlim  və  ya  yoxlama  toplanışlarına  cəlb  edilmiş  hərbi  vəzifəlilərin  hərbi  qulluğun 
müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri 
hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur. 
327.2. Bu maddədə göstərilməmiş şəxslərin hərbi xidmət əleyhinə olan cinayətlərdə 
iştirakı bu fəslin müvafiq maddələri üzrə məsuliyyətə səbəb olur. 
M a d d ə   3 2 8 .  Əmri icra etməmə
 
328.1. Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin 
yerinə yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə 
yetirilməməsi hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurduqda— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə 
intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
328.2. Eyni əməllər: 
328.2.1.  bir  qrup  şəxs  tərəfindən  və  ya  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya 
mütəşəkkil dəstə tərəfindən törədildikdə
328.2.2. ağır nəticələrə səbəb olduqda— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
328.3.  Hərbi  xidmətə  vicdansız  və  ya  laqeyd  münasibət  nəticəsində  əmri  icra 
etməmə, bu əməllər ağır nəticələrə səbəb olduqda— 
iki  ilədək  müddətə  intizam  xarakterli  hərbi  hissədə  saxlama  və  ya  iki  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
328.4.  Bu  Məcəllənin  328.1—328.3-cü  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:
 
1.  Bu  fəslin  müvafiq  maddələrində  «müharibə  vaxtı»  dedikdə,  Azərbaycan  Respublikasının  xarici 
dövlətlərlə müharibə vəziyyətində olması başa düşülür.
 
2.  Müharibənin  elan  olunmasının  və  ya  hərbi  əməliyyatların  faktiki  aparılmasının  ilk  günü  və  saatı 
müharibənin  başlanması,  hərbi  əməliyyatların  faktiki  dayandırıldığı  gün  və  saat  isə  müharibənin  sonu 
hesab edilir.
 
3.  «Döyüş  şəraiti»  dedikdə,  hərbi  hissənin  və  ya  bölmənin  bilavasitə  düşmənə  qarşı  durması  və  ya 
faktiki döyüş əməliyyatı aparması başa düşülür. 
[505]
 
 


M a d d ə   3 2 9 .  Rəisə müqavimət göstərmə və ya onu qulluq vəzifəsini pozmağa 
məcbur etmə
 
329.1.  Rəisə,  habelə  hərbi  qulluq  vəzifəsini  yerinə  yetirən  digər  şəxsə  müqavimət 
göstərmə, zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə onu qulluq vəzifəsini pozmağa 
məcbur etmə— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə 
intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
329.2. Eyni əməllər: 
329.2.1.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə 
tərəfindən törədildikdə; 
329.2.2. silah tətbiq etməklə törədildikdə; 
329.2.3.  sağlamlığa  ağır  və  ya  az  ağır  zərər  vurulmaqla  törədildikdə,  habelə  digər 
ağır nəticələrə səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
329.3.  Bu  Məcəllənin  329.1  və  329.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə — 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 3 0 .  Rəisə qarşı zorakı hərəkətlər etmə
 
330.1.  Rəisin  hərbi  xidmət  üzrə  öz  vəzifəsini  yerinə  yetirməsi  ilə  əlaqədar  onun 
sağlamlığına yüngül zərər vurma və ya onu döymə— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə 
intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək  müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
330.2. Eyni əməllər: 
330.2.1. bir qrup şəxs tərəfindən törədildikdə; 
330.2.2. silah tətbiq etməklə törədildikdə; 
330.2.3.  zərərçəkmiş  şəxsin  sağlamlığına  az  ağır  və  ya  ağır  zərər  vurmaqla 
törədildikdə, habelə digər ağır nəticələrə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
330.3.  Bu  Məcəllənin  330.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər  müharibə 
vaxtı və ya döyüş şəraitində törədildikdə — 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 3 1 .  Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə
 
331.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin 
yerinə yetirilməsi ilə əlaqədar bir hərbi qulluqçunun digərini təhqir etməsi— 


altı  ayadək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  eyni  müddətə 
intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
331.2. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin 
yerinə  yetirilməsi  ilə  əlaqədar  rəisin  öz  tabeliyində  olan  şəxsi,  habelə  tabelikdə  olan 
şəxsin öz rəisini təhqir etməsi— 
bir  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  bir  ilədək  müddətə 
intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
331.3. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin 
yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə 
verməsi— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 3 2 .  Tabelik  münasibətlərində  olmayan  hərbi  qulluqçular  arasında 
qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma
 
332.1.  Tabelik  münasibətlərində  olmayan  hərbi  qulluqçular  arasında  qarşılıqlı 
münasibətlərin  nizamnamə  qaydalarını  pozma,  zərərçəkmiş  şəxsin  şərəf  və  ləyaqətini 
alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda— 
iki  ilədək  müddətə  intizam  xarakterli  hərbi  hissədə  saxlama  və  ya  bir  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
332.2. Eyni əməllər: 
332.2.1. təkrar törədildikdə; 
332.2.2. iki və ya daha çox şəxs barəsində törədildikdə
332.2.3.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə 
tərəfindən törədildikdə; 
332.2.4. silah tətbiq etməklə törədildikdə; 
332.2.5. zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
332.3.  Bu  Məcəllənin  332.1  və  ya  332.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
ağır nəticələrə səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 3 3 .  Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə
 
333.1. Çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya 
xidmət  yerini  özbaşına  tərk  etməsi  və  ya  üzürlü  səbəblər  olmadan  öz  xidmət  yerinə 
vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmadıqda və ya üç gündən 
az olsa belə, eyni əməllər altı ay ərzində təkrar törədildikdə— 
bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə