Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə53/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   49   50   51   52   53   54   55   56   ...   105

 
 
M a d d ə   2 8 4 .  Dövlət sirrini yayma
 
284.1. Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə 
ona  məlum  olan  dövlət  sirrini  təşkil  edən  məlumatların  yayılması,  dövlətə  xəyanət 
əlamətləri olmadıqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
284.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 
beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan  məhrum  edilməklə  üç  ildən  yeddi  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
M a d d ə   2 8 5 .  Məzmununda dövlət sirri olan sənədləri itirmə
 
Məzmununda  dövlət  sirri  olan  sənədlərin,  habelə  barəsindəki  məlumatlar  dövlət 
sirri  olan  əşyaların,  etibar  olunan  şəxs  tərəfindən  göstərilən  sənədlərlə  və  ya  əşyalarla 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş davranış qaydalarının 
pozulması nəticəsində onların ehtiyatsızlıqdan itirilməsi ağır nəticələrə səbəb olduqda— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən 
vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul olma  hüququndan  məhrum  edilməklə 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
32-ci fəsil 
ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   2 8 6 .  Ədalət  mühakiməsinin,  ibtidai  istintaqın  həyata  keçirilməsinə 
mane olma
 
286.1. Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə 
fəaliyyətinə hər hansı formada müdaxilə etmə— 
iki  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[416]
 
286.2.  İşin  obyektiv,  tam  və  hərtərəfli  aparılmasına  mane  olmaq  məqsədilə 
prokurorun,  müstəntiqin  və  ya  təhqiqatçının  fəaliyyətinə  hər  hansı  formada  müdaxilə 
etmə— 
iki  yüz  manatdan beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  saatdan  dörd 
yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır.
[417]
 
286.3. Bu Məcəllənin 286.1 və 286.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs 
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 


beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[418]
 
M a d d ə   2 8 7 .  Ədalət  mühakiməsini  və  ya  ibtidai  istintaqı  həyata  keçirən 
şəxsin həyatına qəsd etmə
 
İşin  və  ya  müvafiq  materialların  məhkəmədə  baxılması  və  ya  ibtidai  istintaqın 
aparılması yaxud hökmün və ya digər məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni 
fəaliyyətlərinə mane olma və ya belə fəaliyyətdən qisas almaq məqsədilə hakimin, andlı 
iclasçıların, habelə prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, ekspertin, icra 
məmurunun, eləcə də onların yaxın qohumlarının həyatına qəsd etmə—
[419]
 
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 8 8 .  Ədalət  mühakiməsinin  və  ya  ibtidai  istintaqın  həyata 
keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə
 
288.1.  İşin  və  ya  müvafiq  materialların  məhkəmədə  baxılması  ilə  əlaqədar  hakimi, 
andlı  iclasçıları,  habelə  onların  yaxın  qohumlarını  öldürməklə,  onların  sağlamlıqlarına 
zərər vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə hədələmə— 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ildən  beş  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[420]
 
288.2.  Eyni  əməllər  işin  və  ya  müvafiq  materialların  məhkəmədə  baxılması  və  ya 
ibtidai  istintaqın  aparılması,  hökmün  yaxud  digər  məhkəmə  qərarlarının  icrası  ilə 
əlaqədar prokuror, müstəntiq və ya təhqiqatçı, müdafiəçi, ekspert, icra məmuru, habelə 
onların yaxın qohumları barəsində törədildikdə—
[421]
 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[422]
 
288.3.  Bu  Məcəllənin  288.1  və  ya  288.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
288.4.  Bu  Məcəllənin  288.1  və  ya  288.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 8 9 .  Məhkəməyə hörmətsizlik etmə
 
289.1.  Məhkəmə  baxışı  iştirakçılarını  təhqir  etməklə  məhkəməyə  hörmətsizlik 
etmə— 
üç yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək 
ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[423]
 
289.2. Eyni əməllər hakim və ya andlı iclasçılar barəsində törədildikdə— 


üç  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[424]
 
M a d d ə   2 9 0 .  Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb 
etmə
 
290.1. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
290.2.  Eyni  əməllər  şəxsin  ağır  və  ya  xüsusilə  ağır  cinayət  törətməkdə  ittiham 
olunması ilə bağlı törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 9 1 .  Qanunsuz olaraq cinayət məsuliyyətindən azad etmə
 
Prokuror,  müstəntiq  və  ya  təhqiqatçı  tərəfindən  cinayətin  törədilməsində  şübhə 
edilən  və  ya  təqsirləndirilən  şəxsi  qanunsuz  olaraq  cinayət  məsuliyyətindən  azad 
etmə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 9 2 .  Qanunsuz olaraq tutma, həbs yerində alma və ya həbsdə 
saxlama
[ 4 2 5 ]
 
292.1. Bilə-bilə qanunsuz tutma— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən 
vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul olma  hüququndan  məhrum  edilməklə 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
292.2. Bilə-bilə qanunsuz həbsə alma və ya həbsdə saxlama—
[ 4 2 6 ]
 
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
292.2-1. Bilə-bilə qanunsuz həbs yerində saxlama —
[ 4 2 7 ]
 
dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
292.3.  Bu  Məcəllənin 292.1-ci,  292.2-ci  və  ya  292.2-1-ci maddələrində  nəzərdə 
tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda—
[ 4 2 8 ]
 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 9 3 .  
İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani
yaxud ləyaqəti alçaldan rəftar və ya cəza
[ 4 2 9 ]
 
293.1.  Xidməti  vəzifələrini  yerinə  yetirməsi  ilə  əlaqədar  dövlət  orqanının 
vəzifəli  şəxsi  və  ya  bu  qisimdə  çıxış  edən  digər  şəxs  tərəfindən,  yaxud  onun 
təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən 
şəxsi  qəddar,  qeyri-insani,  yaxud  ləyaqəti  alçaldan  rəftara  və  ya  cəzaya  məruz 
qoyma,  həmin  əməldə  bu  Məcəllənin  293.2-ci  maddəsində  nəzərdə  tutulmuş 
işgəncə əməlinin əlamətləri olmadıqda – 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə