Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə49/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   45   46   47   48   49   50   51   52   ...   105

Qeyd: Bu  maddədə  «digər  mexaniki  nəqliyyat  vasitəsi»  dedikdə  trolleybuslar,  traktorlar,  motosikllər, 
habelə başqa özüyeriyən maşın və mexanizmlər nəzərdə tutulur.
 
M  a  d  d  ə  263-1. Yol  hərəkəti  və  ya  nəqliyyat  vasitələrinin  istismarı  qaydalarını 
sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən 
pozma
[399]
 
263-1.1.  Bu  Məcəllənin  263.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməllərin  alkoqollu 
içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən 
maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini 
idarə  etmək  hüququ  olmayan  şəxs  tərəfindən  törədilməsi  ehtiyatsızlıqdan  zərərçəkmiş 
şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -
 
üç  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə  altı  min  manatdan  səkkiz  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək 
müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum  edilməklə  üç  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
263-1.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  zərər 
vurulmasına səbəb olduqda -
 
dörd  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
263-1.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-
 
beş  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
263-1.4.  Eyni  əməllər  ehtiyatsızlıqdan  iki  və  ya  daha  çox  şəxsin  ölümünə  səbəb 
olduqda -
 
beş  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 6 4 .  Yol nəqliyyat hadisəsi yerindən qaçma
 
Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş 
verdiyi  hallarda  nəqliyyat  vasitəsini  idarə  edən  və  yol  hərəkəti  və  ya  nəqliyyat 
vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—
[400]
 
üç  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə üç  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
KM2
 
Qeyd: Zərərçəkmiş  şəxsə  kömək  göstərilməsi  ilə  əlaqədar  yol  nəqliyyat  hadisəsi  yerini  tərk 
etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur.
 [401]
 
M a d d ə   2 6 5 .  Nəqliyyat  vasitələrini  keyfiyyətsiz  təmir  etmə  və  ya  onları 
texniki cəhətdən nasaz vəziyyətdə işə buraxma
 
265.1.  Nəqliyyat  vasitələrinin  və  ya  nəqliyyat  avadanlıqlarının  keyfiyyətsiz  təmir 
edilməsi,  habelə  nəqliyyat  vasitələrinin  texniki  vəziyyətinə  cavabdeh  olan  şəxs 


tərəfindən  texniki  cəhətdən  nasaz  nəqliyyat  vasitələrinin  istismara  buraxılması, 
ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  az  ağır  və  ya  ağır  zərər  vurulmasına 
səbəb olduqda— 
yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[402]
 
265.2. Eyni hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
265.3. Bu Məcəllənin 265.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 6 6 .  Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma
 
266.1. Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya 
nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin 
sağlamlığına  az  ağır  və  ya  ağır  zərər  vurulmasına  və  ya  külli  miqdarda  ziyan 
vurulmasına səbəb olduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[403]
 
266.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
266.3. Bu Məcəllənin 266.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 6 7 .  Nəqliyyat  vasitələrinin  təhlükəsiz  işləməsini  təmin  edən 
qaydaları pozma
 
267.1.  Sərnişin,  piyada  və  ya  yol  hərəkətinin  digər  iştirakçıları  (bu  Məcəllənin 263-
264 maddələrində  nəzərdə  tutulmuş  şəxslər  istisna  olmaqla)  tərəfindən yol  hərəkəti  və 
ya  nəqliyyat  vasitələrinin  istismarı  qaydalarının  pozulması,  ehtiyatsızlıqdan 
zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—
[404]
 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[405]
 
267.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə