Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə12/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   8   9   10   11   12   13   14   15   ...   105

66.5.  Cinayət  işi  üzrə  hökm  çıxarıldıqdan  sonra,  məhkumun  birinci  iş  üzrə  hökm 
çıxarılmazdan  əvvəl  törədilmiş  başqa  cinayətdə  də  təqsirli  olduğu  müəyyən  olunarsa, 
ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti 
cəza müddətinə hesablanır. 
M a d d ə   6 7 .  Hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi
 
67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin 
edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə 
və ya qismən birləşdirir. 
67.2.  Hökmlərin  məcmusu  üzrə  təyin  edilmiş  və  azadlıqdan  məhrum  etmə  ilə 
əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində 
həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 
67.3.  Hökmlərin  məcmusu  üzrə  təyin  edilmiş  azadlıqdan  məhrum  etmə  növündə 
qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz.
 [47]
 
67.4.  Hökmlərin  məcmusu  üzrə  qəti  cəza  həm  yeni  törədilmiş  cinayətə  görə  təyin 
edilmiş  cəzadan,  həm  də  məhkəmənin  əvvəlki  hökmü  ilə  təyin  edilmiş  cəzanın 
çəkilməmiş hissəsindən çox olmalıdır. 
67.5.  Hökmlərin  məcmusu  üzrə  cəza  təyin  edilərkən  əlavə  cəzaların  birləşdirilməsi 
bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 
67.6.  Ömürlük  azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkən  şəxs  yeni  cinayət 
törətdikdə,  yeni  təyin  edilən  cəza  ömürlük  azadlıqdan  məhrum  etmə  cəzası  ilə  əhatə 
olunur. 
M a d d ə   6 8 .  Cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi 
qaydası
 
68.1.  Cinayətlərin  məcmusu  və  hökmlərin  məcmusu  üzrə  cəzalar  qismən  və  ya 
tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 
68.1.1. intizam xarakterli hərbi hissədə saxlamanın bir günü; 
68.1.2. azadlığının məhdudlaşdırılmasının iki günü; 
[48]
 
68.1.3. islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü; 
68.1.4. ictimai işlərin səkkiz saatı bərabər tutulur. 
68.2.  Müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 
məhrum  etmə,  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququndan  məhrum  etmə,  xüsusi  və 
ya  hərbi  rütbədən,  fəxri  addan  və  dövlət  təltifindən  məhrum  etmə  və  ya  cərimə 
növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə 
məhdudlaşdırma  və  ya  azadlıqdan  məhrum  etmə  ilə  toplandıqda,  onlar  müstəqil  icra 
olunur.
[49]
 
M a d d ə   6 9 .  Cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması
 


69.1.  Müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 
məhrum  etmənin,  nəqliyyat  vasitəsini  idarəetmə  hüququndan  məhrum  etmənin,  hərbi 
xidmət 
üzrə 
məhdudlaşdırmanın, 
islah 
işlərinin, azadlığın 
məhdudlaşdırılmasının, intizam  xarakterli  hərbi  hissədə  saxlamanın,  azadlıqdan 
məhrum  etmənin  müddətləri  aylarla  və  illərlə,  ictimai  işlərin  müddəti  isə  saatlarla 
hesablanır.
[50]
 
69.2.  Bu  Məcəllənin  69.1-ci  maddəsində  nəzərdə  tutulmuş  cəza  növlərinin 
dəyişdirilməsi  və  ya  toplanması,  habelə  cəzanın  hesaba  alınması  zamanı  müddətlər 
günlərlə hesablana bilər. 
69.3.  Hökm  qanuni  qüvvəyə  minənədək  həbsdə  saxlamanın  müddəti  azadlıqdan 
məhrum  etmə  müddətinə,  intizam  xarakterli  hərbi  hissədə  saxlama  növündə  cəzanın 
müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 
bir  günə  iki  gün, islah  işləri  və  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  növündə  cəzanın 
müddətinə  bir  günə  üç  gün,  ictimai  işlər  növündə  cəzanın  müddətinə  isə  bir  günə 
səkkiz saat hesabı ilə hesablanır.
[51]
 
69.4.  Məhkəmə  baxışınadək  həbsdə  saxlanılan  məhkuma  cərimə  və  ya  müəyyən 
vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  etmə 
növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, 
təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. 
M a d d ə   7 0 .  Şərti məhkum etmə
 
70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə 
saxlama,  azadlığın  məhdudlaşdırılması və  ya  müəyyən  müddətə  azadlıqdan  məhrum 
etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını 
mümkün  sayırsa,  həmin  cəzanın  şərti  olaraq  tətbiq  edilməsi  haqqında  qərar  çıxara 
bilər.
[52]
 
70.2.  Məhkəmə  şərti  məhkum  etmə  təyin  edərkən  törədilmiş  cinayətin  xarakterini, 
ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və 
ağırlaşdıran halları nəzərə alır. 
70.3.  Şərti  məhkum  etmə  təyin  edilərkən  məhkəmə  tərəfindən  sınaq  müddəti 
müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut 
etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 
70.4. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. 
70.5.  Məhkəmə  şərti  məhkum  etmə  təyin  edərkən  məhkumun  üzərinə  aşağıdakı 
vəzifələri  qoya  bilər:  onun  davranışı  üzərində  nəzarəti  həyata  keçirən  orqanlara 
məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən 
yerlərə  getməmək,  alkoqolizmdən,  narkomaniyadan,  toksikomaniyadan  və  ya  zöhrəvi 
xəstəliklərdən  müalicə  kursu  keçmək,  ailəsinə  maddi  yardım  göstərmək.  Məhkəmə, 
məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə