Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə11/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   7   8   9   10   11   12   13   14   ...   105

61.1.11.  cinayətin  fövqəladə  vəziyyət,  təbii  və  ya  digər  ictimai  fəlakət  şəraitində, 
habelə kütləvi iğtişaşlar zamanı törədilməsi
61.1.12.  cinayətin  hakimiyyət  nümayəndəsinin  xüsusi  geyimlərindən  və  ya 
sənədlərindən istifadə etməklə törədilməsi; 
61.1.13.  cinayətin  qulluq  mövqeyinə  və  ya  müqaviləyə  əsasən  təqsirkara  göstərilən 
etimaddan istifadə etməklə törədilməsi. 
61.2.  Cəza  təyin  edilərkən  bu  Məcəllənin  61.1.1—61.1.13-cü  maddələrində 
göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. 
61.3.  Bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddəsində  cinayət  tərkibinin 
əlaməti  kimi  nəzərdə  tutulmuş  cəzanı  ağırlaşdıran  hal,  cəza  təyin  edilərkən  təkrar 
nəzərə alına bilməz. 
M a d d ə   6 2 .  Cinayətə  görə  müəyyən  edilmiş  cəzadan  daha  yüngül  cəza  təyin 
edilməsi
 
62.1.  Cinayətin  məqsədi  və  motivi,  təqsirkarın  cinayətin  törədilməsində  rolu, 
cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, 
habelə  cinayətin  ictimai  təhlükəliliyini  əhəmiyyətli  dərəcədə  azaldan  başqa  hallar 
olduqda,  eləcə  də  iştirakçılıqla  törədilmiş  cinayətin  iştirakçısı  həmin  cinayətin 
açılmasına  fəal  kömək  etdikdə,  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddəsində 
müəyyən  edilmiş  aşağı  həddən  də  az  cəza  təyin  edilə  bilər  və  ya  məhkəmə  həmin 
maddədə  müəyyən  ediləndən  daha  yüngül  cəza  növü  təyin  edə  bilər,  yaxud  təyin 
edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 
62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu 
müstəsna hal hesab edilə bilər. 
M a d d ə   6 3 .  Başa çatmayan cinayətə görə cəza təyin edilməsi
 
63.1.  Başa  çatmayan  cinayətə  görə  cəza  təyin  edilərkən,  cinayətin  başa 
çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. 
63.2.  Cinayətə  hazırlığa  görə  cəzanın  müddəti  və  ya  həcmi  bu  Məcəllənin  Xüsusi 
hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi 
cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. 
63.3. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi 
hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi 
cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 
63.4.  Cinayətə  hazırlığa  və  ya  cinayət  etməyə  cəhdə  görə  ömürlük  azadlıqdan 
məhrum etmə növündə cəza təyin edilmir. 
M a d d ə   6 4 .  İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilməsi
 
64.1.  İştirakçılıqla  törədilmiş  cinayətə  görə  cəza  təyin  edilərkən  iştirakçılardan  hər 
birinin  cinayətin  törədilməsində  faktiki  iştirakının  xarakteri  və  dərəcəsi,  cinayətkar 


məqsədə  nail  olunmasında  belə  iştirakın  əhəmiyyəti,  vurulmuş  zərərin  həcminə  və 
xarakterinə onun təsiri nəzərə alınır. 
64.2.  Cəzanı  yüngülləşdirən  və  ya  ağırlaşdıran  hallar  iştirakçılardan  birinə  aid 
olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. 
M a d d ə   6 5 .  Residivə görə cəzanın təyin edilməsi
 
65.1.  Residivə,  təhlükəli  residivə  və  xüsusilə  təhlükəli  residivə  görə  cəza  təyin 
edilərkən  əvvəllər  törədilmiş  cinayətlərin  sayı,  xarakteri,  ağırlığı  və  nəticələri,  əvvəlki 
cəzanın  islah  təsirinin  yetərli  olmamasına  səbəb  olan  hallar,  habelə  yeni  cinayətin 
xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 
65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi 
hissəsinin  müvafiq  maddəsində  müəyyən  edilmiş  daha  ciddi  cəza  növünün  son 
həddininyarısından,  təhlükəli  residivə  görə  üçdə  ikisindən,  xüsusi  təhlükəli  residivə 
görə isə dörddə üçündən az ola bilməz. 
[45]
 
65.3.  Cinayət  törətmiş  şəxsin  məhkumluğu  bu  Məcəllənin  Xüsusi  hissəsinin 
maddəsində  tövsifedici  əlamət  kimi  göstərildikdə,  habelə  bu  Məcəllənin  62-ci 
maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə,  təhlükəli residivə və 
ya  xüsusi  təhlükəli  residivə  görə  cəza,  bu  Məcəllənin  65.2-ci  maddəsində  müəyyən 
edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. 
M a d d ə   6 6 .  Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi
 
66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin 
edərək,  az  ciddi  cəzanı  daha  ciddi  cəza  ilə  əhatə  etmək  yolu  ilə  və  ya  təyin  olunmuş 
cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 
66.2.  Cinayətlərin  məcmusuna  yalnız  böyük  ictimai  təhlükə  törətməyən  cinayətlər 
daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş 
cəzaları  tamamilə  və  ya  qismən  toplamaq  yolu  ilə  qəti  cəza  təyin  edilir.  Bu  halda  qəti 
cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş 
cəzanın yuxarı həddindən çox ola bilməz. 
66.3.  Cinayətlərin  məcmusuna  az  ağır,  ağır  və  ya  xüsusilə  ağır  cinayətlərdən  hər 
hansı  biri  daxildirsə,  təyin  olunmuş  cəzaları  tamamilə  və  ya qismən  toplamaq  yolu  ilə 
qəti  cəza  təyin  edilir.  Bu  halda  azadlıqdan  məhrum  etmə  növündə  qəti  cəzanın 
müddəti iyirmi ildən  çox  ola  bilməz. Cinayətlərin  məcmusuna  daxil  olan  cinayətlərdən 
birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə 
azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə 
əhatə etmək yolu ilə qəti cəza təyin edilir.
[46]
 
66.4.  Cinayətlərin  məcmusu  üzrə  təyin  edilən  əsas  cəzaya,  bu  Məcəllənin  Xüsusi 
hissəsinin  müvafiq  maddələrində  həmin  cinayətlərə  görə  müəyyən  edilmiş  əlavə  cəza 
növləri  birləşdirilə  bilər.  Tamamilə  və  ya  qismən  toplamaq  yolu  ilə  təyin  edilən  qəti 
əlavə  cəzanın  müddəti  və  ya  həcmi  həmin  cəza  növü  üçün  bu  Məcəllənin  Ümumi 
hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə