Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə52/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   48   49   50   51   52   53   54   55   ...   105

yeddi ildən on iki müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [409]
 
275.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 
on  iki  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 7 6 .  Casusluq
 
Dövlət  sirri  olan  məlumatları  xarici  dövlətə,  xarici  təşkilata  və  ya  onların 
nümayəndələrinə  vermə,  yaxud  vermək  məqsədilə  oğurlama,  toplama  və  ya  saxlama, 
habelə  xarici  ölkələrin  xüsusi  xidmət  orqanlarının  tapşırığı  ilə  Azərbaycan 
Respublikasının  təhlükəsizliyi  zərərinə  olaraq  istifadə  etmək  üçün  sair  məlumatları 
vermə,  vermək  məqsədilə  oğurlama  və  ya  toplama,  əgər  casusluq  əcnəbi  və  ya 
vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla on ildən  on  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [410]
 
M a d d ə   2 7 7 .  Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə 
(terror aktı)
 
Dövlət  xadiminin  və  ya  ictimai  xadimin,  habelə  xarici  dövlət  nümayəndəsinin 
xidməti  və  ya  siyasi  fəaliyyətinə  son  qoymaq  və  ya  bu  fəaliyyətə  görə  qisas  almaq 
məqsədi ilə onun həyatına sui-qəsd etmə (terror aktı)— 
on  dörd  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 7 8 .  Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama
 
Azərbaycan  Respublikasının  Konstitusiyasına  zidd  olaraq  hakimiyyətin  zorla  ələ 
keçirilməsinə,  yaxud  hakimiyyətin  zorla  saxlanılmasına,  habelə  dövlətin  konstitusiya 
quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər— 
on  iki  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətləri törətmiş, lakin dövlət hakimiyyət orqanlarına könüllü 
surətdə  və  vaxtında  məlumat  vermiş  və  ya  Azərbaycan  Respublikasının  mənafelərinə ziyan  vurulmasının 
qarşısının  alınmasına  sair  formada  kömək  etmiş  şəxs,  əgər  törətdiyi  cinayət  ilə  əhəmiyyətli  zərər 
vurmamışsa və onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
 
M a d d ə   2 7 9 .  Qanunvericiliklə  nəzərdə  tutulmayan  silahlı  birləşmələri  və ya 
qrupları yaratma
 
279.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmayan  silahlı 
birləşmələr  və  ya  qruplar  yaratma,  eləcə  də  onların  yaradılmasında  və  fəaliyyətində 
iştirak  etmə,  onları  silahla,  döyüş  sursatı  ilə,  partlayıcı  maddələrlə,  hərbi  texnika  ilə, 
yaxud əsgəri ləvazimatla təchiz etmə— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


279.2.  Bu  Məcəllənin  279.1-ci  maddəsində  nəzərdə  tutulan  birləşmələrin  və  ya 
qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın 
etmə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
279.3. Bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulan əməllər adamların həlak 
olmasına və ya digər ağır nəticələrə səbəb olduqda— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə 
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [411]
 
M a d d ə   2 8 0 .  Silahlı qiyam
 
Azərbaycan  Respublikasının  konstitusiya  quruluşunu  zorla  dəyişdirmək  və  ya 
Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünü  parçalamaq  məqsədilə  silahlı  qiyam 
təşkil etmə və ya qiyamda fəal iştirak etmə— 
on  iki  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 8 1 .  Dövlət əleyhinə yönələn açıq çağırışlar
 
281.1. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan 
Respublikasının  konstitusiya  quruluşunun  zorla  dəyişdirilməsinə  və  ya  ərazi 
bütövlüyünün  parçalanmasına  yönələn  açıq  çağırışlar  etmə,  habelə  bu  cür  məzmunlu 
materialları yayma— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
281.2. Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
281.3. Bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici 
təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 8 2 .  Təxribat
 
282.1. Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini 
zəiflətmək  məqsədilə  müəssisələrin,  qurğuların,  yolların,  əlaqə  və  rabitə  vasitələrinin, 
əhalinin  həyat  təminatı  obyektlərinin  dağıdılmasına,  yaxud  zədələnməsinə  yönəldilən 
partlayışlar,  yanğınlar  və  sair  hərəkətlər  törətmə,  həmçinin  eyni  məqsədlə  kütləvi 
surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma— 
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
282.2. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 8 3 .  Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması 
[412]
 


283.1. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin 
alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların 
hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn 
hərəkətlər,  aşkar  surətdə,  o  cümlədən  kütləvi informasiya  vasitələrindən  istifadə 
olunmaqla törədildikdə—
[413]
 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[414]
 
283.2. Eyni əməllər: 
283.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə
283.2.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
283.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
 
Maddə  283-1. Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda 
silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma
[415]
 
283-1.1.  Azərbaycan  Respublikası  vətəndaşlarını  və  ya  Azərbaycan 
Respublikasında  daimi  yaşayan  vətəndaşlığı  olmayan  şəxsləri  dini  məzhəbləri 
yaymaq,  dini  ayinlərin  icrası  adı  altında,  yaxud  dini  düşmənçilik  zəminində 
Azərbaycan 
Respublikasının 
hüdudlarından 
kənarda 
aparılan 
silahlı 
münaqişələrə  cəlb  etmə,  yaxud  bu  məqsədlə  döyüş  təlimləri  keçirmə,  yaxud 
həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik 
etmə – 
doqquz  ildən  on  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
283-1.2.  Eyni  əməllər  yetkinlik  yaşına  çatmayan  şəxsi  cəlb  etməklə 
törədildikdə - 
on  iki  ildən  on  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
283-1.3. Bu Məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda, 
təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə – 
yeddi  ildən  on  bir  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
283-1.4.  Bu  Məcəllənin  283-1.1  –  283-1.3-cü  maddələrində  nəzərdə  tutulan 
hərəkətlərin  törədilməsinə  açıq  çağırışlar  etmə,  habelə  bu  cür  məzmunlu 
materiallar yayma - 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu  Məcəllənin  283-1.1  –  283-1.3-cü  maddələrində  nəzərdə  tutulan  əməli  törətmiş 
şəxs  hakimiyyət  orqanlarını  vaxtında  xəbərdar  etməklə  və  ya  başqa  üsulla  həmin  maddələrdə 
nəzərdə  tutulan  əməllərin  qarşısının  alınmasına  yardım  etdikdə  və  onun  əməlində  başqa 
cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə